Avropa ittifaqı

Aİ (uyğun olaraq ing. — EU ) on beş üzv dövlətdən təşkil edilmişdir: Avstriya, Belçika, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Birləşmiş Krallıq, Finlandiya, Fransa, İsveç. Onların hamısı imzalamanın iştirakçıları idilər yaxud sonradan 1957-ci ildə Roma müqaviləsinə, 1986-cı ildə vahid Avropa aktına, 1992-ci ildə Avropa ittifaqı haqqında Maastrixt müqaviləsinə, 1997-ci ildə Amsterdam müqaviləsinə, eləcə də daxil olma və assosiasiya yaratmaq haqqında regionun müxtəlif ölkələri üçün daxil olma şəraiti və gələcəkdə üzvlük perspektivləri təklif edən müxtəlif müqavilələrə qoşuldular. İslandiya, Lixtenşteyn və Norveç ilə birlikdə iştirakçı ölkələr on səkkiz dövlətin hamısının sənaye mallarının, kapitalın, xidmətlərin və adamların sərbəst hərəkəti üçün Avropa iqtisadi məkanını təşkil etdilər. Aİ həm də Türkiyə ilə azad ticarət zonasını yaratdı və 1996-cı ildə Barselona konfransının qərarlarına əsaslanaraq İordaniya da daxil olmaqla Avro-Aralıq dənizi regionunun on iki dövləti ilə danışıqlar apardı.

Avropa İttifaqının xəritəsiNəinki "ümumi ideyalara malik olan digər Avropa xalqlarının güclərini birləşdirməyi təklif edən", həm də «müxtəlif regionlar və baxımsız, geridə qalmış regionlar arasında fərqlərin azaldılması» məqsədini müəyyən edən Roma müqaviləsi, bu prosesə maliyyə gətirə biləcək ölkələrin üzvlük perspektivlərini hazırkı vaxta qədər paradoksal məhdudlaşdırır və hələlik resipiyent-ölkənin ehtiyatlarının rəqabət edə biləcəyini istisna edir. «Asılılıq» prinsipinə riayət edilməsi hər hansı real yayılmanı istisna edir, amma bu siyasət Aİ Komissiyasının prezidentinin, "İttifaq daxilində və xaricində şərait sürətlə dəyişir" və 1997-ci ilin iyulunda İttifaqın əsil inkişaf və islah etmə addımlarının atılmasının qeyd olunduğu «gündəlik 2000»-i təqdim etdikdə qəti surətdə dəyişdirilmişdir. Yayılma Avropa tarixində Avropanın təhlükəsizliyinin, iqtisadiyyatının, mədəniyyətinin və dünyada vəziyyətinin möhkəmlənməsi maraqlarından faydalanmaq üçün dönüş vaxtıdır. Komissiya Üzvlüyə ərizə vermiş Mərkəzi və Şərqi Avropanın assosiasiyalaşmış on ölkəsindən Macarıstanın, Polşanın, Estoniyanın, Çex Respublikasının, Sloveniyanın və Kiprin daxil olması haqqında danışıqlara başlamağa rəy verdi. Daxil olma haqqında sonrakı danışıqlara Bolqarıstan, Latviya, Litva, Rumıniya və Slovakiya ilə başlamalıdırlar. Növbəti hökumətlərarası konfrans institutsional islahatlar və yenidən qurtulmaları, həmçinin ümumi aqrar siyasətini müzakirə etməlidir.

Roma müqaviləsinin ilk altı üzvünün məqsədi «daha sıx ittifaqa» (müqavilənin preambulası) aparan prosesin təşkil edilməsində, ticarətdə maneələrin aradan qaldırılmasından ibarətdir və üzv-dövlətlərin iqtisadi siyasətində ümumi bazanın qurulması və inkişaf etməklə yaxınlaşma prinsipi etibarilə daha böyük nailiyyətdir (2-ci maddə). Birliyin yaradıcısı Jan Monenin dediyi kimi «biz dövlətlərin assosiasiyasını yaratmırıq, biz xalqlar ittifaqını qururuq», və buna görə də Avropa iqtisadi birliyinin qərarları ilə qəbul edilmiş inzibati üsullar quruluşca birləşmə məqsədinə aparan proseslərə imkan yaratmaq üçün təşkil olunmuşdur.

«Birləşmiş Avropaya yol salma» siyasi fikri 1969-cu ildə Haaqada səslənmişdir, bir məqsəd kimi qəbul edilmiş və 1983-cü ildə təntənəli Ştutqart deklarasiyasında təsdiq edilmişdir, 1986-cı ildə isə üzv-dövlətlər vahid Avropa aktında " Avropa ittifaqı daxilində dövlətlər arasında əlaqələrin transformasiyası" (preambula) üzrə öz üzərilərinə öhdəlik götürdülər və şərt qoydular ki, «Avropa cəmiyyəti və Avropa siyasi korporasiyası (yəni xarici siyasətin harmonizasiyası) Avropa birliyi istiqaməti üzrə irəliləmə yaratmaqda birgə səy göstərməyi qarşılarına məqsəd qoysunlar (1-ci maddə). Birləşmə prosesini davam etdirən hazırlanmış aktın əsas müddəası nazirlər şurasında səsvermə zamanı ixtisaslaşdırılmış əksəriyyət sisteminin genişləndirilməsi əsasında ayrı-ayrı üzv hökumətlərin veto hüquqlarının azaldılmasından ibarətdir.

Üzv-dövlətlərin çoxu üçün iqtisadi daxil etmə və asılılıq prosesinin yaradılması elə əlçatmaz oldu ki, Avropa birliyinə hərəkət növbəti mərhələyə keçdi, 1992-ci ildə Maastrixt müqaviləsinin imzalanması ilə daxil olanlar Avropa xalqları arasında daha sıx ittifaqın yaradılması prosesinin yeni səviyyəsi kimi Avropa ittifaqının təşkil edilməsini» qarşılarına məqsəd qoymuşdular. Bu vahid valyutanın və Aİ-yə vətəndaşlığın tətbiq edilməsini təşkil etməklə, iqtisadi və maliyyə ittifaqının qurulması vasitəsilə İttifaqın reallığa nail olmasına səbəb oldu. Bundan başqa İttifaq «birgə xarici siyasət həyata keçirməklə beynəlxalq arenada eyniliyi təsdiq etməyə və təhlükəsizliyi təmin etməyə» səy göstərməyə başladı.

Maastrixt müqaviləsi Amerika konstitusiyası ilə müqayisədə mərkəzi hakimiyyətə verilməsi mümkün olan xüsusi funksiyaları müəyyən etməyərək həmin məsuliyyəti müəyyən etmək səlahiyyətini Avropa məhkəməsinə verdi, hansı ki, hakimiyyət İttifaqın yaradılması məqsədilə tamamilə uyğun olması üçün qəbul etməlidir. Amma məlum oldu ki, üzv-dövlətlərin məqsədi — yəni siyasi ittifaq — onları qarşılıqlı öhdəliklərlə bağlayır. Müqavilə, ittifaq məqsədinə nail olmaq üçün hökuməti gələcək addımlarını atmağa vəzifələndirən inteqrasiya prosesinin dinamik konsepsiyasını təmsil edir, Avropa ittifaqının və fəaliyyətdə olan tekstin hüquq mənbələrini müəyyən edir. Maastrixt və Amsterdam müqavilələri Roma müqaviləsi və Vahid Avropa aktı ilə birlikdə de facto on bir ölkənin konfederasiyadan federasiyaya keçidi kimi şərh edilə bilərlər, İttifaqın hazırkı və gələcək üzvləri quruluş və idarəetmə sistemi haqqındakı danışıqlar prosesinin başlanmasına və 2002-ci ildən 40 illik birləşmə prosesinin sonuna qədər öz milli valyutalarını və iqtisadi siyasətlərini birləşdirməyə razılaşdılar.

Roma müqaviləsinin imzalanmasından başlayaraq ümumi Qərbi Avropa və İttifaq daxilindəki ölkələr arasında əməkdaşlıq səviyyəsi yüksəlməyə başlayır, o cümlədən standartlaşmanın və bərabərliyin yüksək səviyyəsinə nail olunmuş yerlərdə. «Dörd hərəkətin sərbəstliyi»nin qarşısına qoyduğu məqsədə — sənaye mallarının, xidmətlərin, kapitalın və işçi qüvvəsinin əsasən 1993-cü ilin yanvarına kimi nail olunmuşdur, ticarətdə qeyri-tarif maneələri əsas etibarilə aradan qaldırılmışdı. Kənd təsərrüfatı mərkəzləşdirilmiş şəkildə qaydaya salınmışdır və iqtisadiyyatdan çox siyasət obyekti qalmışdır. Əhəmiyyətli tərəqqinin vəsaitlərin müstəqil sənaye dövlətlərindən kənd təsərrüfatı dövlətlərinə transferinin həyata keçirməsinə və az inkişaf etmiş ölkələrə maliyyə yardımının transferinə nail olunmasına baxmayaraq, qarşıda daha vacib məqsəd «iqtisadi konvergensiya» olaraq qalırdı.

Vahid valyutanın tətbiq edilməsi — avro — İttifaqın dayanıqlılığını təmin etməyə, on bir ölkənin 1999-cu ildə Maastrixt kriterilərində əldə etdikləri nəticələrə nail olmasına kömək edir. Onların milli valyutaları 2002-ci ildə ləğv olunur. Bu kriterilər: 1997-ci il büdcə defisiti və ÜDM (ümumi daxili məhsul. — Red.qeydi) arasında nisbət 3%dən yuxarı qalxmamalıdır; Dövlət borcu ilə ÜDM-in 1997ci il nisbəti 60 faizdən yuxarı olmamalıdır; 1997-ci ilə inflyasiya səviyyəsi (orta hesabla daha müvəffəqiyyətli üç üzv-dövlətin səviyyəsindən) 1,5 faizi keçməməlidir; gəlir səviyyəsi (üç ən yaxşı üzv-dövlətin səviyyəsindən) 2 faizdən az olmamalıdır; valyuta kursu Avropa valyuta sisteminin son iki ildəki göstəricilərinə əsasən 2,25 faiz həddində olmalıdır.«Stabillik Paktı» üzv-dövlətlərin xəzinə intizamı kimi əsasən ümumi valyutadan istifadə etmələrini təmin etməlidir.

Amsterdam müqaviləsi xarici siyasət və təhlükəsizlik sahəsi üzrə deleqat qismində nazirlər Şurasının baş katibi ilə beynəlxalq işlər üzrə Katibliyi təsis edir. Əgər qəbul edilən qərar bu dövlətlərin həyati maraqlarına toxunursa, vetonun mümkünlüyü və təcrübəli çoxluğun səsverməsi yolu ilə qəbul olunur; amma bu zaman üzvlərə xüsusi xarici siyasət qərarları qəbul etmək imkanı verilir ki, buna da hamının birləşməsinin məcburi deyildir. Komissiyanın xaricdə nümayəndəlik şəbəkəsinin genişləndirilməsi kimi, ASEAN ilə və Pio Qrupu ilə xarici ticarət kursu və dialoq da xarici siyasətin vəzifəsi olaraq qalır.

Ədliyyə və daxili işlər, immiqrasiya, sığınacaq, viza siyasəti (yekunda — Şenqen sistemi çərçivəsində sərhədlərin götürülməsi) məsələləri Şurada yekdilliklə qəbul edilən səsvermə yolu ilə həll edilir, Britaniya, Danimarka və İrlandiya burada müvəqqəti olaraq iştirak etmək hüququna malikdirlər. Müdafiə prinsip üzrə Maastrixt müqaviləsində «Avropa ittifaqının inteqral hissəsi kimi» təqdim olunan Qərbi Avropa ittifaqına həvalə edilir, amma praktik olaraq çoxtərəfli sazişin əlahiddə təşkilatı halında qalır.

Avropa ittifaqının orqanları:

İştirakçı-dövlətlərin hökumətləri tərəfindən təyin olunmuş, iyirmi üzvdən ibarət olan, Komissiya (Avropa birliyinin), müstəqil surətdə fəaliyyət göstərir. Fransa, Almaniya, İtaliya, İspaniya və Birləşmiş Krallıq hər biri iki üzv, qalan ölkələr isə hər biri bir üzv təyin edir. Komissiya Avropa iqtisadi birliyinə aid olan bütün işlərdə İttifaq tərəfindən təqdir edilən tədbirlər həyata keçirmək kimi müstəsna hüquqlara malikdir və Avropa ittifaqı haqqında Müqavilə çərçivəsində xarici siyasət, təhlükəsizlik, ədliyyə və daxili işlər sahəsində təklif təşəbbüsçüsü kimi əlavə hüquqlara malikdir. Bəzi hallarda nazirlər Şurası Komissiyadan qəti tədbirlər görməyi xahiş edir. Komissiyanın hər bir üzvü onun dövləti tərəfindən beş illik müddətə təyin olunur və onun idarədəki konkret vəzifələri Komissiyanın prezidenti tərəfindən müəyyən edilir.

On beş ölkənin hər biri tərəfindən təyin olunmuş və təqdim edilmiş nazirlərdən ibarət olan nazirlər Şurası müzakirələr aparır və Komissiyaya təkliflər verir, Şura həm də veto hüququna malikdir. Qərarlar təcrübəli çoxluğun səsverməsi yolu ilə qəbul edilir, amma bəzən yekdilliklə qəbul edilən səsvermə də tələb olunur. Səsvermə çoxluğu ölkə əhalisinin sayına müvafiq olaraq təşkil edilir: Birləşmiş Krallıq, Fransa, Almaniya, İtaliya on səsə malikdirlər, İspaniya səkkiz, Belçika, Niderland, Yunanıstan və Portuqaliya beş, Avstriya və İsveç — dörd, Finlandiya, İrlandiya və Danimarka — üç və Lüksemburq — iki səsə malikdirlər. İyirmi altı səs xarici işlər nazirlərindən ibarət ümumi məsələlər üzrə Komitədə ittifaq bağlamış azlığın səsidir.

Avropa parlamenti açıq səsvermə yolu ilə seçilmiş 626 üzvdən ibarətdir: doxsan doqquzu Almaniyadan; səksən yeddisi Fransadan, İtaliyadan və Birləşmiş Krallıqdan; altmış dördü İspaniyadan; otuz biri Hollandiyadan; iyirmi beşi Belçikadan, Yunanıstandan və Portuqaliyadan; iyirmi ikisi İsveçdən; iyirmi biri Avstriyadan; on altısı Danimarkadan və Finlandiyadan; on beşi İrlandiyadan və altı üzv isə Lüksemburqdandır. Parlament konsultasiyalar və diskussiyalar aparmaq hüququna malikdir; Birliyin büdcəsinə dəyişikliklər etməyi təklif edə bilər, bəzi detalları daxil etmək yaxud rədd etmək, həmçinin Komissiyanın tərkibini qəbul etməmək səlahiyyətləri vardır (bu praktikada heç vaxt baş verməyib). Parlament həm də İttifaqın yeni üzvlərinə münasibət üzrə və əsasən daxili bazarın və xarici siyasətin, müqavilələrin və daxili təhlükəsizliyin bəzi mərhələlərinə aid məsələlərdə veto hüququna malikdir.

Avropa məhkəməsi on altı müstəqil məhkəmədən ibarətdir, İttifaqa aidiyyəti olan və ümumilikdə ittifaq müqavilələrinin izahı ilə əlaqəsi olan işlərdə ali məhkəmədir. Məhkəmə «yeni hüquq qaydalarını» mühafizə edir və hüququ «Avropa birliyinə konkret irəliləmə» yolu kimi şərh edir. Məhkəmə həm də Komissiyanın tapşırığı ilə Roma müqaviləsinin (171-ci maddə) öhdəliklərini yerinə yetirməyən dövlətlərdən cərimələri yığmaq hüququna malikdir.

İqtisadi və sosial komitədən və regionlar Şurasından başqa aşağıdakı təşkilatlar fəaliyyət göstərir:

Heç olmazsa ildə iki dəfə görüşlər keçirən, xarici işlər nazirləri və Komissiyanın prezidenti ilə birlikdə Avropa ittifaqının iştirakçısı olan dövlətlərin başçılarından yaxud ölkələrin hökumətlərindən ibarət olan Avropa şurası (yaxud sammiti); onun əsas təyinatı — ümumi siyasəti müəyyən etməkdir.

Şurada prezidentlik — üzv-ölkələr altı ildən bir növbə ilə bir-birini əvəz edirlər. Şurada sədrlik edən ölkə həm də müxtəlif şuralarda, komitələrin iclaslarında sədrlik edir, onların gündəliyini müəyyənləşdirir, xarici işlər naziri isə Avropa parlamentində çıxış edir. "Üçlük" keçmiş, hazırkı və gələcək sədrlik edənlər — lazım olduqda Avropa ittifaqına təhlükəsizlik və xarici siyasət məsələlərini təqdim edir.

Daimi nümayəndələr Komitəsi (uyğun olaraq ing. COREPER ) iki komitədən ibarətdir: biri Avropa ittifaqında akkreditə olunmuş üzv-dövlətin daimi nümayəndəsindən (yəni səfirindən ) və o birisi — daimi nümayəndələrinin müavinlərindən. İkisi də hər həftə görüşürlər, onların əsas tapşırıqları — prosesi həyata keçirmək və Aİ Şurasına müzakirə və qərarların qəbul edilməsi üçün materialları hazırlamaqdır. Onlar da Şuranın nümayəndələrinin vəzifələrini icra edirlər.

Yaund, Aruş və sonrakı Lomey konvensiyası əsasında ərazi cəhətdən əvvəllər onlardan asılı olan İttifaq üzvləri arasında xüsusi əlaqələr yaradılmışdı. IV Lomey konvensiyasının müddəti 1990-cı ildən 2000-ci ilə qədərdir; burada Aİ-nin on beş və AKT-ın (Afrika, Karib və Sakit okean regionu, uyğun olaraq ing. — ACP ) on yeddidən çox ölkəsi iştirak edir və onun büdcəsi 12 milyon avro təşkil edir. Bu məbləğin 10,8 milyon avrosunu milli və regional proqramların həyata keçirilməsinə sərf etmək üçün əsasən qrantlar formasında, həmçinin kənd təsərrüfatı ixracatının itkilərinin kompensasiyası (STABEX üçün) və mədənçıxarma monoiqtisadiyyatına (SYSMİN üçün) kömək üçün Avropa inkişaf fondu (uyğun olaraq ing. EDF) verir. 1,2 milyon avrosunu isə xüsusi layihələrin aparılması üçün Avropa investisiya bankı (EİB) istiqrazlar formasında verir. Aİ ticarət münasibətlərində demək olar ki, bütün AKT- idxalçılarını və qəndə kvota üçün imtiyazlı qiymətləri gömrüksüz daxil olma ilə təmin edir. Konvensiyanın orqanları hər il iclasları keçirilən Aİ/AKT-nin nazirlər Şurası, hər altı aydan bir görüşləri keçirilən Aİ/AKT-nin səfirlər Komitəsi, AKT-nin üzvü olan ölkələrin nümayəndələrindən ibarət olan Aİ/AKT-nin ümumi Assambleyası və hər il toplaşan Avropa parlamentinin bərabər sayda üzvləridir. AKT-nin katibliyi Brüsseldə, Ave. Georges Henri 451 ünvanında yerləşir.

Müəllif Ralf Corc Felthem
Mənbə Diplomatın stolüstü kitabı

0 şərh