Multimedia qurğuları

Tətbiqi proqramların ən geniş yayılmış növlərindən biri kompüter oyunlarıdır. Bu oyunların əksəriyyəti qrafika ilə yanaşı, səs, animasiya və video effektlərlə zəngin olur. Belə effektlər oyunları həm maraqlı edir, həm də gerçəkliyə daha da yaxınlaşdırır.
Bir neçə növ informasiyadan eyni zamanda istifadə edən informasiya texnologiyalarına multimedia deyilir. Başqa sözlə, multimedia dedikdə qrafika, mətn, video, fotoqrafiya, animasiya, səs effektləri kimi informasiyaların bir neçəsinin kombinasiyası nəzərdə tutulur. Müasir kompüterlərin proqram və aparat resursları çox geniş çeşidli multimedia fayllarına qulaq asmağa, baxmağa, onları yaratmağa və redaktə etməyə imkan verir. Ona görə də “multimedia” termini həm proqram, həm də aparat təminatına aid edilir. Bəzi multimedia qurğuları həyatımızın ayrılmaz hissəsinə çevrilib.Yüksək texnologiyalar sahəsində ən son uğurlardan biri rəqəmsal fotokameralardır. Rəqəmsal fotokamera Fotokameravasitəsilə çəkilmiş şəkillər kameranın yaddaşında saxlanılır və kompüterin yaddaşına köçürülə bilir. Çəkilmiş şəkillərə dərhal baxmaq, oradakı istənilən çatışmazlığı aradan qaldırmaq və xüsusi effektlər əlavə etmək olur. Çəkilən hər bir şəklin görüntüsü işığa həssas elementlərdən təşkil olunmuş matrisin köməyi ilə formalaşır. Rəqəmsal fotokameraların ən mühüm xarakteristikası onun matrisində olan piksellərin sayıdır. Müasir rəqəmsal fotokameraların matrisi bir neçə meqapikseldən, yəni bir neçə milyon pikseldən ibarət olur. Meqapiksellərin sayı görüntünün keyfiyyətini müəyyən edir: matrisdə olan meqapiksellərin sayı nə qədər çoxdursa, fotoşəklin keyfiyyəti də bir o qədər yüksək olur. İlk rəqəmsal fotokameralarda bu göstərici 2–3 meqapiksel idi,yaddaş kartımüasir modellərdə isə 7 meqapikseldən yuxarıdır.
Fotokamera ilə çəkilmiş fotolar yaddaş kartına, yaxud başqa daşıyıcıya yazılır.
Müasir rəqəmsal foto kamera larin əksəriyyəti maye-kristal ekranla təchiz olunub. Bu fotokameralarla qısa videolar da çəkmək mümkündür.
Rəqəmsal videokameralar bir çox cəhətlərinə görə rəqəmsal fotokameralara çox bənzəyir. Belə ki, çəkilmiş videogörüntülər kameranın daxili yaddaşında saxlanılır. Ancaq fotokameralardan fərqli olaraq onlarda yaddaş kartı ilə yanaşı, başqa növ daşıyıcılardan – kiçik formatlı videokasetlərdən, DVD-disklərdən də istifadə olunur.
Son model videokameralar isə sərt disklərlə təchiz videokameraolunmuşdur. Bu daşıyıcılarda, adətən, 60-120 dəqiqəlik videoyazı saxlamaq olur. Rəqəmsal foto- kamerada olduğu kimi, rəqəmsal videokamerada da görüntünün keyfiyyəti meqapiksellərin sayından asılıdır. Müasir videokameraların əksəriyyəti 1-3 meqapikseli dəstəkləyir.
Görüntüləri lokal şəbəkədə, yaxud İnternetdə ötürmək üçün veb-kamera adlandırılan rəqəmsal videokameralar vardır. Kompüterlərdə veb-kameralardan, adətən, “canlı” ünsiyyət zamanı istifadə olunur. İnternet texnologiyalarına əsaslanan video-ünsiyyət, yaxud video-gap zamanı ünsiyyətdə olan iki şəxs bir-birini eşidə və görə bilir. Əksər veb-kameraların özlərinin daxili mikrofonu olduğundan belə ünsiyyət zamanı əlavə mikrofona gərək qalmır.
Rəqəmsal audio-pleyer musiqi yazılarının saxlanması Audio-pleyervə səsləndirilməsi üçün nəzərdə tutulub. Bu qurğuların əksəriyyətində musiqi yazıları olan faylları saxlamaq üçün fləş-yaddaşdan istifadə olunur. Fləş-yaddaş pleyerin daxilinə quraşdırılmış, yaxud taxılıb-çıxarılan yaddaş kartı şəklində ola bilər. Tutumu 512 Mbayt olan fləş-karta 8 saatlıq musiqi yazmaq olur. Rəqəmsal audio-pleyerlərin bəzisində tutumu 1-dən 40 Gbaytadək daxili sərt disk olur. Belə disklərə
16–640 saatlıq musiqi yerləşir.
Yuxarıda haqqında danışılan o biri qurğular kimi, rəqəmsal audio-pleyerlərin də əksəriyyəti kompüterə USB portuna qoşulur. Kompüterin sərt diskində olan musiqi fayllarını pleyerin fləş-yaddaşına köçürmək olar.


Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika — 8 Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün İnformatika fənni üzrə Dərslik

0 şərh