Televizorun kəşfi

Televizorun eyni vaxtda paralel olaraq bir neçə ölkədə aparılan axtarışlar nəticəsində  ərsəyə gələn bir ixtiradır. Ancaq  ingilis  alimi Con Loqie Bairdin bu sahjədə gördüyü iş daha əhəmiyyətli sayılır. Belə ki, sonradan dünyanı dəyişən cihaza “televiser”  adını da məhz Baird verib.
1898-ci ildə anadan olan Baird lap uşaq yaşlarında evlərinin arxasında neftlə işləyən generator quraşdırır və Şotlandiyanın Helesburq şəhərində gecə işığı yanan ilk evə sahib olur. 12 yaşında olarkən isə evdə balaca bir “telefon stansiyası”  yaradaraq dostlarıyla telefonla danışa bilirdi.
John Logie Baird
Televiziya tarixi bundan təxminən 81 il əvvələ söykənir. 13 Avqust 1898-ci ildə Şotlandiyanın Helensburg şəhərində anadan olan və burada böyüyən John Logie Baird, elektrik mövzusunda çox maraqlı bir uşaq idi. Evinin arxa bağçasında neftlə işləyən generatordan əldə edilən elektriklə bütün evi işıqlandırırdı. Bu ev, eyni zamanda, şəhərdə axşamları işıqlandırılan tək ev olma xüsusiyyətinə malikdir. Elektrik mövzusundakı marağı gün keçdikcə artan Baird, evində bir telefon stansiyası quraraq, çöldəki yoldaşlarıyla danışa bilirdi. Olduqca məhdud tutuma sahib olsa da, 12 yaşında belə bir elektrik xəttini qurub, işini təmin etmək hər kəsin bacara biləcəyi bir şey deyildi.
Daha sonra Clyde Vadisindəki Elektrik Şirkətində iş tapdı. Burada bir müddət çalışan Baird, sağlamlıq problemləri səbəbiylə işdən ayrılmaq məcburiyyətində qaldı. Bir neçə kiçik işdə çalışdıqdan sonra, 1922-ci ildə vətəni Sussexə geri dönərək təmirçiliyə başladı. Burada qarışıqlıqdan uzaq bir mühitdə özüylə baş-başa qalaraq, xəyalını qurduğu görünüş və səsi elektronik olaraq daşıma fikiri üzərində işə başladı. İlk əvvəl sadə bir tikiş iynəsi, velosiped lampası və bir tənəkə parçası ilə nəsə etməyə çalışan Baird, insanlara xülya kimi görünən bu fikir üzərində getdikcə, artan həyəcanla işə davam edir. Əlindəki qeyri-mümkünlüklərlə çox şey bacara bilməyəcəyini anladığında isə, texnoloji imkanlara daha rahat çata biləcəyi Sohoya köçür və burada bir laboratoriya qurur.
Burada ilk olaraq bir çay qutusu üzərinə yerləşdirdiyi və "Televisor" deyə adlandırdığı, tikiş iynəsi, kəsilən karton və biskvit qutusundan ibarət olan qurğusunu işlətməyi bacarır və yandakı sifət görünüşünü meydana gətirir. 25 İyun 1925-ci ildə tarixin ilk televiziya patentini alan Bairdin müvəffəqiyyəti, qısa müddətdə böyük maraqla qarşılanır və «Televisor» adını verdiyi icadını ilk dəfə 26 Yanvar 1928-ci ildə Krallıq İnstitutuna tanıdır. Görünüşü elektronik olaraq, köçürmə sınaqları da nəticə verir və bundan bir il sonra ilk görünüş yayımını reallaşdırmağı bacarır. Nəticədə, 1929-cu ildə ilk televiziya stansiyasını qurur və o dövr radio nəşri edən BBC ilə razılaşaraq, televiziya verilişləri hazırlamağa başlayır. İlk etapda regional olaraq, məhdud bir sahədə yayımlanan BBC, 1930-cu ildə Amerikada, habelə İngiltərədə rəsmi şəkildə yayıma başlayır. Londonda 20 mini əhatə edən yayımın hesabına, John Logie Baird, kariyerasının zirvəsinə çatır.
 
 
Mənbə: dialoq.info

0 şərh