5. hissə

Qaydalar pozulur
Zibeydə xalası qızı Səlimənin televiziya kanallarının birində intihar hadisəsi haqqında şahidlik müsahibəsinə baxandan sonra televizoru çevirdi...Uşaqlar məktəbə idi, yoldaşı işdə, qaynanası və qaynatası isə böyük oğlanlarının evində qaldığından bu evdə hal hazırda ondan başqa heç kəs yox idi. Yerli televiziya kanallarında maraqli bir şey olmadığından, boş bekar oturmuşdu kresloda...Birdən yadına düşdü ki, Səlimə ona İstiotun təzə buraxılışını gətirmişdi,...Növbəti günlərin teleproqramı ilə tanış olmaq məqsədilə əlini atdı divandakı balışın altına. Jurnalı çıxarıb bir qədər səhifələdi, birdən səhifələrin arasından bükülmüş səhifələr çıxdı. Onlardan biri sarı və biri isə ağ rəngdə idi... Səhifəni oxumağa başladı..

Bütün yazılar ona olduqca maraqlı gəldi. O elə hesab etdi ki, bu bir oyundur, belə ki, müxtəlif xəttli yazarların yazıları tamamla sözləri ilə yekunlaşırdı. Yəqin etdi ki, bu xalası qızının müxtəlif rəngarəng layihələrindən biridir. Ağlına gəldi ki, özü də məzmuna uyğun nəisə yazsın,...eh...beynindən o qədər fikir keçirdi ki. Başqa xəttlə yazsa, Səlimə onun yazdığından şübhələnməz belə. Evdə yalnız qara rəngli qələm tapa bildi...

“ ...Metrodakı insanlar çiyinləri ilə mənə toxunur, amma hələ də bu alçaldıcı mənzərə gözümdən düşmürdü. Bilmirəm nədən amma özümü öldürmək istəyirdim...Axı sabah mən həmin həyatımın ən pis məkanına necə qayıdacaqdım. Həzi Aslanov istiqamətində gedən metro hələ gəlməmişdi. Özümü sərhəd xəttindən də qabağı vermişdim. Metronun qara fonda göz qamaşdıran işıqları mayılı tuneldən görünməyə başladı...Bir neçə saniyəyə artıq metro yanımdan keçəcəkdi, beş-dörd-üç-iki...bir...Özümü metronun altına atdı...ölüm anında yalnız ani qışqırıq səsləri, möhkəm kontuziyadan çıxan səsi eşitdim...Ani, bütün bədəni ehtiva edən ağrı,...o qədər güclü ağrı idi ki, artıq insana qorxulu gəlmirdi, yalnız keyimə verirdi...Son hissiyatım bədənimin hissələrə ayrılması oldu və dərhal qaranlıqlara qərq oldum...
...Gözlərimi açanda metro hələ də uzaqdan gəlirdi...deməli başıma gələn bu ölüm təxəyyülümün növbəti oyunu idi...Amma ölüm o qədər şirin gəldi ki, həqiqətdə də eynilə metronun altına atılmağa qərarlandım...Əzələlərimi yığıb hoppanmağa hazırlaşırdım ki, kurtkamın arxasından çanaqdan bir az yuxarı hissədən, möhkəm bir əl məni saxladı...Ətrafdakı sərnişinlər heç bir şey başa düşmədilər...Axı məni tutan hardan bilə bilərdi ki, özümü vaqonun altına atmaq istəyirəm...Vaqonun yanımdan vıyıltı ilə keçib tunelin digər girəcəyi yaxınlığında tam şəkildə durduğunu öz gözümlə izləməli oldum...Qəribədir, bu əl olmasa idi, yəqin ki, metro ən azı yeddi saatlıq fəaliyyətini saxlayacaqdı...bu camaatda metroyla istədikləri məntəqəyə gedə bilməyəcəkdilər...Halbuki, indi bu axmaqlar bu həlledici saniyələri dəyərləndirmədən vaqonlara doluşurdular...Qapılar bağlanandan sonra, məni arxadan tutan əl bir qədər boşaldı...”

Zibeydənin də başına Günelin başına gələn gəldi...Səhifə dolmuşdu,...qalxıb uşaqların dərs ləvazimatları və kitabları saxlanılan şkafdan yeni bir blank list tapdı. Yerinə qayıdıb davam etdi
“... Üzümü çevirəndə, gözü yaşla dolu olduqca nimdaş üst-başlı bir ağsaqqalı gördüm. Ağlaya-ağlaya məni qucaqladı...ətrafdakı camaat əvvəl qəribə bir şey olubmuş kimi, boylansa da, sonradan bizim aramızda ailəvi əlaqələrin olduğunu güman edib öz fikirlərinə və söhbətlərinə döndülər. Ağsaqqal qulağıma pıçıldamağa başladı “Bunların axı nədən xəbəri var, bizim hər addımımız milyonlarla taleyi dəyişir. İstədim ölüm qabağı yaxşı bir iş görüm...Elə gördüm də”-bir qədər fasilə edib məni buraxdı, lakin yenidən hər iki əlini çiynimə qoyub artıq gülər üzlə “Bu gün sən metroyla gedəsi olmadın...Qalx göyə, hava al, düşün və həmişə ortayla ged...yerin altında yalnız qaranlıq şeylər düşünmək olur...Di get”- sözün düzü ayaqlarım özümdən asılı olmayaraq həmin ağsaqqaldan ayrılsa da, kişinin dediklərindən bir şey başa düşmədim...O qədər keyimişdim ki, həyatımı xilas etmiş insana təşəkkür belə bildirmədi...Doğrudan da, əcaib idi ki, özümü çox gümrah və həyat-dolu hiss edirdim...Artıq həmin alçaldıcı hadisə də yadımdan çıxmışdı...Sanki beynimdən həmin yaddaş hüceyrələrini digər laqeyd emosialı yaddaş hüceyrələri ilə əvəz etmişdilər...Asta-asta eskalatora doğru hərəkət edib özlüyümdə ağsaqqalın dediklərini təhlil edirdim ki, metronu dəhşətli qışqırı səsləri bürüdü...Hay küy bir yana, sürücü qatarın sürətlə gəlməsinə ramən dərhal tormazlamaq üçün əyləci möhkəmdən çəkdi...Bir neçə saniyəyə qatar uğultu ilə dayandı...Vaqonda ayaq üstə duranların bir-birlərinin üstünə və yerə yıxılmasını bəlkə başqa vaxt görsəydin gülməkdən qırılardın. Amma vəziyyət doğrudan da gərgin idi...İnsanlar o dəqiqə bayaq mən durduğum yerə qarışqa şəklində qalaq olmuşdu.. Mən də tez özümü yetirdim...Ağsaqqalın bədəninin ayrılmış parçaları qatarın altına ətrafa səpələnmişdi...Ağlaşan kim, qışqıran kim, qaytaran kim...aləm bir-birinə dəymişdi...Bir neçə dəqiqə bundan əvvəl məni ölümdən xilas edən və gözlənilmədən özünə qəsd edən ağsaqqalın dedikləri mənə aydın oldu. “İstədim ölüm qabağı yaxşı bir iş görüm...Elə gördüm də...Bu gün sən metroyla gedəsi olmadın”... Eskalatora tərəf heç nə olmamış kimi istiqamət alıb dediyi kimi “göyə qalxdım”...”

Zibeydə tapşırığı əla yerinə yetirsə də, bu sirrli əsərin qaydalarını pozdu...Yazdıqlarının arxasına, özü TAMAMLA sözünü yazdı və üç nöqtəni qoydu. Özü də sözü həminki qara qələmlə yazdı. Əsərin qaydaları pozula bilməzdi,...Zibeydə yuxuya getmişdi ki, onun yazdığı tamamla sözünün üstü iks-lə qaralandı...Yenidən al qırmızı rənglə TAMAMLA sözü peyda oldu

Oxşar məqalələr

0 şərh