Depressiya testi

Aşağıda dörd xanalı qruplar formasında bəzi ifadələr yazılıb.
Hər qrupdakı cümlələri diqqətlə oxuyun. Bu gün də daxil olmaqla son iki həftə ərzində özünüzü necə hiss etdiyinizi ən yaxşı ifadə edən cümləni seçin.

Hər qrupda seçmiş olduğunuz ifadələrin sağında olan xalları toplayaraq balınızı hesablayın.
Ən aşağıda qiymətləndirmə bölməsində ümumi balınızın izahı verilmişdir.

 

Qiymətləndirmə
01-10 – Normal
11-16 – Xəfif ruhi sıxıntı
17-20 – Depressiyanın eşiyində
21-30 – Orta səviyyədə depressiya
31-40 – Yüksək səviyyədə depressiya
41-63 – Çox ciddi depressiya

 

24 şərh

azadmamedov90
Bir təhər 18 alındırdım ))
azadmamedov90
30. Çəki məsələsinə çox güldüm, 50 kq`ın nəyini itirəcəyimi fikirləşdim )))
fatos2001
Məndə 11 alındı.
MURAD_SEYFULLAYEV
Bu nədi, Kayzendə «normal» olan yoxdu?
 
azadmamedov90
Məncə artıq Azərbaycanda «normal» olanların sayı çox azalıb.
MURAD_SEYFULLAYEV
Kimi ruhi sıxıntıda, kimi depressiyanın qapısının ağzında… kurdamir isə artıq «içəridə»dir. ;)) Doğurdan elədir kurdamir? :)
kurdamir
Murad suallara səmimi cavab verdim və «depresiya»
MURAD_SEYFULLAYEV
Bəs necə, doğurdan da depresiya var?
name
Hamı həyata Kayzen eynəkləri ilə baxsa, heç kəs depressiyada olmaz bəlkə. 21-63 arası nəticə toplayanlara bir az Kayzen içirmək lazımdır, dərman kimi.:) 
MURAD_SEYFULLAYEV
Bəlkə də. :) Ooo sən demə burda 63 də var imiş. Dəhşət. :) Heç kəsə özünü o günə salmağı arzulamıram. ;)
kurdamir
Siz nə qədər yığdız?
MURAD_SEYFULLAYEV
Düzü özümə əziyyət verib, «qiymətləndirmə» dən yuxarını oxumadım. Həm özüm-özümü qiymətləndirə bildiyim üçün, həm də belə şeyləri öz psixologiyamla uyğunlaşdırmadığım və hardasa da inanmadığım üçün. :)
name
Gözlərimi suallar arasında gəzdirdim bir az. Maraqlı şeylər gördülər:
«Zəif tərəfim və səhvlərimə görə özüm-özümü tənqid edirəm» — bu yaxşı cavabdır, amma əlavə 1 xal gətirir.
«Bir vaxtlar məni əsəbləşdirən şeylər indi heç əsəbləşdirmir» — bunu yaxşı bir şey hesab edirdim, yəni əsəblərininin ipini əlində saxlamaq pisdir?
Sonuncu sual isə bir azca mənasız gəldi.
name
Həə, bir də dördüncüdə birinci və ikinci cavab arasında 1 xallıq fərqi əmələ gətirən fikir mənim başım tərəfə gələn yolu tapa bilmədi.:(
pascal
Belə testlər güclə adamın boynuna qoyur ki, depressiyadasan e, qardaş. Siz Allah fikir verməyin bu əldəqayırma işlərə. İnsanıq da, bir gün işimiz gərəyi əhvalımız xoş olar, bir gün kefsiz olarıq. 3-5 gün əhvalınımızın olmaması «Depressiyadasan!» demək deyil. Boş verin belə testləri. Əhvalınız olmayanda sevdiyiniz insanların yanında olun, dost bildiyiniz, güvəndiyiniz insanla ürəkdən söhbət edin, gəzin-tozun… Özünüz özünüzü pozitivliyə motivasiya edin. Bu nədir ya..?
MURAD_SEYFULLAYEV
Pascal tamamilə razıyam sizinlə. Amma baxın görün nə qədər şərh var burda. Demək ki, əyləncəli qəbul edən üçün bir əyləncədir, vay o adamın halına ki, burdan çıxan nəticələri daha ciddi qəbul edib, depresiyanı biraz da bərk qucaqlayıb, bata. :)
Shabnam_Ilham
Mən belə test olanda 2 saat fikirləşirəm görəsən beləyəm ya yox? Bunu seçim yoxsa bunu? Çünki çox vaxt ruh halıma hamsı uyğun gələ bilir. Ona görə test ermirəm :D 
İkinci də ki mən depressiyaya niyə düşürəm, qoy depressiya Şəbnəmə düşsün :P :D 
MURAD_SEYFULLAYEV
:))) O lap pis. Depresiya özü düşərsə onda ona arsız depresiya deyirlər, nə qədər etsən əl çəkmir. ;)
Shabnam_Ilham
Yox məncə depressiya artıq özünü unudar və əl çəkər bədbinlikdən :D 
das_dovru
10. Gülümsəyin cənablar.