Su təchizatı sistemi elementlerinin təmiri texnologiyası. Axıdıcı çən

Müasir mənzil rahat və bütün avadanlıqlarla təchiz olunmuş yaşayış yeridir. Mənzilin elektrik və havatəmizləmə sistemləri ilə yanaşı, su təchizatı və kanalizasiya (çirkli suların axıb getməsi üçün boru və yeraltı kanallar sistemi) sistemləri də hər bir yaşayış yerinin vacib elementlərindən biridir .
Mənzilin su təchizatı və kanalizasiya sistemi olduqca mürəkkəb mühəndis qurğuları və sanitariya tədbirləri kompleksidir.
Mənzilin su təchizatı suyun su istifadəçilərinə lazım olan miqdarda verilməsidir.
Kanalizasiya sistemi vasitəsilə mənzilin çirkab suları bir mərkəzə yığılır və xaric edilir. Mənzilin su təchizatıMənzilin su təchizatı və kanalizasiya sistemlərinin əsas tərkib hissələri bunlardır: borular — su (1) və kanalizasiya (2), şlanqlar (3), ventillər (4), suqarışdırıcı (qarışdırıcı cihaz) (5), çanaq (6), vanna (7), duş (8), unitaz (9) (ayaqyolu çanağı), axıdıcı çən (10), sifon* (11) və s.Bütün sadalananlar sanitar-texniki armatura adlanır. Su təchizatı sisteminin əsas elementlərindən biri axıdıcı çəndir.xıdıcı çənin quruluşu necədir?
İlk baxışdan axıdıcı çən sadə qurğudur: suaxıtma və qəbuletmə sistemləri ilə təchiz olunmuş axıdıcı çən  düymənin basılmağıyla su axıdır; su qəbulAxıdıcı çənin əsas tərkib hissələriedən qapaq açılır və boşalmış çən su ilə dolur. Amma bu qədər sadə quruluşa malik qurğu bəzən xarab ola bilir. Belə olan halda onu necə təmir etmək olar?
1. Üzgəcli mexanizmin nasazlığının aradan qaldırılması texnologiyası
Əgər axıdıcı çənə tökülən su tez axıb gedirsə, bunun səbəbini üzgəcli mexanizmdə axtarın. Bu mexanizmin sıradan çıxma səbəbləri müxtəlif cür ola bilər:
axıdıcı qapağın sıradan çıxması — qapağı dəyişmək tələb olunur.
axıdıcı qol əyilib — onu əvvəlki vəziyyətinə qaytarmaq lazımdır.
üzgəcli mexanizm sıradan çıxıb. Üzgəcli mexanizm uzunmüddətli istismar zamanı çat verə bilər. Belə olan halda çatdan onun daxilinə su sızır və o batır, bununla da üzərinə düşən işi yerinə yetirə bilmir və onu yenisi ilə əvəz etmək lazım gəlir.
2. Axıdıcı çənin su saxlamadıqda boltlarının dəyişdirilməsi
Ayaqyolunun axıdıcı çənindən su lazımi yerə deyil, döşəməyə tökülürsə, təmir necə aparılmalıdır?
Belə qüsur olarsa, deməli, polad boltlar çürüyüb. Çünki onlar axıdıcı çəni unitaza birləşdirir. Bu qüsur meydana gəlibsə, təzə boltlar alıb onları dəyişdirmək lazımdır
Əgər su arasıkəsilmədən unitaza axırsa, nə etmək lazımdır?
Əgər su arasıkəsilmədən axıb gedirsə və bakda lazımi həcmdə yığılmırsa, belə olan halda suya qənaətdən söz gedə bilməz.
Belə olan halda axıntının qarşısını almaq üçün axıdıcı çən necə təmir olunmalıdır?
Əgər bu nasazlıq yaranıbsa, deməli, sifonun pərdəsi köhnəlib və dəliyi kip bağlaya bilmir. Nasazlıq sifonun köhnə pərdəsini yenisi ilə əvəz etməklə aradan qaldırılır
Bunun üçün çənin suyu boşaldılır, o qola birləşdirilir, bərkidici qayka burulub bərkidilir.
Axıdıcı çənin armaturu necə dəyişdirilir?Əgər armaturu yararsız hala salan xırda hissələr ilə çalışmaq həvəsi yoxdursa, onu bütünlüklə dəyişdirmək olar .
Axıdıcı çənə armatur qoyulması texnologiyası :
• Axıdıcı qurğuya rezin aralıq qatı qoyulur.
• Qurğu axıdıcı çənə yerləşdirilir və plastmas qayka ilə burulub bərkidilir.
• Birləşdirici boltlara plastmas, yaxud dəmir şaybalar və rezin aralıqlar geydirilir. Boltlar deşiklərə taxılır. Digər tərəfdən şayba geydirilir və qayka bərkidilir.
• Plastmas qaykaya bərkidici rezin halqa geydirilir. Yeni rezin halqa istifadə edilərsə, onu kipləşdirmək tələb olunmur. Əgər istifadədə olmuş rezin halqa işlədilərsə, bütün birləşmə hissələrinə kipləşdirici maddə çəkilir.


Müəllif: Natik Axundov, Hümeyir Əhmədov, Fəridə Şərifov
Mənbə: Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün TEXNOLOGİYA fənni üzrə DƏRSLİK
 

0 şərh