Mexanikləşdirilmiş əl alətləri

Hər birimizin mənzilində qarşıya çıxan məişət nasazlıqlarını təmir edib aradan qaldırmaq üçün alətlər dəstinin olması vacibdir. Drel də belə alətlərdən biridir. Drel deşiklərin açılması üçün nəzərdə tutulmuş, mexanikləşdirilmiş əl və ya elektrik alətidir. Dreldən tikintidə, xarrat və çilingər işlərində istifadə edilir
Əl dreli insanın sərf etdiyi güc vasitəsilə istənilən sahədə burğulamaqla deşik açan əl alətidir. Müxtəlif materiallarda deşiklərin burğulanması üçün istifadə edilir. Drellər
Belə bir sual yarana bilər: «Bu gün əl dreli nə üçün lazımdır?»
Əl ilə işləməsinə baxmayaraq, mexaniki drel elektrik drelinin gördüyü işi də yerinə yetirə bilir. Əl dreli ilə işləyən zaman uğurlu nəticə əldə etmək üçün diqqət veriləcək əsas amil drelin burğusunun iti olmasıdır. Əgər burğunun itilənməsi keyfiyyətlə yerinə yetirilibsə, onda mexaniki əl dreli ilə praktik olaraq istənilən deşiyi açmaq mümkündür. Mexaniki əl dreli diametri 10 millimetri keçməyən deşiklərin açılması üçün daha məqsədəuyğundur. Böyük diametrli deşiklər elektrik dreli ilə daha asan açılır. Elektrik drelini 1895-ci ildə Vilhelm Fayn icad etmişdir. O zaman üçün bu ilk elektrik aləti idi.
Döyəcləyicisiz drel elektrik drelinin ən sadə variantıdır və yüngül bərpa və bəzək işlərinin aparılması zamanı istifadə edilir. Onun köməyi ilə ağac və metal üzərində deşik burğulamaq olar. Lakin bu drellə beton üzərində deşik açmaq qeyri-mümkündür. Onun əsasını elektrik mühərriki təşkil edir. O, valın köməyi ilə fırlanmanı reduktora ötürür. Reduktor isə, öz növbəsində mühərrikin böyük sürətlə fırlanmasını dərhal dayandırır.
Elə bunun hesabına, patronun fırlanan elementinin dövrlər sayını artırmağa nail olur.
Döyəcləyicisi olan drellər. Hazırda elektrik drelinin ən məşhur növü hesab olunur. Onlar iki rejimdə işləmək imkanına malikdir: burğulama və döyəcləyərək burğulama.
Döyəcləyicisi olan drel kərpic, beton, daş, metal, ağac, plastik kütlə kimi materiallarda deşik açmaq üçün elektrik alətidir. Belə drel fırlanma hərəkətindən başqa döyəcləmə mexanizminə də malikdir. Drelin döyəcləmə funksiyası gücə, vaxta qənaət edir və elə bu səbəbdən məhsuldarlıq artır.
Elektrik drelindən istifadə edərək materialın bir neçə növ emalını yerinə yetirmək olar. Bunlardan bəzilərinin yerinə yetirilmə texnologiyasına baxaq:
İtiləmə. Elektrik drelini xüsusi tərtibat və məngənə ilə masaya bərkidirlər. Drelin patronunda uyğun itiləyici yerləşdirirlər. Bu itiləyici çarxda müxtəlif alətləri, məsələn, bıçağı itiləmək mümkündür.
Cilalama. Rezin çarxa vintlə bərkidilmiş mineral zərrəcikli dairənin köməyi ilə cilalama həyata keçirilir. Cilalayıcı dairəni patronda rezin disk üçün nəzərdə tutulmuş xüsusi quyruqcuqla bərkidirlər.
Təmizləmə. Təmizləməni elektrik drelinin patronuna qoyulmuş dairəvi metal şotka ilə həyata keçirirlər. Belə şotka ilə o qədər də böyük səthi olmayan müxtəlif dəmir məmulatları təmizləmək olar. İstənilən metal şotka ilə işləyərkən mütləq qoruyucu eynəklərdən istifadə etmək lazımdır.
Şurupfırladan. Şurupların burularaq bağlanması və açılması üçün nəzərdə tutulmuşdur. Əlavə olaraq deşiklərin açılması funksiyası ilə təchiz edilmiş drel şurupfırladan adlanır. Şurupfırladanların tikintidə və məişətdə istifadəsi çox lazımlıdır. Bu alətin köməyi ilə alınmış mebeli bir neçə dəfə tez və rahat yığmaq olar. Uyğun ucluqlardan istifadə edilsə, belə drellə şuruplardan əlavə kiçik qayka və boltları da açmaq və bağlamaq olar. Adətən, belə şurup- açanlar çəkidə yüngül, ölçüdə yığcam olur, akkumulyator batareyasından qidalanırlar. Bu drel xarrat işləri üçün də çox rahatdır.
Mikser-drel peşəkar istifadə üçün kombinəedilmiş alətdir. Bu alət həm deşik açır, həm vintləri sıxır, həm də lazım olan halda müxtəlif ərzaqları və mayeləri qarışdırır.
Mikser-drel böyük fırlanma sürəti və gücü ilə digərlərindən seçilir.
Elektrik lobzik bıçqısı müxtəlif materiallarla iş üçün, Elektrik lobzik bıçqısıo cümlədən də ağacla işləyərkən tətbiq edilir. Lobzik kəsmənin dəqiqliyini artıran, emal olunan detala dirənən dayaq platformaya malikdir. Lobzik diskli mişardan prinsip etibarı ilə fiqurlu kəsmələr edə bilməsi ilə fərqlənir. Təbəqə metalın biçilməsində lobzikdən istifadə etmək daha əlverişlidir. Demək olar ki, müasir lobzik xarratların vaxtına və güc sərfiyyatına qənaət etmələri baxımından əvəzolunmazdır.
Elektrik lobzikinin işləmə prinsipi mühərrikin fırlanma hərəkətinə əgagiamr. Reduktor bu hərəkəti irəliləmə-qayıtma hərəkətinə çevirir (sürüngəcin hərəkəti).
İşlək lövhə, belə demək mümkünsə, «kiçik mişar», məhz sürüngəcdə bərkidilir.
Kəsmə prosesini tezləşdirmək və kiçik mişarın xidmət müddətini uzatmaq üçün ona şaquli ox boyunca hərəkətdən başqa, rəqsvari hərəkətlər də verilir.
Bu zaman kəsən lövhə aşağı hərəkət etdikdə, materialdan, kənarlaşdırılır və kəsmə ancaq onun yuxarı hərəkəti zamanı yerinə yetirilir.
Kəsmə sürətinin mişara edilən təsirdən asılı olmaması üçün elektrik mühərrikinin səmərəli gücü xüsusi elektron tənzimləyici ilə tənzimlənir.


Müəllif: Natiq Axundov, Hümeyir Əhmədov,Fəridə Şərifova, Xuraman Səlimova
Mənbə: Texnologiya 6 Ümumtəhsil məktəblərinin 6- cı sinfi üçün Texnologiya fənni üzrə Dərslik

0 şərh