Səhifə böləni yaxud kat

Saytda yazılan bir çox topiklərin həcmi çox böyük olur. Məsələn bu uzun topik əgər baş səhifəyə yaxud öz bloqunda tam halda çıxsa,istifadəçilərə çox narahatlıq yaradar. Saytın səhifəsi çox uzun olar ki,bu həm istifadəni çatəinləşdirir,həm də internet-traffik üçün ziyandır. Odur ki, saytının əsas hissəsinin Ardı( "Читать дальше...") yazısından sonra oxunması üçün səhifə bölənini işlətmək tələb olunur.
Redaktorda yeni bir topik yazandan sonra birinci abzasdan sonra yaxud məqalənin nə haqda olacağı haqda qısa məlumat verəndən sonra səhifə böləni düyməsini basın. Səhifə bölənindən əvvəlki hissə baş səhifədə yaxud topikin aid olduğu bloqun səhifəsində qısa halda veriləcək. səhifə bölənindən(bu zaman redaktorda uzun nazik xətt yaranır) aşağıdakı hissə isə Ardına basandan sonra tam halda oxunacaq.
səhifə böləni,kat,cut
Ona görə də çalışın ki,səhifə bölənindən əvvəl(ona annotasiya deyilir) topik haqqında ən maraqlı məlumatları verin.İlk bir-iki abzasda istifadəçini maraqlandıran xəbərlər verin ki, onlar Ardını oxumağa tələssinlər. Katdan əvvəl şəkil qoymaq məsləhət görülmür,xüsusilə də onun həcmi böyükdürsə. Video qoymaq isə olmaz,yaxşı olar ki,bunun əvəzinə Ardında videogörüntü var yazasınız.
Topik çox kiçikdirsə,kat qoymamaq da olar. Bəzi brauzerlər katı dəstəkləmirsə yaxud siz HTML-proqramlaşdırmadan başınız çıxırsa,saytın daxili kodunda <cut name="Ardı"> yazmaqla istədikləri yerdə səhifə bölənini əlavə edə bilər.
 

5 şərh

papatürk

Rus dilində http://botinok.co.il/node/10297
Azərbaycan dilində çoxları başa düşmür:) Yəni ki,Далее yaxud читать дальше.

puma
Aydın oldu.Sağ olun.
Cavid
Yeni istifadəçilər üçün əhəmiyyətli ola bilər sualiniz yaranarsa zəhmət olmasa yazin