2015-ci ildə “WhatsApp”dan daha bir yenilik

Populyar “WhatsApp” messencerinin yeni versiyasının ekran görüntüləri “Android World” texnologiya bloqunda dərc edilib. İCTnews elektron xəbər xidmətinin məlumatına görə, nəşr “Android” mobil əməliyyat sistemi ilə işləyən smartfonlar üçün “WhatsApp” messencerinin yeni versiyasının interfeysinin ekran görüntülərini dərc edib.

Bu görüntülərə əsaslanaraq demək olar ki, səsli danışıq zamanı ekranın mərkəzində abunəçinin avatarı, yuxarı hissədə cari zəngin davametmə müddəti və bu zəngin “WhatsApp” üzərindən edildiyi haqda informasiya qeyd ediləcək. Aşağıdakı düymənin köməyilə zəngi başlatmaq və bitirmək mümkün olacaq.

Messencerdə səsli zəng funksiyasının istifadəyə veriləcəyi tarix isə hələ bəlli deyil. Çox güman ki, 2015-ci ilin əvvəllərində istifadəyə veriləcək bu funksiya ila WhatsApp istifadəçi sayını artırmağı planlaşdırır.

2014-cü ilin sentyabr ayında “WhatsApp” messencerindən istifadə edənlərin sayı 600 milyona çatıb. Səsli zənglərin işə salınması sözügedən xidmətə “Viber”, “Skype” və “Line” kimi şəbəkələrlə daha effektiv rəqabət aparmağa imkan verəcək.

Mənbə: ict.az

 

3 şərh

azadmamedov90
Yaxşısı elə ağ qara 30 -50 manatlıq «alo» deyə bildiyimiz telefon, və internetdən daima istifadə edə bildiyimiz iş yeri və evdə də internet və notbuk. Bu ağıllı telefonlar heç də bizlərə kömək etmir…
DAMAVOY
Əlavə olunsa əla olardı.
kurdamir
«WhatsApp» bütün Sosial şəbəkələri geridə qoyub.