1.3.Beynəlxalq iqtisadi təşkilatların təsnifləşdirilməsi

Mövcud beynəlxalq təşkilatların təsnifləşdirilməsilə ta­nış olmaq ümumdünya inkişaf prosesində beynəlxalq təşki­latların əhəmiyyətini dərk etməyə köməklik edir.
Beynəlxalq iqtisadi təşkilatları ilk tədqiqat­çıla­rından biri olan C.Nay (ABŞ) coğrafi prinsipləri (regional və ya regiona bənzər) və fəaliyyət xarakterini nəzərə alaraq təsnif­ləşdirmişdir. Linn X. Miller onları xüsusi çoxnövlü region­lara və əməkdaşlıq təşkilatları, ittifaq və ya alyans (hərbi-siy­asi) və funksional təşkilatlara ayırır.A.L.Binnet bu meyarları iştirakçıların əsas tərkibi he­sab etməklə beynəlxalq təşkilatları qlobal (universal) və regi­onal olmaqla iki əsas sinfə bölür.
Qlobal təşkilatlara o ancaq BMT-ni aid edir, regional təşkilatlara isə coğrafi, sosial, mədəni, siyasi əlaqələrdə xüsusi dövlətlərarası razılaşmalarda formal struktura malik olan təşkilatları aid edir. Xüsusi olaraq A.L. Bennetin müəyyən yer ayırdığı BMT-nin komissiyasını qeyd etmək la­zımdır. O qeyd edir ki, bunlar qlobal təşkilatlar arasında əla­qələndirici halqa sayılır. A.L.Bennet beynəlxalq təşkilatların təsnifləşdirilməsini «çoxməqsədli təşkilatlar» anlayışı kimi vermişdir. Bu bölümün şərti olduğunu qeyd edən A.L.Bennet təşkilatın bu termində sosial-iqtisadi və hərbi-siyasi xarakterli xüsusi təcrübənin ola biləcəyini qeyd edir.
Avropa Ittifaqının Strasburqda informasiya xidmətinin başçısı diplomat, Bonnda Almaniya Federal Institutunun siyasi təhlükəsizliy üzrə tədqiqatçısı Şrepler Xans Albert son iki yüz ildə beynəlxalq təşkilatların aşağıdakı tiplərinin inki­şaf etdiyini qeyd edir:

  1. beynəlxalq kommunikasiya vasitələrini tənzimləyən və xüsusi texniki tapşırıqlarla məşğul olan inzibati müəssisə­lər;
  2. beynəlxalq mübahisələr üzrə qərar çıxaran və araşdı­ran yaxud onda iştirak edən tərəfləri barışdıran mexanizm;

iqtisadi sahədə əsasən ya qlobal və ya regional sahədə kollektiv təhlükəsizliyi təmin edən, bir çox məsələlər üzrə

  1. əməkdaşlığın inkişafına kömək edən ümumi xarakterli bey­nəlxalq təşkilatlar.

Rusiya Federasiyasının elmi ədəbiyyatlarında beynəl­xalq iqtisadi təşkilatlar üzvlük xarakteri, hüquqi təbiəti, işti­rak­çıların tərkibi, səriştəsi, səlahiyyət xarakteri, üzvlükdə iş­tirak etmək xarakteri və s. meyarlar nəzərə alınaraq təsnif­ləşdirilir.
Beynəlxalq təşkilatların nisbətən əhəmiyyətli və tez tət­biq edilən meyar iştirakçıların üzvlük xarakteri və hüquqi təbiətidir. Buna uyğun olaraq bütün beynəlxalq təşkilatlar, o cümlədən iqtisadi təşkilatlar (BDAT) Dövlətlərarası (DA) və Qeyri-dövlət təşkilatlarına (QDT) ayrılır (şəkil 1.1.).
Beynəlxalq hökumətlərarası təşkilatlar ümumi məqsədə çatmaq üçün beynəlxalq müqavilələr əsasında müəssisələrin, dövlətlərin birləşməsi deməkdir. Bunun üçün daimi orqanla­rın, beynəlxalq təsisçi müqavilələrin sayının, dövlətin üzv olması xarakterikdir. O, beynəlxalq hüququn subyekti ol­maqla, on­la­rın suverenliyinə xidmət etməklə üzv olan dövlə­tin marağında fəaliyyət göstərir.
Qeyri-hökumət təşkilatları dövlətlər tərəfindən obyek­tiv ehtiyac olduğu hallarda yaradılır, beynəlxalq iqtisadi təş­ki­lat­ların (BIT) inkişafı ilə əlaqələndirilir və ölkənin çoxtə­rəfli əməkdaşlığı üçün təşkiledici forma sayılır.
Beynəlxalq qeyri-hökumət təşkilatları onun üzvlərinin dəqiq məqsədlərinə çatmaq üçün müxtəlif formalarda fiziki və hüquqi şəxslərin birləşməsi nəticəsində yaradılır.
Bu sahibkar­ların, beynəlxalq sahibkarlar ittifaqının bir­liyi, xammalın istehsalçıları və ixracatçıları üzrə sahə as­sosia­siya­ları, kope­ra­tivlər ittifaqı, beynəlxalq, regional, qa­rışıq ticarət palataları, iqtisadi siyasəti tənzimləmək, digər beynəlxalq biznes qaydalarını və problemlərini işləyib hazır­lamaq üçün in­kişaf fondları, qeyri-hökumət təşkilatları tərə­findən yaradılan birliklər ola bilər.

Deyilənlərlə yanaşı bir çox qarışıq tipli beynəlxalq təş­kilatlar da mövcuddur. Bunlarda fərdi üzvlər, birliklər, döv­lət idarələri, hökumət iştirak edir. Beynəlxalq şuralara fərdi üzvlərin elmi şuraları, milli elmlər akademiyası, elmi-tədqi­qat şuraları, universitetlər, elmi təşkilatlar, hökumət, höku­mət müəssisələri, ayrıca beynəlxalq elmi təşkilatlar daxil olur. Lakin həmişə miqdar münasibətində beynəlxalq höku­mət təşkilatları üstünlük təşkil etmişlər. 70-ci illərin əvvəllə­rində höku­mət­lərarası təşkilatlar beynəlxalq təşkilatlarda 11-13 % təşkil et­mişlər. Bu nisbət indi də saxlanılır. BMT-nin sənədlərinin təs­diq­lədiyi kimi beynəlxalq təşkilatlarda qeyri-hökumət təş­ki­latlarının bir başa münasibətdə olduğu qeyd olunur.Bu təş­kilatlara məsləhətçi statusu verilir və bu bey­nəlxalq təşkilat­lardan hər cür yardım, o cümlədən maliyyə yardımı almaq, təcrübi olaraq dövlətlərarası təşkilatlarla bi­rgə hərəkət etmək, beynəlxalq təşkilatların bu və ya digər məqsəd və vəzifələrinə uyğun olaraq hərəkət etmək imkanı verir.Qərb ədəbiyyatında beynəlxalq (TMK) aid edilir. Lakin belə yaxınlaşma hələ də ümumi halda müdafiə olunmadan öz həllini tapmışdır. Belə ki, BMT Transmilli Korporasiyaların fəaliyyət qaydaları qeyd edilən ölkələrin qanunvericiliyinə tabe olduğundan TMK-rın beynəlxalq təşkilatlara aid edil­məsinin əleyhinədir. Beləliklə, TMK-lar beynəlxalq təşkilat­lardan fərqli olaraq beynəlxalq hüququn subyekti ola bilməz.
Bu təşkilatların yaradılması xüsusi hüquqi xarakter da­şıyır. Bununla belə TMK-rın beynəlxalq münasibətlərdə real rolu xeyli aşağıdır. Onların rolu öz maraqlarından müəyyən dərə­cə­də aşağı olan hallarda həmin dövlətin iqtisadiyyatının for­ma­sını dəyişdirir, daxili işlərinə qarışır, dövlətlərarası
müna­sibətdə bu və ya digər dövlətin siyasətinə təsir göstərir ki, bu da çox vaxt ziddiyyətlər yaradır.
Coğrafi əlamətlərinə görə beynəlxalq iqtisadi təşkilat­ları dünyanın bütün ölkələrində onun çıxış etməsi üçün açıq olan ümumdünya (buraya BMT-nin sistemində olan təşki­latlar aid edilir) və regional təşkilatlara bölmək olar.
Brüsseldə beynəlxalq təşkilatların tədqiqi mərkəzinin məlumatlarına əsasən regional təşkilatlar bütün dövlətləra­rası təşkilatların 80 %-ni təşkil edir.Regional təşkilatların bir region ölkəsi ola bilər. Regional təşkilat çərçivəsində çox­sahəli iqtisadi siyasətin və regional iqtisadi inteqrasiyanın tənzimlən­məsi həyata keçirilir.
Iqtisadi siyasətin uyğunlaşdırılması və müxtəlif region ölkələrinin balansında oturmaq BMT sistemində beynəlxalq regional təşkilatların fəaliyyət predmeti hesab edilir (daha ətraflı bax par.2.2.). Bu təşkilatlar müxtəlif beynəlxalq və regional təşkilat­larla əməkdaşlıq etmək, daxili əməkdaşlığı inki­şaf etdirmək region ölkələrlə razılaşdırılmış, uyğunlaş­dı­rıl­mış siyasət işlənib hazırlamaqla və onun üzvü olan ölkələrin iqtisadi və sosial inkişafı üçün köməklik edir. Regional komissiyalar ölkənin inkişafı üçün layihələrin iqti­sadi əməkdaşlıq və proqramların həyata keçirilməsinə kömək edir.
Beynəlxalq regional təşkilatlarla yanaşı BMT siste­mində Qərbi Avropa, Mərkəzi və Şərqi Avropa və Asiya öl­kələrində, Ame­rika dövlətində, Asiya və Sakit Okean döv­lətlərində, Afrika dövlətlərində, Ərəb dövlətlərinin regional iqtisadi təşkilatları da mövcuddur.
Regional təşkilatların ölkələrin iqtisadi marağı uyğun olduqda və həmçinin böyük təsərrüfat mühiti şəraitində qüv­vələrin birləşdirilməsinə cəhd göstərildikdə, beynəlxalq əmək bölgüsünün faydalılığından, kooperasiyanın və isteh­salın ixtisaslaşmasını inkişaf etdirmək əsasında baş verir. Nə­ticədə iqtisadi inteqrasiyanın inkişafı prosesi baş verir. Iqtisadi in­teq­rasiya ticarətin liberallaşdırılması, hər bir ölkədə xarici tərəf­keş­lər arasında, təsərrüfat subyektləri ara­sında olan hüquqi pozuntuların aradan qaldırılması, bütün istehsal fak­tor­­larının yerdəyişməsi, bazarların möh­kəm­ləndirilməsi əsa­sın­da müvəffəqiyyətlə inkişaf edir. Bu şəraitin yaradılması regio­nal iqtisadi təşkilatlar çərçivəsində, ölkələrin iqtisadi əmək­daşlığı şəraitində təşkilat-təsərrüfat halqalarının tən­zim­lən­məsi yolu ilə yaradılır. Dünyada 42 təşkilat vardır ki, bunlar da həmin təşkilatlara üzv olan öl­kələrin iqtisadi inkişafına regional köməklik göstərməyi və uyğunlaşdırmağı həyata keçirir. Bunlardan 14 – Amerikada, 9 – Qərbi Avropa ölkələrində, 6 – Mərkəzi və Şərqi Avro­pada, 5 – Asiya və Sakit Okean ölkələrində, 4 – Ərəb ölkələ­rində və 4 – Afrikada yerləşir. Lakin nisbətən fəaliyyət göstə­rən təşkilat Avropa Ittifaqıdır (AI). AI çərçivəsində tam iqti­sadi inteqrasiya əldə edilmişdir. Dünyada regional inteqra­siya strukturunun tək­rar­lanmasına cəhd göstərilməsi sosialist yönümlü və inkişaf et­mək­də olan ölkələrdə ya uğursuz olur və ya müəyyən məhdud­laşdırılmış nəticə verir (QIYŞ, MDB, Latın Amerikası iqtisadi sistemi, Mərkəzi Amerika ümumi bazarı və s.).
Funksional istiqamətlərinə görə səlahiyyət dairəsində beynəlxalq qeyri-hökumət təşkilatları (BQHT) ümumixüsusi səlahiyyətə malik olan təşkilatlara ayrılır. Ümumi sə­lahiyyətə malik olan təşkilatların fəaliyyəti münasibətin bütün sahələrini – siyasi, iqtisadi, sosial, mədəni və digər sa­hələri əhatə edir. Ümumi səlahiyyətə malik olan təşkilatlara BMT, Avropa Şurası, Ərəb dövlətləri liqası – cəmiyyəti bir sahədə (Ümum­dünya Poçt Ittifaqı, Beynəlxalq Əmək Təşki­latı, Ümumdünya Səhiyyə Təşkilatı) və fəaliyyət istiqamə­tində siyasi, iqtisadi, sosial, mədəni, elmi istiqamətlərə bölünür.
Beynəlxalq təşkilatlar öz səlahiyyətlərinə görə beynəl­xalq və dövlət səviyyəsində olan təşkilatlara bölünür. Birinci qrupa bütün beynəlxalq təşkilatlar aid edilir ki, bunların da məqsədi ölkələrin beynəlxalq əməkdaşlığını həyata keçir­məkdir. Bu təşkilatlar tərəfindən qəbul edilən qərarlar həmin təşkilata üzv olan dövlətlərə – ölkələrə ünvanlanır.
Dövlət səviyyəsində milli üstünlük beynəlxalq təşkilat­lar iştirakçılarının tərkibi üzrə regional adlanır və onların məqsədi qeyd edildiyi kimi iqtisadi inteqrasiyanı həyata ke­çirməklə əlaqədardır. Milli üstünlüklər təşkilatlar tərəfindən qəbul edilən qərarları dövlət üzvləri arasında yayılır.
Bu meyarlar üzrə dövlət səviyyəsində olan beynəlxalq təşkilatlar səlahiyyət xarakterinə görə dünyanın bütün regio­nal təşkilatlarını, o cümlədən Avropa Ittifaqını (AI) aid et­mək olar.
Nəhayət, bu meyar iştirak etmək şərtlərinə görə açıq qapalı beynəlxalq təşkilatları ayırmağa imkan verir.
Açıq təşkilata hər hansı bir dövlət öz baxışlarından asılı olaraq üzv ola bilər. Demək olar ki, bütün beynəlxalq təşki­latlar açıq təşkilatlar adlanır. Qapalı təşkilatlara qəbul ilk təsisçi kimi dəvətnamə üzrə qəbul edilir. NATO belə bir təş­kilata misal ola bilər. Xüsusi qrupları Beynəlxalq konqreslər və konfranslar ayırır.
Mütəxəssislər hesab edirlər ki, beynəlxalq konfransların və beynəlxalq təşkilatların işinin təşkili qaydalarında yaxınlıq mövcuddur. Bu vəziyyət onları müvəqqəti beynəlxalq təşki­latlara aid etməyə imkan verir. Lakin onların daimi beynəl­xalq təşkilatlar kimi fəaliyyət göstərməsi məqsədəuyğun­luğuna çox az güman edilir. Eyni zamanda qeyd etmək la­zımdır ki, bey­nəlxalq konfranslar və müşavirələr beynəlxalq münasibət­lərdə baş verən sualları cəld və müvəffəqiyyətlə həll edir. Onların sayı möhkəm ənənəyə uyğun olaraq artır. Beynəlxalq tədqiqatlar mərkəzinin qiymətləndirilməsinə görə 2000-ci ilə Beynəlxalq konfransların sayı hər il 50 min təşkil etmişdir.Beynəlxalq təşkilatların məqsədinin təhlili və quruluşu onların mürəkkəb və çoxnövlü olduğunu aşkar edir. Lakin beynəlxalq təşkilatlar yaranma qaydalarına, quruluşunun eyni tipli olması, məsələyə və məqsədə görə oxşarlığı baxı­mın­dan birləşir. Iqti­sadi əməkdaşlıqda əsas məqsəd ayrılıqda götü­rül­­müş hər bir ölkə­nin çiçəklənməsi və tərəqqisi naminə aparılan əməkdaş­lıqdır.
Beynəlxalq təşkilatların yaranması qaydaları da eyni­dir. Təsisçi sənədlərin qəbulu, təşkilatın quruluşunun for­malaşdırılması, təşkilatın fəaliyyət göstərməsində, əsas orqa­nın çağrılmasını və s. nəzərdə tutur.
Müxtəlif beynəlxalq təşkilatların yaradılmasında təşki­lati və quruluş mexanizmi baxımından müəyyən oxşarlığın olması iştirakçı ölkələrin ümumi strategiya xətti və nəzarət mexanizmi işlənib hazırlanır.
Təcrübi cəhətdən bütün beynəlxalq təşkilatlar vahid ya­ranma üsulundan təsisçi sənəd hesab edilən beynəlxalq müqa­vilələrin bağlanmasından istifadə edirlər ki, çox vaxt bunun adı müxtəlif olur (BMT, Ərəb dövlətləri Təşki­la­tı) Ni­­zam­na­mə,Bəyannamələr, Qanunlar (Millətlər cəmiyyəti) və s.
Bütün təşkilatlar vahid hüquqi təbiətə malikdirlər. O məq­sədlərin və prinsiplərin (siyasi, hərbi, iqtisadi və s.) kompe­tensiyaların (səriştə, bilik, təcrübə) sayı ilə müəyyən edilir.
Beynəlxalq təşkilatların kompetensiyası (səriştəsi, biliyi, təcrübəsi) dedikdə bir fəaliyyət sferası və obyekti nəzərdə tutulur. Beynəlxalq təşkilatlara öz kompetensiyası çərçivə­sində onlara həvalə edilən məqsəd və vəzifələri yerinə yetir­mək üçün müəyyən səlahiyyətlər verilir.
Beynəlxalq təşkilatların yüksək forumda idarə edilməsi dövri və müntəzəm olaraq çağırılan dövlət başçılarının müşa­virəsidir. Hər il müxtəlif təşkilatların, iqtisadi, maliyyə, xarici işlər nazirlərinin çağırılan müşavirələri fəaliyyət göstərir. Daimi əsaslarla müşavirələr arası müxtəlif fəaliyyət göstərən orqan təsdiq edilir. Əməkdaşlığın müxtəlif istiqamətlər çərçi­vəsində bütün ölkələrin – iştirakçıların nümayəndələrinin tərkibində komissiya və komitələr yaradılır.
Bütün beynəlxalq təşkilatlarda qərar qəbul etmək üçün mütləq səsvermə əsas sayılır. Lakin qərarların qəbulu müxtə­lif: birsəsli, nisbi mütləq, sadə və mürəkkəb olmaqla bitərəf­siz və uyğunlaşma yolu ilə qəbul edilə bilər.
Müasir şəraitdə və təcrübədə beynəlxalq təşkilatların fəaliyyəti konsensus əsasında qərar qəbul etmək qaydaları geniş yayılmışdır. Bunun üçün xarakterik cəhət dövlətlərin – üzvlərin ümumi bir fikrə və bütün üzvlərin marağını nəzərə almaq əsasında razılığa gəlməkdir.
Beləliklə, mövcud beynəlxalq təşkilatların, o cümlədən beynəlxalq iqtisadi təşkilatların təhlili göstərir ki, təşkilatlar bir çox meyarlarla yaradılır.
Bütün bunlarla bərabər beynəlxalq təşkilatların mürək­kəb və müxtəlif olmasına baxmayaraq mürəkkəb quruluşlu, ümumi məqsədə xidmət etməklə eyni tipli təşkilatlardır. Bütün bey­nəl­xalq təşkilatlar üçün ən əsas əlamət bütün region və region­lararası münasibətləri əhatə edən və geniş yayılmış hərbi-siyasi, həmçinin iqtisadi qlobal və regional təhlükəsizliyin təmin edilməsidir.
Beynəlxalq təşkilatları əks etdirən əsas sənədlərə baxar­kən (həm ümumdünya və həm də regional) əməkdaşlıq üzrə məqsəd və vəzifələrin oxşarlığı aşkar edilir. Bütün region və dünya, ayrıca bir ölkənin inkişafı və çiçəklənməsi naminə iq­tisadi əməkdaşlıq əsas hesab edilir.
Müəyyən qədər oxşarlığı əldə etməkdə, əməkdaşlığın hə­yata keçirilməsinə nəzarət və ümumi strateji xətti müəyyən et­mək üçün nəzərdə tutulan və müxtəlif beynəlxalq təşkilat­larda yaradılan qaydalarda, təşkilati-struktur mexanizmlə­rində də müəyyən oxşarlıq vardır.
Beynəlxalq iqtisadi təşkilatların çoxnövlü və beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsində ən aktiv vasitələr­dən olmasını və dünyanın iqtisadi siyasətində əsas rol oyna­masını xüsusi olaraq ayırmaq lazımdır.
Onların sırasına ölkələrin valyuta-maliyyə və ticarət münasibətlərini tənzimləyən BMT sistemində olan və beynəl­xalq iqtisadi təşkilatları (YUNKTAD, YUNIDO) aid etmək olar.

Oxşar məqalələr

 

1 şərh

Leyla
Sxemə görə sənə +1.