3.1. Beynəlxalq valyuta-maliyyə münasibətləri formalaşdırılması sistemləri

Valyuta-maliyyə münasibətləri ölkələrin xarici ticarə­tində mal və xidmətlərin inkişaf, beynəlxalq kapitalın miqra­siya olunması və investisiyanın hərəkəti, istiqrazların veril­məsi, maliyyə yardımı, iqtisadi yardım, elmi-texniki müba­dilə, turizm, dövlət və xüsusi köçürmələrin inkişafı ilə əlaqə­dar ola­raq baş vermişdir. Bunlarda yalnız beynəlxalq iqtisadi müna­si­bət­lərin formaları sintez edilir, dövlətlərarası əlaqədə (dip­lo­matik, mədəni, idman və s.) bu və ya digər hesablaş­malar tələb edən forma və növlərdən istifadə olunur.
Beynəlxalq valyuta-maliyyə münasibətləri BIM-rin nis­bətən mürəkkəb forması sayılır. Beynəlxalq hesablaşmalarda boşluq – arakəsmənin olması, ölkənin ödəmə balansında və onun iqtisadiyyatının ayrı-ayrı sahələrində nisbətsizliyin, öl­kələrarası iqtisadi və siyasi sahədəki ziddiyyətlərin və müna­qişələrin baş verməsinə səbəb olur.
Valyuta-maliyyə münasibətləri dünya iqtisadiyyatının «əsəb sistemi» olmaqla, qarşılıqlı fəaliyyətdə olan dünya tə­sərrüfatı subyektlərindən və onun sağlamlığından çox asılı­dır. Mübadilə, istehsal və beynəlxalq kooperasiyada beynəl­miləl­ləşmə prosesinin inkişafı digər amillərlə yanaşı valyuta-maliyyə münasibətlərinin tənzimlənməsini tələb edir.
Uzun müddət onların tənzimlənməsi ikitərəfli əsasda hə­yata keçirilirdi. Valyuta-maliyyə münasibətlərinin çoxtərəfli əsas­da tənzimlənməsi XX əsrin 20-ci illərində baş vermişdir. Bu məqsədlə Brüssel (1921 il) və Genuyada (1922 il) iqtisadi problemlər üzrə konfrans çağrılmışdır. Onların qarşısında çoxtərəfli valyuta-maliyyə münasibətlərini hüquqi qaydaya salmağa cəhd göstərilmişdir. Forumun iştirakçıları BIM-rin tən­zimlənməsi institutlarının yaradılmasını qeyd etdilər. 10 aprel 1922-ci ildə Genuya konfransının geniş iclasında SSRI-nin nümayəndəsi V.Çiçerin sovet nümayəndələri adından bə­yanat vermişdir: «Dünya təsərrüfatının qurulması pro­bleminə qədər ölçülməz və genişdir ki, bütün Avropa və qeyri-Avropa ölkələrinin öz fəaliyyətlərini könüllü istiqa­mətləndirməsi və lazım gələrsə müvəqqəti qurbanlar ver­məklə həll oluna bilər». Italiya nümayəndəsi Fakta iqtisadi, o cümlədən maliyyə müna­sibətlərinin artan rolunu, onun tənzimlənməsinin vacib­liyini qeyd etmişdir. O, qeyd edirdi ki, maliyyə və iqtisadi mə­sə­lələr  geniş  baxımdan  beynəlxalq  siyasətin əsas elementləri ola­raq qalır.
Genuya konfransında (qızıl deviz) standartı çoxtərəfli beynəlxalq maliyyə əməkdaşlığının hüquqi baxımdan möh­kəm yaradılmasına cəhd göstərilsə də nə birinci və nə də ikinci kon­franslar istənilən nəticəni vermədilər. Bu qərarlara baxmayaraq o vaxt konfransların qərarları iqtisadi münasi­bətlərin çoxsahəli beynəlxalq-hüquqi tənzimlənməsi yolunda irəli atılmış böyük bir addım idi.
30-cu illərin böhranı dövründə valyuta və ticarət müha­ribəsi göstərdi ki, xarici iqtisadi əlaqələrin genişlənməsi şərai­tində BIM-rin tənzimlənməsi mexanizminin olmaması bir çox ölkələrin milli iqtisadiyyatında əlaqələndirmənin artma­sına səbəb olur ki, bu da ölkələrin özlərinin razılaşmadığı hə­rəkətlər ilə dünya bazarının heç nə ilə məhdudlaşmadığı qeyri-mütə­şək­kil şəraitdə onlara nə kimi ziyan göstərəcəyi aydın olur.
Dünya bazarı və milli iqtisadiyyatın mövcud olan sıxlıq dərəcəsi II Dünya müharibəsində də nümayiş etdirilmişdir. Onun nəticəsi olaraq dövlətlərarası iqtisadi əməkdaşlığın in­kişafını   ləngidən  Avropa  regional  bazarlarının  dağılmasına

səbəb olmuşdur. Təhlil və fikirlər ölkələrin qarşılıqlı asılılığı­nın artması, elmi bilikləri irəli vermiş BIM-rin universal bey­nəlxalq ilk növbədə valyuta-maliyyə münasibətlərinin vahid obrazda olmasının vacibliyini göstərirdi.
1944-cü ilin iyul ayında BMT-nin təşəbbüsü ilə Bretton-Vudsda (ABŞ) çağırılan beynəlxalq valyuta-maliyyə konfran­sında beynəlxalq valyuta-maliyyə münasibətlərinin tənzim­lənməsi üçün iki universal ixtisaslaşmış beynəlxalq təşkilatın yaradılması haqqında qərar qəbul edildi. Beynəlxalq Valyuta Fondu (BVF) və Beynəlxalq Yenidənqurma və Inkişaf Bankı (BYIB). Bu təşkilatların təsis edilməsi ilə valyuta-maliyyə sis­temlərinin formalaşması başlayır: birinci, ölkələrin valyuta, maliyyə-kredit münasibətlərinin müxtəlifliyi, ikinci bu müna­si­bət­ləri tənzimləyən institutlar. Beynəlxalq maliyyə institut­la­rının yaradılması bir tərəfdən valyuta-maliyyə sistemlərinin formalaşdırılması və qurulması, digər tərəfdən beynəlxalq iqti­sadi münasibətlərin həllində yeni metodların baş vermə­sini göstərirdi.
Bretton Vuds razılaşmasının imzalanması kredit-ma­liyyə və valyuta münasibətlərinin tənzimləmə mexanizmləri­nin for­ma­­laşdırılması, dünya valyuta bazarının əlaqələndi­rilməsi (BYIB-BVB) və beynəlxalq ticarətin tənzimlənməsi­nin (GATT) əsasını qoymuşdur.
50-ci illərin axırlarında regional bankların və inkişaf fondlarının yaradılması əlavə edilmişdir ki, bunlar da müəyyən regionlarda məhdudlaşırdı. 60-cı illərin ortalarına beynəlxalq inkişaf bankının fəaliyyəti qlobal xarakterliyi qə­bul edir və bütün qitələri – Amerikanı, Afrikanı, Asiyanı, Avropanı əhatə edir. Beynəlxalq əmanət inkişaf banklarının yaradılması isə beynəlxalq valyuta-maliyyə sisteminin so­nrakı inkişafına imkan vermişdir.
Dövlətlərarası əmanət bankları içərisində 1960-cı ildə təsis edilmiş iqtisadi inteqrasiyası üzrə Mərkəzi Amerika Bankı və 1970-ci ildə öz fəaliyyətinə başlamış Karib Inkişaf Bankı nisbətən əhəmiyyətli hesab edilir. Afrikada əmanət bankı nisbətən sonralar yaranmışdır. 1967-ci ildə Şərqi Af­rika Inkişaf Bankı, 1974-cü ildə Afrikanın Iqtisadi Inkişafı üçün Ərəb Bankı, 1975-ci ildə Mərkəzi Afrika dövlətlərinin Inkişaf Bankı və Islam Inkişaf Bankı, 1976-cı ildə Böyük Göl dövlətlərinin inkişaf bankı müəyyən dərəcədə əhəmiyyətli he­sab edilir. 1976-cı ildə Avropada Şimal Investisiya Bankı tə­sis edilmişdir.
Banklarla paralel olaraq dünyanın aparıcı regionla­rında məqsəd və vəzifələri ilə beynəlxalq maliyyə təşkilatla­rına yaxın olan müxtəlif iqtisadi inkişaf, iqtisadi inteqrasiya fondları yaradılmışdır. Beynəlxalq inkişaf bankları assosia­siyasının mə­lu­matlarına görə dünyada onlarla beynəlxalq banklar, fondlar və digər kredit-maliyyə inkişaf institutları fəaliyyət göstərir.
Demək olar ki, bütün regional təşkilatlar BMT-rı sis­temi ilə bağlıdır. Onların əməkdaşlığı BMT-nin regional iqti­sadi komissiyalarının köməkliyi ilə həyata keçirilir. 1946-cı ildə BMT-nin Baş Assambleyasının   I ses­siyasında BMT-nin iqtisa­di və sosial şurası çərçivəsində ayrı-ayrı coğrafi rayonlarda BMT-nin siyasətinin həyata keçirilmə­sində məsul olan iqtisadi təşkilatların yaradılması haqqında qərar qəbul edildi. Lakin 1947-1948-ci illərdə Avropa Iqti­sadi komissiyası, Asiya və Uzaq Şərq, Latın Amerikası və 1958-ci ildə Afrika üçün iqtisadi komissiya təsdiq edilirdi. BMT-nin regional komissiyası fəaliy­yət rayonlarında əlaqələndirmə funksiyasını həyata keçirir. Bu qayda BMT-nin regional iqti­sadi komissiyasının rolunu güc­ləndirmək, BMT-nin iqtisadi və sosial fəaliyyətinin qeyri-mər­kəzləşdirilməsi haqqında Baş Assambleyanın bəyan­namə­sində qeyd edilmiş komissiyalar haqqında qaydalarla möhkəm­ləndirilmişdir.
BVF  və BYIB-nın   müəssisələri  yalnız valyuta-maliyyə sis­teminin formalaşdırılması üçün bir göndərmə nöqtəsi ola­raq almadı. O əvvəllər beynəlxalq münasibətlərdə çox mər­kəzlilik­dən az mərkəzliliyə keçməyi göstərirdi.
60-cı illərin axırları 70-ci illərin əvvəlləri dünya təsərrü­fatı çox sayda böhranlar keçirdi. Qızıl dollar standartına əsaslanan dünya maliyyə sistemi dağılmağa başladı. Bu və­ziyyət iqti­sa­diyyatın, o cümlədən valyuta-maliyyə münasi­bətlərinin beynəl­xalq tənzimlənməsinin qurulmasında, təşki­lində və metod­la­rın­da ciddi dəyişikliklər edilməsini tələb edirdi. Bu dövrdə valyuta-maliyyə münasibətlərinin çoxtə­rəfli tənzim­lənməsi prosesində BUIB və BVF-nun rolu nəinki gücləndirilir, eyni zamanda yeni funksiyalar əlavə edilir. Beynəlxalq maliyyə təşkilatları ölkə­lərin milli makroiqtisadi siyasətini istiqamət­ləndirmək üçün aktiv iştirakçıya çevri­lirdi.
Hazırda dünya valyuta-maliyyə sistemində əsas yerlər­din birini tutan, beynəlxalq kapitalın hərəkətinin tənzimlən­məsini və istiqamətləndirilməsini həyata keçirən vahid kredit-maliyyə siyasəti işləyib hazırlayan geniş maliyyə institutları sistemi yaradılmışdır. Maliyyə institutlarının fəaliyyəti onun çox­həlqəliliyi ilə əlaqələndirilir. Dövlət və xüsusi kapitalın dolaşan olunması, beynəlxalq maliyyə təşkilatlarının öz layi­hələrinin maliyyələşdirməyə, müxtəlif sahələrdə maliyyənin inkişaf proqramının, xüsusi kapitalın dünya bazarlarında borc kapi­ta­lına cəlb olunması onun əsas xüsusiyyətlərini təş­kil edir. Bey­nəlxalq maliyyə institutlarının ümumiləşdirilmiş sistemi aşağı­dakılardır:

  1. dünya miqyasında valyuta-maliyyə məsələləri ilə məşğul olan (BVF, Ümumdünya bankının təşkilati qrupu) BMT-nin ixtisaslaşmış müəssisələri;
  2. fəaliyyət sferası müəyyən regionlarla məhdudlaşan regi­onal inkişaf bankları;
  3. bu və ya digər borcluya – kreditora tənzimləyici və va­hid şəklə salmaq yolu ilə yaxınlaşmalar (hökumət və ölkələ­rin qeyri-formal kreditorlər birliyi) Paris klubu;
  4. London klubu xüsusi kommersiya banklarını borclu­lara qarşı birgə siyasət işləyib hazırlayan birləşmiş nəhəng xüsusi kreditorları;
  5. əmanət inkişaf bankları;
  6. öz fəaliyyətini iki əsasda həyata keçirən dövlətlərarası təşkilatlar.

Beləliklə, bu gün dünya valyuta-maliyyə sistemi iqtisadi və hüquqi bir kateqoriya olmaqla çoxsahəli və inkişaf edən bir faktor kimi özünü təqdim edir.
Əməkdaşlığın həyata keçirilməsi çərçivəsində valyuta-maliyyə institutları, Beynəlxalq valyuta-maliyyə sistemi özü kimi qarşılıqlı olaraq bir-birinə təsir göstərməyə diqqət yeti­rirlər. Sistemin hüquqi əsasını beynəlxalq və dövlətdaxili hüququn məcmusunu təşkil edir və bunun köməkliyi ilə bey­nəlxalq münasibətlərdə valyuta tənzimlənməsi, kreditləşmə və maliyyələşdirmə həyata keçirilir.
Öyrənmək üçün biz nisbətən əhəmiyyət kəsb edən dünya iqtisadiyyatında mühüm rol oynayan və bizim ölkə üçün müəy­yən maraq təqdim edən beynəlxalq maliyyə təşki­latları seç­mişik.

0 şərh