Qapı kilidlərinin quruluşu və quraşdırılması

Üstdən qoyulma kilidi quraşdırmaq üçün əvvəlcə qapının dirəyində (döşəmədən təxminən 1,2 m hündürlükdə) kilidin yerini müəyyənləşdirir və karandaşla bərkidici lövhə üçün novun yerini nişanlayırlar. Novu elə dərinlikdə kəsirlər ki, bərkidici lövhə qapının dirəyi ilə eyni səviyyədə olsun. Sonra isə qapıda iki tərəfi açıq deşik açırlar.
Deşik silindrik mexanizmin ölçülərindən 1-2 mm enli olmalıdır. Həmin deşiyə mexanizmi yerləşdirib, kilidi qapının gövdəsinə möhkəm sıxırlar. Sonra iki qısa şurupla qapının yan hissəsinə və iki uzun şurupla qapının lövhəsinə perpendikulyar şəkildə bərkidirlər. Qapının üz tərəfində halqanı quraşdırmaq üçün iki qısa şurupdan istifadə edirlər. Bundan sonra qapı çərçivəsində kilidləmə tamaşasının yerini nişanlayıb, bərkidici lövhə üçün nov (açılmış yuva) seçirlər. Bərkidici lövhə qapının çərçivəsinə iki qısa şurupla, kilidləmə tamasası isə iki uzun şurupla bərkidilir.
Üstdən qoyulma kilidin quruluşu
1—gövdə;
2—silindrli mexanizm;
3—halqa;
4—dil;
5—kilidləmə tamasası;
6—bərkidici lövhələr;
7—siyirmə (rəzə)


Müəllif: Natiq Axundov, Hümeyir Əhmədov,Fəridə Şərifova, Xuraman Səlimova
Mənbə: Texnologiya 6 Ümumtəhsil məktəblərinin 6- cı sinfi üçün Texnologiya fənni üzrə Dərslik
 

0 şərh