5 Oktyabr Müəllimlər günü


Hər il oktyabrın 5-i Müəllimlər günü kimi qeyd olunur. Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər.
5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən «Müəllimlərin statusu haqqında»adlı ilk beynəlxalq sənəd imzalanmışdır.  1994-cü  ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur.
Hal-hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə «Müəllimlər günü» qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində Müəllimlər günü qeyd olunur.
Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib.

P.S: Bütün məsləkdaşlarımı təbrik edirəm. 
 

6 şərh

asel
bütün müəllimlerimin bayramı mübarek
BaRLeLiTa
yaxçiki müəllimləərimiz var..Allah onları hər zaman var etsinn…
Medikamentoz
Təhsil sistemini köklü şəkildə dəyişmək lazımdır,insanlara məktəb üçün deyil,həyat üçün oxumağın lazım olduğu öyrədilməlidir.
_BUMERANQ_
Bunu insan özü dərk etməlidir.
_BUMERANQ_
Təhsil sistemində dəyişikliklər edilməlidir — fikri ilə razıyam, amma bu dəyişikliklər edilmədən öncə öz potensialımızı nəzərə alıb bu addımı atmaq lazımdı. Hal-hazırda ali məktəblərdə və orta məktəblərdə yeni sistemlər tətbiq olunur, amma nə dərəcədə işə yarayır, bax budu vacib olan. Ali məktəblərdə Kredit sistemi tətbiq olunur sözdə. Əslində bu sistemə nə müəllimlər hazırdı, nə də tələbələr.
O ki, qaldı orta məktəblərə burda da artıq ənənəvi dərs metodları sıradan çıxır və kurikulum yavaş-yavaş irəliləyir (artıq V sinif dərslikləri də kurikuluma əsasən tərtib olunub).
Nədənsə ildən-ilə abituriyentlərin nəticələri, keçid balları artmaqdan, azalır. 
Medikamentoz
Mən təkcə öz ölkəmizi deyil.ümumdünya təhsil sistemini dəyişmək lazım olduğunu düşünrəm.Bu xəstəlik yoluxucudur.