Yuvarlaq səthli detalları olan məmulatların spesifikasiyası və çertyojunun oxunması

Texniki lüğətdə göstərilmiş təyinetməyə görə spesifikasiya hər hansı bir məmulatın tərkibini müəyyənləşdirən cədvəl formasında yerinə yetirilən sənəddir. Spesifikasiyanın ən sadə forması əsas yazıdır. O, tərkib hissələrinin materialını, onların adını və miqdarını göstərir.
Bəs çertyoj necə oxunur?
Çertyoju oxumaq cismin yastı təsvirinə görə onun həcmli formasını təsəvvür etmək və ölçülərini təyin etməkdən ibarətdir. Bu işi aşağıdakı ardıcıllıqla aparmaq məsləhət görülür: Detalın çertyoju - spesifikasiya1. Çertyojun əsas yazısını oxumaq. Ondan detalın və onun hazırlandığı materialın adını, təsvirin miqyasını və başqa məlumatları öyrənmək olar.2. Çertyojda detalın hansı görünüşlərinin verildiyini və onlardan hansının baş görünüş olduğunu təyin etmək.
3. Görünüşlərin qarşılıqlı əlaqəsinə baxmaq və detalın formasını hərtərəfli müəyyən etməyə cəhd göstərmək. Çertyojda verilmiş təsvirin təhlili bu məsələyə kömək edir. Çertyoja görə detalın hər bir hissəsinin həndəsi formasını təsəvvür edib onları xəyalən tam halda birləşdirirlər.
4. Çertyoj üzrə detalın və onun elementlərinin ölçülərini təyin etmək.
Çertyojda hansı görünüşlər var?
5) Detalın forması hansı həndəsi cisimlərin birləşməsi ilə müəyyən olunur?
6) Detalın ümumi formasını təsvir edin.
7) Detalın qabarit ölçüləri və ayrı-ayrı hissələrinin ölçüləri nəyə bərabərdir?
Çertyoja aid sualların cavabları Detalın izometrik
1) Detal «yönəldici» adlanır.
2) Detal poladdan hazırlanıb.
3) Çertyojun miqyası 1:1-dir, yəni detal natural ölçüsündə təsvir olunmuşdur.
4) Çertyojda iki — baş və sol görünüşlər var.
5) Detalı hissələrinə ayırıb iki görünüşünü tutuşdurmaqla onlara soldan sağa baxaq.
Sol kənar hissə baş görünüşdə düzbucaqlı, sol görünüşdə isə çevrə formasındadır. Deməli, o, silindrdir, çünki belə proyeksiyalar silindr üçün səciyyəvidir.
Baş görünüşdə soldan ikinci hissə trapesiya formasındadır. Sol görünüşdə o, iki çevrə ilə göstərilmişdir. Belə proyeksiyalar yalnız kəsik konusda ola bilər.
Üçüncü hissə də birinci kimi baş görünüşdə düzbucaqlı, sol görünüşdə isə çevrə kimi göstərilmişdir. Deməli, o da silindr formasındadır.
Dördüncü hissə baş görünüşdə içərisindən iki üfüqi xətt keçirilmiş düzbucaqlı, sol görünüşdə isə altıbucaqlı formasındadır. Belə təsvirlər altıbucaqlı prizma üçün səciyyəvidir.
Sağ kənar hissə baş görünüşdə düzbucaqlı, sol görünüşdə isə çevrə kimi göstərilmişdir. Bilirik ki, belə təsvirlər silindri müəyyən edir.
Baş görünüşdəki ştrix xətlərdən və sol görünüşdəki ən kiçik diametrli çevrəyə görə belə nəticə çıxarmaq olar ki, detalın içərisində açıq silindrik deşik var.
6) Bütün hissələri birləşdirib cismin ümumi formasını müəyyən edirik
7) Detalın qabarit (ən böyük və ən kiçik) ölçüləri belədir: uzunluğu 160 mm, diametri 90 mm, deşiyin diametri 20 mm. Sol kənar silindrik hissənin diametri 30 mm, uzunluğu 18 mm. Kəsik konusun hündürlüyü 20 mm, təpə bucağı 30°, böyük oturacağının diametri 48 mm-dir.


Müəllif: Natik Axundov, Hümeyr Əhmədov, Fəridə Şərifova
Mənbə: Texnologiya 8 Ümumtəhsil məktəblərinin T8-ci sinfi üçün exnologiya fənni üzrə Dərslik 

0 şərh