Beynəlxalq Valyuta Fondu və Dünya Bankı

Beynəlxalq Valyuta Fondu(BVF). II dünya müharibəsindən dərhal sonra ABŞ və İngiltərə dövlətlərinin başçılığı ilə 1944-cü il 1-22 iyul tarixləri arasında ABŞ vilayətinin Bretton Vuds qəsəbəsində Birləşmiş millətlər təşkilatının pul və maliyyə konfransı keçirildi. Konfransda 55 ölkənin nümayəndəsi iştirak etmiş, müharibədən sonra beynəlxalq iqtisadi münasibətlərin yenidən tənzimlənməsi, yeni bir ödəmələr  sisteminin əsasları  və ticarətin sərbəst bir şəkildə inkişaf etdirilməsi və iqtisadi əməkdaşlığın saxlanması kimi mövzularda önəmli qərarlar verilmişdir. Konfransda Beynəlxalq Valyuta Fondunun qurulması haqqında qərar qəbul edilmişdir.
Beynəlxalq Valyuta Fondunun məqsədi aşağıdakılardan ibarətdir:
-Beynəlxalq valyuta problemləri barədə məsləhətləşmələr və əməkdaşlıq mexanizmini saxlayan daimi bir qurum vasitəçiliyi ilə beynəlxalq valyuta işbirliyini inkişaf etdirmək;
-Beynəlxalq ticarətin tarazlı  inkişafını gerçəkləşdirmək və beləcə bütün üzv ölkələrin tam məşğulluq və yüksək bir iqtisadi artıma çatmalarına imkan yaratmaq;
-Valyuta sabitliyini saxlamaq və devalvasiya siyasətini əngəlləmək;
-Çoxtərəfli xarici ödəmələr sisteminin qurulmasına,  beynəlxalq ticarətə maneçilik törədən -valyuta idxalat məhdudiyyətlərinin aradan qaldirilmasına xidmət etmək;
-Üzv ölkələrə tədiyyə balansındakı tarazlıqları aradan qaldırmaq məqsədilə kredit vermək. Ümumiyyətlə,beynəlxalq rifahın yüksəlməsinə maneçilik törədən faktorları aradan qaldırmaq;
-Üzvlərinin tədiyyə balanslarındakı sabitsizlik dərəcələrini azaltmaq. Yuxarıda adı çəkilən məqsədlərin gerçəkləşdirilməsi üçün üzv ölkələrin də yerinə yetirəcəkləri bəzi şərtlər vardır:
-Turizm də daxil olmaqla xarici ticarət fəaliyyətlərində beynəlxalq xidmət və mal alış-verişlərində valyuta da nəzarət və məhdudlaşdırılmalara , mərhələ-mərhələ üzən valyuta sisteminin tətbiq edilməsinə, spekulyativ xarakterli sərmayə hərəkətlərinə mane olmaq;
-Üzv ölkələrin devalvasiya etmə ehtiyacının ortaya çıxdığına devalvasiya dərəcəsini fonda bildirmək;
BYİB-Beynəlxalq Yenidənqurma Və Inkişaf Bankı (İnternational Bank of Reconstruction and Development, İBRD) 1944-cü ildə BVF (İMF) ilə birlikdə qurulmuş və 25 iyul 1946-cı ildə fəaliyyətə başlamışdır. Dünya Bankı ilə tanınan quruluşun anlaşması 144 ölkə təsdiq edilmişdir. Dünya Bankına üzv olan ölkələr eyni zamanda BVF-nin üzvləridir. Öz öhdəliklərini yerinə yetirməyən ölkələr bankın səlahiyyətli qurumları tərəfindən veriləcək qərarla üzvlükdən çıxarıla bilər. Dünya Bankının məqsədləri aşağıdakı kimidir:
Üzv ölkələrin iqtisadi islahatlarına yardım etmək;
Üzv ölkələrə xarici özəl mənbələrdən gələcək sərmayə investisiyalarını təsbit etmək və özəl sərmayənin yetərsizliyi vəziyyətində bunları tamamlamaq;
Üzv ölkələr üçün gəlirli investisiyaları təsbit edərək uzun dönəmdə beynəlxalq dəyişmələrdə tarazlığı saxlamaq;
Üzv ölkələr üçün borcvermə mexanizmini uyğun hala gətirmək;
Yerli şirkətlərin maliyyə mənbələrinə olan ehtiyacları mövzusunda yardımçı olmaq. Dünya Bankının verdiyi kreditlərdən üzv ölkələr yararlanır. Kreditlər uzunmüddətli olub, tələb edən ölkələrin iqtisadi inkişaf proqramlarının ehtiyacına görə verilir.

1 şərh

kulturoloq
Topikə görə Zahid çox sağ ol neçe vaxt idi bu mövzunu axtarırdım!!!