Şanxay Əməkdaşlıq Təşkilatı

Növ - Siyasi Tərəfdaşlıq

Quruluş - 14 İyun 2001

Rəsmi dillər - Çin, Rus

Mərkəz - Şanxay

Baş katib - Muratbey İmanəliyev

Üzvlər - Çin Xalq Respublikası, Qazaxıstan,  Qırğızıstan,  Rusiya, Tacikistan, Özbəkistan

Müşahidəçilər - Hindistan, İran, Monqolustan, Pakistan

 

Müxtəlif ekstremist, separatçı və dini-fundamentalist silahlı birləşmələr və qruplar tərəfindən təhlükələrin güclənməsi, habelə sərhədlərdə silahlanmanın səviyyəsinin aşağı salınması və Mərkəzi Asiyada nüvəsiz zonanın yaradılması cəhdləri bu qeyri-stabil regionun dövlət başçılarının birgə görüşünün əsasını qoydu. Çinlə sərhəd problemlərinin həlli məqsədi ilə 1996-ci ildə Çinin Şanxay şəhərində keçirilən bu qəbildən olan ilk birgə görüşdə Rusiya, Çin, Qazaxıstan, Tacikistan və Qırğızıstanın liderləri tərəfindən «Şanxay beşliyi» adlanan birlik yaradıldı. Bu görüşdə müntəzəm olaraq sammitlərin keçirilməsinə dair razılıq əldə edildi və sərhəd bölgəsində hərbi sahədə etimad tədbirlərinin güclənməsi haqqında saziş imzalandi. 1997-ci ildə Moskvada ümumi sərhəd bölgəsində olan hərbi qüvvələrin qarşılıqlı olaraq ixtisarı barədə birgə saziş imzalandı. Sənədlər sərhəd rayonlarında qoşunların sayının artırılmaması öhdəliyinə əməl olunmasına ciddi nəzarət mexanizmini müəyyən etdi və Mərkəzi Asiya regionunda siyasi həmrəylik və hərbsizləşdirmə yolunda ilk real addım oldu.

«Şanxay beşliyi»nə daxil olan ölkələrin ümumi ərazisi Avrasiya materikinin beşdə üç hissəsini təşkil edir, əhalinin sayı isə təxminən 1,5 milyarddır. 1999-cu ilin avqustunda Qırğızıstanda bu 5 ölkə rəhbərlərinin görüşlərinin sonunda imzalanan Bişkek deklarasiyasında «Şanxay beşliyi»nin məqsədləri geniş və dəqiq ifadə edildi. Onun əsasını Mərkəzi Asiyada əməkdaşlıq və təhlükəsizliyin güclənməsi üzrə çoxtərəfli regional dialoqun genişləndirilməsi təşkil edirdi. Bişkek deklarasiyasına əsasən, 5 dövlətin əməkdaşlığı açıq xarakter daşıyır və digər ölkələrə qarşı yönəlməyib. Bəyannamədə bu ölkələrin birgə mübarizə aparacaqları regional sabitliyə təhlükələr yer alıb: beynəlxalq terrorçuluq, silah qaçaqmalçılığı, qeyri-leqal miqrasiya, milli-etnik separatizm və dini ekstremizmin meydana çıxması. Bişkek qrupu çərçivəsində 5 ölkənin təhlükəsizlik orqanlarının və xüsusi xidmət orqanlarının əməkdaşlığı barədə qərar qəbul edildi. İqtisadi və humanitar sahədə sərhədyanı əmakdaşlığın planauyğun genişlənməsi məsələsi 2000-ci ilin iyununda Düşənbədə keçirilən sammitdə müzakirə edilib. Düşənbə dekalarsiyasında bu beynəlxalq qurumun fəaliyyəti, əsas məqsədləri və «Şanxay beşliyi»ni yaradan ölkələrin priaritetləri öz əksini tapdı və bu ölkələrə Özbəkistan müşahidəçi qismində qoşuldu. BMT yanında beynəlxalq terrorçuluqla mübarizə üzrə ayrıca istiqamətin yaradılması, birgə genişmiqyaslı antiterror əməliyyatlarının aparılması üçün Bişkekdə «beşliy»in antiterror mərkəzinin yaradılması və Mərkəzi Asiyanın «nüvəsiz zona» elan edilməsi kimi bir sıra təşəbbüslər təklif edildi. Bununla yanaşı, iqtisadi, elmi-texniki və mədəniyyət sahəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilməyə başlandı.      «Şanxay beşliyi»nin tarixində mühüm hadisələrdən biri 14-15 iyun 2001-ci ildə Şanxay şəhərində keçirilən dövlət başçıları səviyyəsində sammit oldu. Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yaradılması haqqında deklarasiyaya imza atdılar. Bu sənəddə əməkdaşlığın daha yüksək səviyyəsinə keçidin yeni təhlükə və çağırışlara qarşı müdafiə üçün birgə imkanlardan istifadənin effektivliyinin artırılacağına ümidlər öz əksini tapmışdır. ŞƏT-in məqsədləri sırasında iştirakçı dövlətlər arasında mehriban qonşuluq və dostluq, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sfera və sahələrdə müxtəlif effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitlik və təhlükəsizliyin, təmin edilməsi üçün birgə sayların dəstəklənməsi də var. Deklarasiyada əsas məqsədlər kimi, Mərkəzi Asiyada sülh, sabitlik və təhlükəsizliyin təmini ilə yanaşı, siyasi, iqtisadi-ticarət, elmi-texniki, mədəniyyət, təhsil, energetika, nəqliyyat, ekologiya və digər səhələrdə əməkdaşlığın inkişaf etdirilməsi də yer alıb. Sammitdə özlərinə və bütünlükdə regiona böyük təhlükə törədə biləcəyi narahatçılığını nəzərə alaraq separatçılıq və ekstremizmlə mübarizə üzrə Konvensiya da qəbul edilib.      Yeni regional təşkilatın çərçivəsində növbə ilə 6 dövlətdən birində təşkil edilməklə dövlət başçılarının illik rəsmi görüşü və hökümət başçılarının müntəzəm görüşü keçirilir. Bununla yanaşı, əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı münasibətlərin yeni mexanizmlərini yaratmaq nəzərdə tutulur.

BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, strateji tərəfdaşlar və nüvə dövlətləri kimi Rusiya və Çin bu regional strukturun əsas nüvəsi kimi çıxış edirlər. Məhz həmin bu iki dövlət «çoxqütblü dünya» konsepsiyasının reallaşdırılması təşəbbüsündən və pozulmasının strateji sabitliyin də pozulmasına gətirib çıxara biləcəyi 1972-ci ildə imzalanmış raketdən müdafiə üzrə Sovet-Amerika müqaviləsinə tərəfdarlıqdan çıxış edirlər. Qlobal problemlərə bu cür baxış Bişkek (1999) və Düşənbə (2000) deklarasiyalarında qeyd olunub.

ŞƏT çərçivəsində əməkdaşlığın koordinasiyasi üçün iştirakçı dövlətlərin milli koordinatorlarının şurası yaradılıb. Onun fəaliyyəti iştirakçı dövlətlərin xarici işlər nazirlərinin təsdiq etdikləri müvəqqəti nizamnama ilə müayyən edilir. Bu təşkilatın yeniləşdirilmiş Nizamnaməsi (beynəlxalq hüquqda məhz nizamnamənin məqsəd və vəzifələri, hər hansı beynəlxalq təşkilata daxil olması şərtlərinin yer aldığı əsas sənəddir) 2002-ci ildə Moskvada imzalanıb.      ŞƏT-in iki üzvü - Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olması faktoru ŞƏT üzvlərinin BMT Nizamnaməsinin pinsip və məqsədlərinə bağlılığını göstərən xüsusi deklarasiyada əksini tapıb. ŞƏT-ə maraq göstərən Pakistan, Hindistan, Monqolustan və İran təşkilatda müşahidəçi statusu alıblar. Özbəkistanın ŞƏT-ə qəbulu müxtəlif cür qiymətləndirilən əlamətdar hadisədir. Şanxay forumunun liderləri Əfqanıstandan və «Özbəkistan İslam Hərəkatı»ndan gələn radikal islam təhlükəsinə qarşı birgə fəaliyyəti vacib sayırlar. Öz növbəsində, Çin rəhbərliyi «qarşılıqlı anlaşma, qarşılıqlı mənfəət, bərabərlik və əməkdaşlığa» əsaslanan yeni təhlükəsizlik konsepsiyası təklif edir. Çox güman ki, ŞƏT-in fəaliyyəti və təşkilata qəbulla bağlı kriteriyalara dair bu və ya digər məsələlər Nizamnamədə öz əksini tapacaq.

2002-ci ilin yayında Sankt-Peterburqda ŞƏT-in II sammiti keçirildi. Sammit iştirakçıları bir çox sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi cəhdində yekdil olduqlarını göstərdilər. Sammitin yekunu olaraq bir çox sənədlər qəbul edildi - Şanxay Əməkdaşlıq Təşkilatının Xartiyası, Regional antiterror strukturu üzrə ŞƏT dövlətləri arasında saziş. O zaman Rusiya prezidenti V.Putin Regional Antiterror strukturu ilə bağlı sazişin imzalanmasını terrorçuluğa qarşı qlobal mübarizəyə mühüm töhfə vərəcəyini xüsusi qeyd edib.

2003-cü ilin mayında Moskvada ŞƏT-in III sammiti keçirilib. Tədbirdə təşkilatın əsas orqanlarının iş qaydalarını, büdcənin formalaşdırılmasını və digər məsələləri müəyyənləşdirən sənədlər imzalandı, ŞƏT-in bayrağı və gerbi qəbul edildi, icraçı katibi seçildi. Moskva sammiti ŞƏT-in təşkilati qanuniləşdirilməsini yekunlaşdırdı. Onun yekunlarına dair qəbul edilən deklarasiyada ŞƏT üzvlərinin Mərkəzi Asiya və bütünlüklə dünya arenasında fəaliyyətinin xarici siyasi koordinasiyası mexanizminin işlənməsi vəzifəsi qoyuldu.      2007-ci ilin avqustunda keçirilən Bişkek sammitinin yekunlarında vacib məsələ iştirakçı dövlətlərin çoxqütblü dünya yaradılması və ABŞ-ın regionda liderlik etməsinə imkan verilməməsi yönündə iradə nümayişi oldu. Sammitdə nümayandələrinin müşahidəçi statusunda iştirak etdiyi Hindistan, Pakistan və İranın ŞƏT-in fəaliyyətinə aşkar maraq göstərmələri Yer kürəsinin demək olar ki, yarı hissəsini təşkil edən regional strukturun dünya ictimaiyyətinin bir hissəsinin adından hərəkət etmək üçün unikal imkan yaratdı.      ŞƏT millət-dövlət əsasında bərabər üzvlərin iştirak etdiyi beynəlxalq bir təşkilatdır. ŞƏT yeddi əhəmiyyətli alt şuradan ibarətdir. Bunların bir hissəsi illik yığıncaqlarda bir araya gələrkən, bir hissəsi daimi quruluşdadır:

A) dövlət başçıları Şurası - hər il bir dəfə nizamlı olaraq bir üzv ölkədə toplanan və dövlət başçılarının qatıldığı ən üst səviyyədəki qərar mexanizmidir. Digər şuraların əvvəldən müşavirə etdikləri əhəmiyyətli məsələlər burada qərara bağlanmaqdadır.

B) Hökumət Başçıları Şurası - hər il bir dəfə toplanan və büdcənin təsdiqi və iqtisadi müqavilələr edilməsi kimi əsas öhdəlikləri olan ikinci ən əhəmiyyətli alt mexanizmdir.

C) Xarici İşlər Nazirləri Şurası - dövlət başçıları Şurasından bir ay əvvəl toplanan və bu şuranın gündəmini təyin edən, beynəlxalq məsələlərin sıxlıqda müzakirə  edildiyi təşkilatın ən funksional orqanlarından biridir.

D) Təqdimat Şurası - üzv ölkələrin əməkdaşlıq etdikləri sahələrdə xadimlərin (müdafiə nazirləri, polis təşkilatları, ədalət nazirləri vs.) iştirakı ilə əhatəli görüş və müqavilələrin infrastrukturunun yaradıldığı əhəmiyyətli bir orqandır.

 

E) Milli Koordinator Şurası - ildə ən az üç dəfə toplanan və ŞƏT üzvü olan ölkələrin milli koordinatorlarının qatıldığı  bütün digər orqanları istiqamətləndirən orqandır.

F) Katiblik - Pekində olan və təşkilatın bütün işlərinin sənədləşdirildiyi, təqib edildiyi, sonrakı fəaliyyətlər üçün sənədlərin hazırlandığı daimi və əhəmiyyətli bir orqandır. İlk ümumi katib Çinli Zhang Deguangdır.

G) Regional Anti-terror Agentliyi - Özbəkistanın paytaxtı Daşkənddə iştirak edən anti-terror şöbəsidir. Daimi xarakterli olub, ilk katibi Özbək Casymovdur.

Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətlərini 3 ölçüdə araşdırmaq mümkündür. Çünki Avropa Birliyi əksinə millətüstü deyil, beynəlxalq bir quruluşda yaradılmış ŞƏT siyasi inteqrasiya və dərinləşmə ilə çox maraqlanmır. A) Təhlükəsizlik ölçüsü - Bölgələr üzrə anti-terror Agentliyi sayəsində ŞƏT anti-terrorizm və narkotik qaçaqçılığıyla mübarizə mövzularında regional əməkdaşlığı yüksək səviyyəyə çatdırmışdır. Ən böyüyü 2007-ci ildə olmaq üzrə 3 ortaq hərbi manevr təşkil edən ŞƏT, yenə də hələ NATO kimi bir hərbi birlikdəlik görünüşü verməkdən çox uzaqdır və bu məqsədi güdmədiyi təəssüratını verməkdədir. B) İqtisadi ölçü - Təşkilatın ən fəal və əhəmiyyətli fəaliyyətləri iqtisadi sahədədədir. ŞƏT-ə üzv dövlətlər 2003-ci ildə iqtisadi əməkdaşlığı genişləndirmə məqsədiylə bir çərçivə müqaviləsi imzalamışdır. Eyni yığıncaqda Çin Xalq Respublikası baş naziri Wen Jiabao təşkilat üzvü ölkələr arasında uzun müddətli bir sərbəst ticarət bölgəsi yaradılmasının hədəflənməsini təklif etmişdir. Ardından bir il sonra 23 Sentyabr 2004-cü ildə 100 maddəlik bir plan imzalanmışdır. 5 Oktyabr 2005-ci il, ŞƏT Moskva zirvəsində, ŞƏT-in ortaq enerji layihələrinə üstünlük verəcəyi açıqlanmış, xüsusilə də neft və qaz sektoru ilə və su qaynaqlarının ortaq istifadəsi üzərində qurulacağı ifadə edilmişdir. Ortaq layihələrin maliyyələşdirilməsi üçün bir ŞƏT İnterbank-ının qurulması qəbul edilmişdir. ŞƏT İnterbank təşkilatının ilk toplantısı Fevral 2006-cı ildə Pekində baş tutmuşdur. 30 Noyabr 2006-cı ildə, Almatada təşkil edilən ŞƏT konfransında Rus Xarici işlər Naziri ŞƏT-in bir "enerji klubu" qurulması mövzusunda planlar qurduğunu bildirmişdir. C) Mədəni ölçü- Mədəni əməkdaşlıq da ŞƏT çərçivəsinə daxil edilmişdir. 12 Aprel 2002-ci ildə Pekində ŞƏT Mədəniyyət Nazirlərinin görüşü təşkil edilmiş, davamlı mədəni əməkdaşlıq haqqında birgə bəyanat imzalanmışdır. İlk dəfə 2005-ci il Astana sammiti zamanı ŞƏT adına bir sənət festivalı və bir də sərgi təşkil edilmişdir. Qazaxıstan eyni zamanda 2008-ci ildə bir xalq rəqsləri festivalı təşkil edilməsini təklif etmişdir.

Şanxay  Əməkdaşlıq Təşkilatı, Aprel 1996-cı ildə Çinin sərhəd problemlərinə həll gətirmək üçün Çin və qonşu dörd dövlətlərlə birlikdə yaradılmış bir platforma, İyun 2001də Özbəkistanın qatılmasıyla regional iqtisadi və təhlükəsizlik əməkdaşlıq təşkilatına çevrilmiş beynəlxalq bir təşkilatdır. Bu təşkilat Çində mövcud olan bir şəhərin adıyla xatırlanan ilk regional təşkilatdır. Təşkilata üzv ölkələr 300 milyon kvadrat metr torpağı əhatə edir və Avrasiya qitəsinin 3 / 5 ünə bərabərdir. 1.455 milyard əhaliyə sahib olan bu təşkilat dünya əhalisinin ¼-ini təşkil edir. 2004-cü ildə Monqolustan və 2005-ci ildə Hindistan, Pakistan və İranın da təşkilata müşahidəçi üzv ölkə olaraq iştirak etməsiylə adı çəkilən təşkilat artıq Avrasiyanın ən böyük iqtisadi və təhlükəsizliklə bağlı regional təşkilatı halına çevrilmişdir. Şanxay Əməkdaşlıq Təşkilatının dördüncü Hökumət başçıları konfransı, Rusiyanın bölgəyə geri dönüş  səyləri, ABŞ Xarici işlər Naziri Condoleezza Ricenin Orta Asiya səfəri, ABŞ müdafiə naziri Donald Ramsfeldin Monqolustan ziyarəti və Çinin regionda daha fəal olma cəhdləriylə 26 Oktyabr 2005-də Moskvada toplanmışdır.     Yığıncaq qərarları və açıqlamaları      Moskvada həyata keçirilən bu toplantı, Təşkilatın Astanada təşkil etdiyi liderlər zirvəsində alınan qərarların həyata keçirilməsini əsas götürmüşdür. Baş nazirlər səviyyəsində sabitliyi qorumaq, ticarət, texnologiya və humanitar sahələr kimi hər kəsi maraqlandıran sahələrdə əməkdaşlıq irəlilətmək və regional əməkdaşlığı dərinləşdirmək üzərində müzakirələr edilmişdir. Yığıncaqda baş nazirlər, qarşılıqlı faydalı və bərabərlik prinsipi şəraitində iqtisadi əməkdaşlığı inkişaf  etdirməyi qərarlaşdırmışlar. Baş nazirlər 19 Fevral 2005-ci ildə Bişkekdə keçirilən iqtisadi-ticarət nazirləri toplantısında enerji, nəqliyyat, telekommunikasiya, elm və texnologiya, əkinçilik sahələrindəki əməkdaşlıq ilə əlaqədar qanunvericiliyi təsdiq etmişdir. İclasda xüsusilə enerji əməkdaşlığı və enerji boru kəməri üzərindəki əməkdaşlığın əhəmiyyətini və vacibliyini vurğulamışdırlar. Baş nazirlər, Çinin təşkilat üçün açdığı kreditlərin uyğun istifadə etməsi, nəqliyyat sahəsindəki əməkdaşlığı gücləndirməsi, ətraf  mühitin qorunması və mədəni dəyişmə proqramın həyata keçirməsi kimi mövzularda müzakirələr etmişlər.

Baş nazirlər, təşkilat çərçivəsindəki əməkdaşlığın yeni inkişaflar əldə etdiyini və buna görə də təşkilatın beynəlxalq etibarının yüksəldiyini ifadə etmişlər. Bir sonrakı baş nazirlər konfransı 2006-cı ildə Düşənbədə baü tutmuşdur.Çinin Baş naziri Wen Jiabao, yığıncaqda etdiyi nitqdə Çinin Şanxay Əməkdaşlıq Təşkilatı üzv ölkələri arasında əməkdaşlığın gücləndirilməsinin lazım olduğunu vurğulayaraq bu barədə Çinin öz üzərinə düşən vəzifələri icra etməsinə hazır olduğunu açıqlamışdır. Çin Baş naziri yığıncaqda imzalanmış "Şanxay Əməkdaşlıq Təşkilatının banklararası Əməkdaşlıq Sazişi" və "Şanxay Əməkdaşlıq Təşkilatının İş adamları Komitəsinin İlk Şura Toplantısının Protokulu" kimi sənədlərin üzv ölkələr  arasında əməkdaşlığı artıracağına inanır. Wen Jiabao, təşkilatın daha təsirli hala gələ bilməsi üçün Çinin töhfələrini də dilə gətirmişdir. Wen Jiabaoya görə, Çin dövləti Şanxay Əməkdaşlıq Təşkilatı üzv ölkələri üçün üç il ərzində 1500 profesional işçi yetişdirəcəktir. Bundan əlavə faizi 2-dən az olmayan 20 illik  900 milyon ABŞ dollarlıq seçimli kredit təmin ediləcək. Wen Jiabao, təşkilatın əməkdaşlığın bərabərlik və qarşılıqlı hörmət prinsipinə söykəndiyini və təşkilatın üzv ölkələri ilə müşahidəçi ölkələrin əl-ələ verməsi vəziyyətində, təşkilatın əməkdaşlıq hədəflərinə mütləq nail olunacağı qənaətində olduğunu bildirmişdir. Bundan başqa, Çin Baş naziri Wen Jiabao təşkilatın xaricə açıq və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcəyini vurğulayaraq təşkilatın üçüncü bir ölkəyə qarşı olmadığını vurğulamışdır.

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Zhang Deguangın 27 Oktyabr 2005-ci il tarixindəki mətbuat konfransında ABŞ əsasının nə vaxt geri çəkiləcəyi mövzusunu yenə dilə gətirmişdir. Zhang Deguangın mətbuat konfransında, üzv ölkələrin terrorizm, separatçılıqla mübarizədə səylərinin konkret nəticələrini əldə etdiyini və önümüzdəki dövrlərdə bu sahədə əməkdaşlığı daha da gücləndirəcəklərini açıqlamışdır. Zhang Deguang, Orta Asiyadakı narkotik qaçaqçılığıyla mübarizə etməyin də Şanxay Əməkdaşlıq Təşkilatının əsas vəzifələri arasında olduğunu, bunun terror daxil hər cür cinayət hərəkətlərinin maddi zəmininin aradan qaldırması üçün faydalı olduğunu ifadə etmişdir. Zhang Deguang da təşkilatın xaricə açıq bir təşkilat olduğunu və bir hərbi ittifaqa çevrilməyəcəyini vurğulamışdır. Rusiya prezidenti V. Putin 26 Oktyabr tarixində təşkilatın üzv ölkələrinin baş nazirləri və müşahidəçi ölkə nümayəndələrini Kreml sarayındakı qəbulunda, terrorla mübarizə və vətəndaşların təhlükəsizliyini qorumaq Şanxay Əməkdaşlıq Təşkilatının əsas vəzifələri olmaqda davam etməsinin lazım olduğunu dilə gətirmişdir. Yəni üzv ölkələr terrorizmlə mübarizədə sıx əməkdaşlığa girməsini tələb edir. Bundan başqa üzv ölkələrə bir sıra plan və təkliflər təqdim etmişdir. Rusiya kosmos iş sahəsində əməkdaşlıq etməsi lazım olduğu çağırışını etmişdir. İqtisadi çətinliyi olan Qırğızıstan təşkilatın daha çox yoxsulluq problemi ilə maraqlanması mövzusunda diqqət çəkməyə çalışmışdır. Özbəkistan isə dəmir yol şəbəkəsinin inşa edilməsi və  Əfqanıstan ilə İranı bağlayaraq üzv ölkələrin Avrasiya nəqliyyat dəhlizi halına çevrilməsini təklif etmişdir. Çinin Təşkilat Üzərindəki Mənfəətləri      Şanxay Əməkdaşlıq Təşkilatı, Çinin təşəbbüsü ilə meydana gəlmişdir və sərhəd təhlükəsizliyindən regional təhlükəsizliyə  qədər iqtisadi maraqların açıqlamışdı. Yəni üzv və müşahidəçi ölkələrin siyasi, iqtisadi və təhlükəsizlik maraqları olduğu kimi, Çinin də Şanxay Əməkdaşlıq Təşkilatı platformasında Orta Asiya və Rusiyanın enerjilərini əldə etmək və öz ucuz mallarının bazarın və iş qüvvəsinin əsası halına gətirməyə çalışır. Eyni zamanda təşkilatın Çin-Rusiya əlaqələrini təmin edən bir zəmin olaraq da qiymətləndirməkdədir. Necə ki Çin Baş naziri Wen Jiabao yığıncaqda bir sıra konkret iqtisadi-ticarət əməkdaşlığı haqqında siyahısını təqdim etmişdir. Wen Jiabao, təşkilatın ən əhəmiyyətli işinin üzv ölkələr arasında ticarət və sərmayə üçün uyğun mühit və şərtləri hazırlamaq olduğunu vurğulayaraq, enerji, telekommunikasiya, altı quruluş inşası, sərhəd bölgə ticarəti və quş qripi kimi xəstəliklərlə mübarizədə çoxtərəfli əməkdaşlıq edilməsinin zəruri olduğunu ifadə etmişdir.

Çin hökuməti, Pekində olan Şanxay Əməkdaşlıq Təşkilatı katibliyi və Daşkənddə olan Anti Terror Təşkilatının fəaliyyətini davam etdirə bilməsi üçün maliyyə vəzifəsini boynuna götürmüşdür. Üzv ölkələr arasında əməkdaşlığı davam etdirmək üçün  kreditlər təmin etməkdədir. Yəni təşkilatın mövcudluğunu qoruya bilməsi üçün hər cür xərcləri qarşılamışdır. Bu səylər təbii olaraq Çinin bölgəyə əhəmiyyət verdiyini və xüsusi yanaşma içində olduğunu göstərir. 26-27 Oktyabr 2005- ci il tarixləri arasında Çin Baş naziri Wen Jiabao təşkilatın konfransı zamanı bəzi ölkə idarəçiləri ilə görüş fürsəti əldə etmişdir. Wen Jiabaonun bu danışıqlarında təşkilatın ümumi maraqları xaricində xüsusi olaraq üzv və müşahidəçi ölkələrə istiqamətli siyasətini anlaması üçün nümunə təşkil edir.

Çin Baş naziri Wen Jiaobao'nun Qazaxıstan Baş naziri Danial Ahmetov ilə görüşündə, iki ölkə arasında bu il təsis etdilmiş olan strateji tərəfdaşlıq münasibətlərinin, iqtisadi-ticarətin enerji əməkdaşlıq əlaqələri səbəbiylə inkişaf etməkdə olduğunu ifadə etmişdir. Konkret bir inkişaf isə dekabr 2005-ci ildə Qazaxıstan-Çin neft kəmərinin qurulması ilə baş vermişdir. Qırğızıstan Baş naziri Felix Kulov ilə görüş zamanı, Wen Jiabao iki ölkə arasında imzalanmış Mehriban Qonşuluq Dostluq Əməkdaşlıq Sazişi və 10 İllik Əməkdaşlıq haqqında Konvensiyanın gedərək həyata keçirilməsinin başladığını vurğulayaraq, Qırğızıstanın xarici siyasətində Çinə üstünlük verməsi, Tayvan ilə Tibet məsələsində Çinə verdiyi sözə əməl etməsi, üçüncü bir ölkə və Şərq Türküstançıların Qırğızıstanda Çinin maraqlarına zərər verə biləcək fəaliyyətlərinə icazə verməməsinə təşəkkür edəcəyini bildirmişdir. Çin də hər zamanki kimi Qırğızıstanın suverenliyinin qorunması, milli inkişafının təmin edilməsi və milli iqtisadiyyatının inkişaf etdirməsi ilə bağlı dəstəyini davam etdirəcəyini açıqlamışdır. Qırğızıstan Baş naziri Felix Kulov da iki ölkə arasında edilmiş bütün razılaşmalara sadiq qalacağını və Çin ilə birlikdə iki ölkənin təhlükəsizliyini və sabitliyini təhdid edən üç gücə (separatçılıq, radikal İslamçılık və radikallıq) qarşı olan əməkdaşlığı davam edəcəyini bəyan etmişdir. Çin Baş naziri Wen Jiabao müşahidəçi ölkələrin səlahiyyətliləri ilə də görüşmüşdür. Wen Jiabao Pakistan baş naziri Şövkət Əziz ilə görüşdüyündə, zəlzələyə görə qarşılanan çətinliklərin öhdəsindən gəlmək üçün Çin tərəfi köməyini davam edəcəyini açıqlamışdır. Hindistan xarici işlər naziri Natwar Singh ilə görüşdüyündə iki ölkənin sərhəd anlaşılmazlığı ilə əlaqədar müzakirələr konstruktiv nəticələrini əldə etdiyini və bu hadisələr iki ölkənin bir çox çətinliklərdən sonra əldə olunmuş dostluğunun güclənəcəyini ifadə etmişdir. Wen Jiabao İran prezidenti birinci müavini Parviz Davudi ilə görüşündə, iki ölkə arasındakı siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini bildirmişdir. Wen Jiabao'nun Monqolustan Baş naziri Tasahia Elbegdorj ilə görüşündə, iki ölkənin altı quruluş inşası əsasındakı iqtisadi-ticarət əlaqələrin getdikcə dərinləşdiyini dilə gətirmişdir.

Bu görüşlərdə Çinin Qazaxıstandan enerji əldə etmək və Qırğızıstandan təhlükəsizlik xüsusilə sərhəd təhlükəsizliyini təmin etməyi qarşıya məqsəd qoyduğu açıqdır. Şərqi Türküstan mənşəli Uyğurların ən çox Qazaxıstanda yaşamasına baxmayaraq bu mövzuda Çin daha çox Qırğızıstandan Çinin təhlükəsizliyinə zərər verən fəaliyyətin məhdudlaşdırılmasını istəməkdədir. Bu da Qırğızıstanda sabitliyin hələ təmin edilə bilmədiyini göstərir. Cənubi Asiyada geosiyasi rəqibləri olan Pakistan və Hindistan iki ölkəyə qarşı daha çox təhlükəsizlik mənfəətini vurğulamışdır. Çin-Pakistan arasındakı ənənəvi dostluq əlaqələrinin tərsinə Çin-Hindistan arasındakı inamsızlıq əlaqələri yaşanmışdır. Son illərdə Çin-Hindistan arasındakı qarşılıqlı etimadı atırmaq səyləri müəyyən ölçüdə nəticə almış olmasına baxmayaraq Wen Jiabaonun iki ölkə arasında yaxşı qonşuluq ilə dostluq münasibətlərinin strateji əməkdaşlıq tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək istəyini bildirmişdir. Monqolustan ilə olan əlaqələrində də təhlükəsizliyi əsas götürmüşdür və iqtisadi əməkdaşlıq zəminində Rusiya ilə Çin arasındakı bu temp bölgənin təhlükə yaradan bir ölkə olmasından narahatlıq duyur. Monqolustanın Şanxay Əməkdaşlıq təşkilatında iştirak etməsi bu təhlükəni aradan qaldırma xüsusiyyətini daşıyır. Necə ki ABŞ və Yaponiyanın son illərdə Monqolustan ilə olan yaxın əlaqələri də inkişaf etməkdədir. Çinin Şanxay Əməkdaşlıq Təşkilatı üzərində təhlükəsizlik və iqtisadi maraqları xaricində ABŞın bölgədəki təsirindən narahat olduğu aşkardır. Təşkilatın güc qazanması Şanxay Əməkdaşlıq Təşkilatının dördüncü Baş nazirlər toplantısı məlumatında ifadə etdiyi kimi təşkilat beynəlxalq aləmdə getdikcə əhəmiyyət qazanmış və eyni zamanda etibar da qazanmışdır. Rusiya prezidenti Vladimir Putin 26 Oktyabr tarixində üzv ölkələrin baş nazirlərinin qəbulunda  təşkilatın beynəlxalq siyasətdə əhəmiyyətli bir güc halına gəldiyini ifadə etmişdir.Təşkilat yaranandan bu yana iqtisadi və təhlükəsizlik maraqları səbəbindən möhkəm bir inkişaf xəttini davam etmişdir. Eyni zamanda təhlükəsizlik əməkdaşlıq çərçivəsində 2001-ci ildən etibarən hərbi əməkdaşlıq də sıxlaşmışdır. Rusiyanın Şanxay Əməkdaşlıq Təşkilatı koordinatoru və dövlət başçısı xüsusi vəkili Vitaly Vorobyov 4 Sentyabr 2005-ci ildə mətbuata verdiyi bir açıqlamasında, Şanxay Əməkdaşlıq Təşkilatının hərbi siyasi bloka və ya ittifaqa çevrilməyəcəyini ifadə etmişdir. Şanxay Əməkdaşlıq Təşkilatı,  2004-ci ildə müşahidəçi mexanizmini həyata keçirməyə başlamış və Rusiya ilə Çin arasında qalan Monqolustan ilk müşahidəçi ölkə olmuşdur. 2005-ci ildə Qazaxıstanın paytaxtı Astanada təşkil edilən təşkilatın liderlər toplantısında uzun ildir təşkilata üzv olmaq istəyən Hindistan ilə Pakistan və 2005-ci ilin əvvəlində üzv olma tələb edən İran müşahidəçi ölkəsi statusunu qazanmışdır. Bu üç ölkə müşahidəçi olmasına baxmayaraq hamısı yüksək səviyyəli rəsmiləri göndərmişdir. Hindistanın baş naziri Natwar Singh, Pakistan xarici işlər naziri Şövkət Əziz və İran prezidenti köməkçisi Parviz Davudi toplantıda iştirak etmişdir. Şanxay Əməkdaşlıq Təşkilatı artıq yalnız  Orta Asiyanı əhatə etmir eyni zamanda Cənubi Asiya və Yaxın Şərq bölgələrinə də yayılmış vəziyyətdədir. Ancaq üzv ölkələrin mənfəətləri fərqli olması səbəbiylə irəliyə yönəlmiş sıx əməkdaşlıq etməsi çətin ola bilər. Rusiya bu platforma vasitəsilə beynəlxalq siyasi gücünü artırmağa çalışarkən, Çin isə iqtisadi və təhlükəsizlik maraqlarını təmin etməyə çalışmaqdadır. Pakistan ilə Hindistan, Rusiya ilə Orta Asiyada enerjiləri əldə etmək və təhlükəsizlik mənfəətini təmin etməklə birlikdə ikitərəfli əlaqələrinin inkişafı üçün ayrı bir mühit yaratmaq niyyətindədirlər . İran isə beynəlxaq tərəfdən gələn təzyiqə qarşı Rusiya və Çin kimi gücləri olduğu Şanxay Əməkdaşlıq Təşkilatının dəstəklərinə ehtiyac duymaqdadır. Orta Asiya ölkələri isə ABŞ-ın əksinə öz daxili siyasət işləri ilə maraqlanmayan bu xarici güclərin arasında sıxışaraq öz müqəddəratını əldə tutmağa çalışırlar. Buna baxmayaraq ABŞ-ın olmadığı bir regional təşkilat gedərək təsir yaratmağa başlamışdır.

Çin və Rusiya münasibətləri getdikcə yaxınlaşma yolunda irəliləməkdədir. İki ölkə arasındakı strateji əməkdaşlıq mexanizmi də Fevral 2005-ci ildə həyata keçirilmişdir. Bu mexanizm zəminində iki ölkə hər cür mövzuları müzakirə etmə imkanlarını təmin etməkdə və ikitərəfli əlaqələrindəki problemlərin həlli üçün qarşılıqlı inamı artırmaqdadır. Avropa Birliyinin şərqə genişlənməsi və rəngli inqilabın baş verməsi Rusiyanın strateji ətrafı gedərək etibarsız halına gəldiyi bir mühitdə, bölgənin təhlükəsizliyi və sabitliyi üçün Moskva və Pekin arasında əməkdaşlığı möhkəmləndirmək yolunda irəliləməkdədir. Eyni zamanda Rusiyada da baş verən "Çin təhdidi" şərhləri aradan qaldırması üçün Pekin də Rusiya ilə olan əlaqələr artırmaqda və Rusiya ilə olan strateji əməkdaşlığı dərinləşdirməyə çalışmaqdadır. Çin baxımından bölgənin təhlükəsizliyi və enerjini əldə etməsi üçün uyğun fürsətləri yaratmış olacaq. Russia in Global Affairs jurnalının redaktoru Fyodor Lukyanov, Moskvanın Vaşinqtona özünün hələ bölgənin əhəmiyyətli bir ölkəsi olduğunu göstərməyə və Çinin də böyüməkdə olan iqtisadi gücüylə təşkilatı daha güclü və daha təsirli etməyə çalışdığını irəli sürməkdədir.

İqtisadi sahəsədə ümid etdiyi qədər bir inkişaf etməməsinə baxmayaraq siyasi xüsusilə təhlükəsizlik sahəsində əməkdaşlıq sürət qazanmışdır. Hindistan Şanxay Əməkdaşlıq Təşkilatı üzv ölkələri arası yada onlarla birlikdə hərbi tətbiqatları davam etdirməkdədir. Rusiya və Çin rəsmiləri nə qədər təşkilatın bir hərbi ittifaqa çevrilməyəcəyini iddia etsə də belə hadisələr göstərir ki, bu iddia altında hərbi əməkdaşlıq davam etməkdədir. Heritage Foundation quruluşunun tədqiqatçısı Ariel Cohen də prinsip olaraq üzv ölkələr təşkilat çərçivəsində hərbi problemləri müzakirə edə biləcəyini ifadə etməkdədir.

Şanxay Əməkdaşlıq Təşkilatı yaranandan bu günə qədər bəzi araşdırmaçılar onu NATO-ya bənzətməyə çalışmışdır. Bəziləri isə Rusiya ilə Çinin yaxınlaşması və Şanxay Əməkdaşlıq Təşkilatının NATO  ilə rəqabətə girə biləcək bir təhlükəsizlik bloku yaratmaq yolunda addım atılmış olaraq qiymətləndirməkdədir. İki təşkilatın yaranmasının tarixi arxa planı və funksiyaları fərqlidir bu cür nəticələrə tarixi faktları araşdırmaqla gəlinmişdir. Ancaq hər xüsusiyyəti  ilə NATO ilə eyni səviyyədə qiymətləndirilməsi çətin olmasına baxmayaraq, təşkilatın mövcud quruluşu və həcmi kiçik hesab edilməyəcək vəziyyətdədir. Yəni regional təhlükəsizlik ittifaqının qurulmasının zəmini hazırdır. Tək problem siyasi, iqtisadi və təhlükəsizlik sahəsində qarşılıqlı güvəninin əskik olmasıdır. Ancaq bu əskiklikləri onsuz da ittifaqı zəiflədən əsas ünsürləridir və Çin ilə Rusiya əlaqələri irəlidəki dövrdə necə bir yol alacağı da maraqlı bir mövzudur. Vremya Novosti qəzetinin jurnalisti Akady Dubnov da iki ölkə arasında necə bir ittifaq quracağına şübhə ilə yaxınlaşmaqdadır. Çünki iki böyük ölkənin ən əhəmiyyətli problemi irəlidə bölgədə kimin təsiri daha böyük olacağıdır. Yəni geosiyasi rəqib olan iki ölkə arasında bir rəqabət var. Xüsusilə ABŞ faktoru olmadığı bir mühitdə Çin və Rusiya arasında ciddi ölçüdə rəqabət yaşanır. Necə ki Rusiyanın geosiyasi mütəxəssisi Alexander Duginnin yazdığı Rusiya Geopolitikası kitabında Çin kimi tarixi geopolitik rəqibinə qarşı Çinin şimal-qərb sərhəd bölgələrində templi bölgə meydana gətirməsinin lazım olduğunu irəli sürməkdədir. Həmçinin Çar Rusiyası ilə Stalin Rusiyası Çinə qarşı həmişə bu strateji siyasəti tətbiq etmişdi.

Qırğızıstanda yaşanan "vətəndaş müharibəsi" hadisəsi və Özbəkistanın Endican hadisəsindən sonra Orta Asiya respublikaları Rusiyaya yaxınlaşma siyasətini izləməyə başlamışdır. Qazaxıstanın Rusiya ilə ittifaqda olan ölkə əlaqələrini təsis etməsi, Özbəkistanın Rusiya ilə olan əlaqələri müttəfiq dövlət səviyyəsinə qaldırma tələbləri, Mərkəzi Asiya Birləşmiş Ordusunu yaratması bölgə tarazlığının Rusiyaya tərəfində olmasını  göstərməkdədir. Bu inkişaflar Çinin təsirini nisbətən azaltmaqdadır. Orta Asiya ölkələri çox tərəfli təhlükəsizlik siyasətini mənimsəmiş və böyük güclərin mühitində öz mənfəətlərini təmin etməyi qarşısına məqsəd qoymuşdur. Ancaq bu siyasətin riskli olduğu üçün güc tarazlığı dəyişəndə siyasi seçim etmək məcburiyyətində qalırlar.

Güclər mübarizəsi

11 Sentyabrdan sonra ABŞ-ın Əfqanıstana istiqamətli hərbii əməliyyatı nəticəsində ABŞ da bölgə xarici bir güc olaraq Orta Asiyadakı təsirini təsis etmişdi. Region ölkələri Şanxay Əməkdaşlıq Təşkilatı ilə görüşdən sonra ABŞ-ın bölgədəki əməliyyatına dəstək vermişdi. Region ölkə liderləri terrorla başa çıxa bilmirdi və ABŞ-ın sayəsində bu problemləri həll etməklə birlikdə yenə ABŞ-ın sərmayəsi ilə iqtisadi inkişafı planlaşdırmışdı. Onsuz da Şanxay Əməkdaşlıq Təşkilatını meydana gətirən təməl problem də bölgə təhlükəsizliyi idi. ABŞ-ın bölgə təhlükəsizliyi ilə maraqlanması Şanxay Əməkdaşlıq Təşkilatının funksiyasının zəifləməsi deməkdir. Bu səbəbdən bir çox mütəxəssislər Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətini dayandıracağı fikrini irəli sürmüşlər. Halbuki hadisələr bu fikirləri təsdiq etməmişdir. Xüsusilə Qırğızıstan və Özbəkistandakı qiyamlardan sonra bölgə ölkələri insan haqları və demokratiya təzyiqi səbəbiylə ABŞ-dan uzaqlaşmağa və Rusiya ilə Çinə yaxınlaşmağa başlamışdır. Özbəkistandakı qiyamlar şiddət yoluyla yatırıldıqdan sonra Özbəkistan prezidenti İslam Kərimovun Pekin səfəri Çin tərəfindən isti qarşılanmış və siyasi-iqtisadi dəstəyini vermişdir. Çin-Özbəkistan arasında 1.5 milyard dollarlıq ümumi investisiya layihələrini həyata keçirməyə çalışmaqdadır. Kərimov dəstəyi Rusiyada da axtarmış və istədiyini əldə etmişdir. Hətta 3 Oktyabr 2005-ci ilddə Avropa Birliyinin Özbəkistana silah embarqosunu tətbiq etmək qərarı alan kimi Rusiya Özbəkistanı silahla təmin edə biləcəyini bəyan etmişdir. Bu inkişafın nəticəsində Rusiya ilə Çini öz tərəfinə çəkə bilən Kərimov, ABŞın Özbəkistandakı hərbi dəstələri geri çəkməsi bəyanatı ilə Özbəkistan-ABŞ əlaqələri gərginləşməyə başlamışdır. Kərimov artıq Rusiya ilə yaxınlaşma siyasətini yürüdürdü.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 24 Oktyabr 2005-ci ildəki Daşkənd səfəri zamanı Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (Collective Security Treaty Organization)  üzv olmasının vacib olduğunu üstüörtülü şəkildə  bildirmişdi. Özbəkistan  prezidenti İslam Karimov, 26 Oktyabr 2005-ci ildə Özbəkistanın da 2005 və 2006-ci ilin uyğun bir zamanda Rusiyanın təklif etdiyi təşkilatda iştirak edəcəyini bəyan etmişdi. Yəni Qərb dəstəkli GUUAM təşkilatından ayrılan Özbəkistan siyasi və təhlükəsizlik mövqeyindən Rusiyanın yanında yer alacaq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında  Rusiya, Belarusya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan iştirak edir və Özbəkistan daxil edildiyi təqdirdə  Çinin təşəbbüsündə  olan Şanxay Əməkdaşlıq Təşkilatının  altı  üzvünün beşi  bu təşkilatda  iştirak etmiş olacaq. Bu vəziyyət Rusiyanın Şanxay Əməkdaşlıq Təşkilatındakı təsirini artırmaqda və Çinin bölgədəki təsirini də asanlıqla qıra bilməkdədir. The  Christian Science Monitor-un Rusiya  qəzetinin, Kollektiv  Təhlükəsizlik  Müqaviləsi  Təşkilatı ilə  Şanxay Əməkdaşlıq Təşkilatının  eyni bölgədə təhlükəsizlik  funksiyasını  paylaşmasına baxmayaraq, geosiyasi əhəmiyyəti  ön  plana çıxdığı  üçün aralarındakı əməkdaşlığa  zərər verməməklə  birlikdə irəlidə  ABŞ-ın bölgədəki  maraqlarını addım-addım  sıxışdıraraq uzaqlaşdıracağını  iddia  edir . Kollektiv  Təhlükəsizlik Müqaviləsi  Təşkilatı  başçısı  Nikolai  Bordyuzha  da  daha əvvəl  iki  təşkilat təhlükəsizlik  də  daxil olmaqla  bir çox  sahədə sıx əməkdaşlıq edəcəyini ifadə etmişdi.      Regional əməkdaşlıq çərçivəsində ən əhəmiyyətli olan ABŞ faktorundan görə Rusiya ilə Çin arasında əməkdaşlıq xüsusilə Orta Asiyanın siyasi və təhlükəsizlik  əməkdaşlığı getdikcə artmaqda və Çin-Rusiya münasibətləri müəyyən bir məqsədlər üzərində qurulduğu üçün möhkəm görünməkdədir. Ancaq qlobal və ya regional siyasi və təhlükəsizlik dəyişməsi nəticəsində Çin-Rusiyanın Orta Asiyadakı rəqabətinin qızaşa bilmə ehtimalı da mövcuddur. Orta Asiya ölkələri ABŞ-dan uzaqlaşma meyli ilə birgə Pekinə deyil Moskvaya yaxınlaşmağa yol almışdır.

ABŞ-ın Əfqanıstana hərbi əməliyyatı sonrası Orta Asiyadakı dəyişiklik layihəsini tamamlamadan dərhal İraqa keçməsi Çin və Rusiyanın bölgədə təkrar güc qazanmağa imkan vermişdir. Orta Asiya ölkələri də Çin və Rusiyaya geri dönmə siyasətini izləməyə başlamışdır.  Necə ki Qırğızıstan və Özbəkistanda baş verən qiyamlar və ABŞ-ın insan hüquqları ilə demokratiləşdirmə  qorxusu səbəbiylə haqqında danışdığımız iki ölkəyə yaxınlaşdırmaqla Şanxay Əməkdaşlıq Təşkilatını da gücləndirmişdir.  Christian  Science  Monitorda  iştirak edən bir şərh yazısına (Russia, China looking to form 'NATO of the East') görə, Şanxay Əməkdaşlıq Təşkilatının sürətli böyüməsinin səbəbi Orta Asiyanın təhlükəsizlik şərtləri və Moskva ilə Pekinin hər ikisin də ABŞ-ın bölgədəki təsirini uzaqlaşdırma arzusuyla əlaqədardır.  Rusiyanın International Eurasian Movement başçısı və geosiyasi mütəxəssisi  Aleksandr Duginə görə, Orta Asiya ölkələrinin bu seçimləri ABŞ olmadan Avrasiya məsələsinə həll gətirmə məqsədini göstərir.  Dugin,  "Biz addım-addım bir dünya nizamını yaratmağa çalışırıq və bu nizam hər kəs tərəfindən xoşa gəlməyən ABŞ-ın hegemoniyasıdan fərqlidir"  deyə ABŞ-ın bölgə siyasətini  tənqid  etməkdədir.  Rusiya Council for Xarici and Defense Policies quruluşunun  sədri  Sergey Karaqanova  görə, Orta Asiya ölkələrin sürətli demokratikləşmə prosesi qarışıqlıq  yaradacağının  çox  açıq olduğunu irəli sürməkdədir.  Şanxay Əməkdaşlıq Təşkilatı hər fürsətdə üzv ölkələrin əməkdaşlıq və təşkilatın genişlənməsi üçün də bir ölkəyə qarşı olmadığını bəyan edir. Ancaq hər kəs tərəfindən bilindiyi kimi ABŞ-a yer verməyən bu təşkilat, ABŞ-ın hegemonyasına qarşı çox qütüblülük dünya nizamını və ABŞ-ın Orta Asiyada yerləşdirilmiş gücünün bölgədən geri çəkilməsini dilə gətirir.  Necə ki ABŞ-ın müdafiə naziri Donald Ramsfeldin Oktyabr  2005-ci ildəki Çin səfərində ABŞ-ın Şanxay Əməkdaşlıq Təşkilatının anti Amerika mövqeyindən narahat olduğunu bildirmişdir.

Şanxay Əməkdaşlıq Təşkilatının gələcəyi mövzusunda fərqli fikirlər vardır. ŞƏT üzvü olan ölkələrin irəliləyən illərdə NATO-nun şərqə doğru genişlənməsinə reaksiya olaraq daha sıx əməkdaşlıq içinə girməsinə səbəb olacağı şəklindədir. ABŞ müdafiə nazirinin müavini Peter  Romdan da, Çin və Rusiyanın Mərkəzi Asiyadakı hərbi əməkdaşlıq əlaqələri artdıqca  ABŞ-ın  Asiya NATO'sunun yaranmasına səbəb olacağını ifadə etmişdir. Şanxay Əməkdaşlıq Təşkilatının Varşava Paktına bənzədilməsi təbii olaraq Soyuq Müharibə dövründəki iki qütblü sistemi xatırladır.

Ancaq  keçmişdə iki qütblü sistemin əsasında kapitalizm-kommunizm arasındakı ideologiya qarşıdurması yatırılmaqdadır.  Halbuki bu gün o dövrün lideri olan Rusiya,  Qərb dünyasının siyasi və ictimai dəyərləri demokratiya və insan  hüquqlarına hörmətlidir.  Ancaq Şanxay Əməkdaşlıq Təşkilatına  rəsmi üzv ölkələr demokratikləşmə və insan haqları mövzularında səhv mövqeləri səbəbiylə çox zaman Qərb dövlətləri və insan hüquqları təşkilatları tərəfindən var gücü ilə tənqid olunurlar. Şanxay Əməkdaşlıq Təşkilatı, Çinin təşəbbüsü ilə qurulmuşdur və Çinin sərhəd təhlükəsizliyi,  regional təhlükəsizliyi  və  iqtisadi maraqlarını  məqsəd qoymuşdur.  Yəni üzv və müşahidəçi ölkələrin siyasi,  iqtisadi və təhlükəsizlik maraqları olduğu kimi, Çinin də Şanxay Əməkdaşlıq Təşkilatı platformasında Orta Asiya və Rusiyanın enerji qaynaqlarını nəzarət etmək və buranı öz ucuz mallarının bazarı və iş qüvvəsi əsası halına gətirmək kimi hədəfləri vardır. Bəzi mütəxəssislərini fikrimə görə,  Rusiyanın Qərb dünyasına (ABŞ)  yaxınlaşması vəziyyətində  Çin-Rusiya rəqabətini alovlandıra bilir və təşkilatı funksiyasız hala gətirə  bilər.  Təşkilatın Çin mərkəzli quruluşu digər üzv ölkələri narahat edə bilər.

Bu məzmunda  Rusiya  Federasiyasının  son  NATO  zirvəsində  Qərbə  yaxın dayanması  və  raketdən  müdafiə  proyektinə  dəstək  verməsi  diqqət  çəkicidir. Hindistan,  İran, Pakistan kimi müşahidəçi  üzvlərin  təşkilata  tam  hüquqlu  üzv olması  vəziyyətində  təşkilatın  bir  anda  genişlənməsinə və möhkəmlənməsinə baxmayaraq müzakirələrin mərkəzi halına da gələ bilər (xüsusilə Qərb dünyası-İran çəkişməsi səbəbiylə). Qərb ilə tez-tez problemlər yaşayan  Türkiyənin mövqeyi də təşkilatın gələcəyi  baxımından əhəmiyyətli olacaq.  Vaşinqton, başlanğıcda  Şanxay Əməkdaşlıq Təşkilatını ciddi qəbul etməmişdi. 11 Sentyabr hadisəsindən  sonra  ABŞ  və  NATO  qüvvələrinin  Rusiya  və  bəzi bölgə ölkələrinin dəstəyini alaraq Orta Asiyaya girməsi ilə təşkilatın tamamilə dağılacağı də irəli sürülmüşdür. Ancaq Avropa Birliyi ilə NATO-nun şərqə doğru genişlənməsi və ABŞ-ın  Avrasiyaya  yönəlməsi  kimi  konstruktiv dəyişikliklər,  Orta Asiya ölkələrinin Qərbin bölgədə davam etdirməyə çalışdığı  "rəngli inqilab" lara qarşı reaksiyaları, Rusiyanın enerji qiymətlərinin artması ilə yenidən güc toplaması və ən əhəmiyyətlisi  Çinin  bir  iqtisadi və hərbi  güc olaraq yüksəlməsi ABŞ-ın bölgədəki təsirini müəyyən  ölçüdə sındırmışdır. ABŞ-ın  Orta Asiya siyasətinin gələcəkdə necə bir yolu təqib edəcəyi isə hələ dəqiq olaraq bilinmir.

Nəticə olaraq Şanxay Əməkdaşlıq Təşkilatının gələcəyi mövzusunda qəti mühakimə çatdırmaq üçün hələ tezdir. Qərbin demokratikləştirmə siyasətinin (rəngli inqilablar) Avrasiyada tərs reaksiya yaratdığı və bölgə ölkələrini Rusiya ilə Çinə yaxınlaştırdığı, belə bir mühitdə də Çinin iqtisadi gücünə paralel olaraq Şanxay Əməkdaşlıq  Təşkilatının  da  güclənməsinin mümkün olduğu deyilə bilər. Heritage Foundation  quruluşunun  tədqiqatçısı Ariel Cohen, Şanxay Əməkdaşlıq Təşkilatının ilk qurulduğunda Vaşinqton rəsmilərinin bunu əhəmiyyət vermədiklərini və narahatlıq etməyin bir səbəbi olmadığı qənaətində olduqlarını, ancaq təşkilatın  bu andakı inkişafı onların bu düşüncələrinin səhv olduğunu göstərdiyini ifadə etmişdir.

1 şərh

2ral
Sadəcə kağız üzərində olan təşkilatdır.Daxili üzvlər arasında konfliktlər həddən çox olduğu üçün real potensiala malik beynəlxalq təşkilat demək olmaz.