Keçmişdən bu günə qədər televizor

17 dekabr 1996-cı ildə BMT Baş Assambleyası 21 noyabr  tarixini Dünya Televiziya Günü elan edib.
Hal-hazırda televiziya ilə əhatə olunmayan heç  bir dövlət yoxdur. Televiziya ən nüfuzlu elektron kütləvi informasiya vasitəsidir.  Sehirli güzgü, nağıl və afsanələrin  sübut etdiyi kimi Bəşəriyyət uzun illər məsafələr arasında  təsvirin ötürülməsinin xəyalını qururdu, üzərindən heç 1000 illik də keçməmiş bu xəyal reallaşdı.
Bu gün televizor müasir insan həyatının ayrılmaz hissəsinə çevrilib.
İzləyicilərin böyük qismi axşamlarını  televiziya qarşısında keçirdərək,  sevdikləri filmləri və proqramları, serialları, xəbərlər və idman çempionatlarını seyr edirlər. İndi televizorsus mənzil təsəvvür etmək mümkün deyil. Ancaq bir neçə on il əvvəl bu cihaz lyuks sayılırdı. Belə ,ki dünyada ilk televizor harada və neçənci ildə yaranıb? Aşağıda biz sizə televizorun yaranma tarixindən qısaca danışacağıq.
Alman alimi Pol Nipkov 1984 –cü ildə “Nipkov Diskini” icad etdi ki, bu da yaradıcıların ilk cihazlarında təsvir ötürücüsü kimi  istifadə olunurdu.
Nipkov Diski
1907-ci ildə Boris L. Rozinqin  kotod-şüası trupkası  elektrik siqnalını görüntü nöqtələrinə çevirmək imkanı yaradır. 1911-ci ildə  o, qeometrik fiqur televiziya təsvirlərini, daha sonra bu fiqurların displeydə nümayişinin qəbul edilməsi təqdim etdi.
1925-ci ildə Con loci Beyrd  öz cihazının ekranında insan başının təsvir edilməsinə nail oldu. Təsvirin aydın olmamasına və titrəməsinə baxmayaraq, bu televizorun inkşafına ilk təkan idi.
İixtiraçı öz təcrübəsində karton disk, dəmir keks qabı, velisoped fənərı və boş qutudan istifadə edib. 1927-ci ildə Ernst Aleksanderson canlı efirdə tütün çəkən adam nümayiş etdirdi. Bir neçə aydan sonra bənzər “proqramlara” həftədə 1-2 dəfə baxmaq olardı.
Elə həmin ildə ABŞ-da ilk televizor satışa buraxıldı. Cihazın qiyməti cəmi 75$ idi ki, bu da orta gəlirli bir insanın təqribən iki aylıq əmək haqqına bərabər idi.

1937-ci ildə İngiltərədə elektro- şüa trupkalı televiziya yarandı və belə televizorlar zamanla ABŞ-da da satışa çıxdı. 1936-cı illərin sonunda Zvorıkinin başçılıq etdiyi Amerikan elmi-araştırma laboratoriyası RCA-də praktik istifadə  üçün yararlı ilk  elektron televizor hazırlanmışdır.
Bir müddət sonra 1939-cu ildə RCA kütləvi satış üçün xüsusi hazırlanmış televizorları təqdim etdi. Bu model RCS TT-5 adlanırdı. Bu ağır taxta qutuya yerləşdirilmiş ekran, 5 d dioqanalında televizor idi.
SSSR-də ilk televiziya yayım təcrübəsi  1931-ci il, aprelin 29-da baş tutdu. Elə həmin il oktyabrın 1-dən etibarən teleproqramlar müntəzəm hal almağa başladı.
Belə ki, heç kimdətelevizor olmayanda, xüsusi təyin olunmuş yerlərdə kollektiv nümayişlər olurdu.  1967 ilin əvvəllərində vahid standart (Pal və Secam) yarandı və tətbiq olunmağa başlandı.
İlk müntəzəm teleproqramlar 1936-cı ildə Böyük Britaniyada və Almaniyada, 1941-ci ildən etibarən isə ABŞ-da yayımlanmağa başlandı.
Ancaq Avropada kütləvi  televiziya yalnız 1950-ci ildən yayımlandı, inkşaf etmiş ölkələrin çoxunda özəl və dövlət kanalları bir qədər gec, 60-illərin sonu, 70-ci illərin əvvələri meydana gəldi.
Sənayedə istehsal olunan ilk Sovet televizoru B-2 adlanırdı. Bu mexaniki model 1932-ci ildə yarandı. İlk elektron televizor bir qədər gec, 1949-cu ildə yarandı. Bu əfasanəvi KVN 49 idi. Televizor o qədər kiçik ekranla təchiz edilmişdi ki, rahat baxmaq üçün onun qarşısında distillə edilmiş su ilə doldurulan xüsusi linza quraşdırılmışdı.
İstehsal prosesi zamanı televizorda müxtəlif təkmilləşdirmələr  (modernizasiya) aparılırdı ki,bu da televizorun adına bəzi hərflərin əlavə olunmasında öz əksini tapırdı. Müasirləşmə adətən lampaların dəyişdirilməsi və ya yenilənməsi ilə bağlı olurdu, belə ki, televizorların sxemlərinin sadə və aşağı maliyyətli olması üçün çox primitiv hazırlanırdı.
Televizorların zahiri modifikasiyası fərqlənmirdi. «КВН-49»  Televizorları xalq arasında çox populyar idi və onu “milli televizor” adlandırmaq olardı.
КВН-49
İstehsal edilən televizorların təxminən yarısı zəmanət dövründə təmirə məruz qalırdı, buna görə də xalq “KVN” abbreviaturasını bu cür açıqlayırdılar «Купил — Включил — Не работает» yəni “aldım-açdım –işləmir”.
Daha sonra radiolampalar yarımötürücülərə çevrildi.
Yarımötürücülər əsasında ilk televizor 1960-cı ildə Sony firması tərəfindən hazırlanıb.
Daha sonra mikrosexmlər əsasında televizorlar yarandı. İndi bütün elektron tərkibin bir mikrosxemada toplandığı sistem mövcuddur.
Bu gün yayım keyfiyyəti əhəmiyyətli dərəcədə artıb  və rəqəmsal olub.

Artiq televizorlar “yeşik” təsiri bağışlamır belə ki, düz LCD və plazma modelləri çıxıb.
Ekran ölçüləri çox genişlənib. Televizor artıq  adi hal alıb. ХХI əsrin əvvəllərindən teleyayımın  metodları və prinsipləri əhəmiyyətli dərəcədə dəyişdi. Kabel və sputnik televiziyaları yarandı.
televizor modell
Televiziya məhsullarının yayımına xidmət edən texnologiyalar məqsədyönlü olaraq mükəmməlləşdirilir. Tədricən texnologiyaların qarışımı baş verir. Artıq televiziya proqramlarını kompyuterdə, televizor ekranını isə kompyuter monitoru kimi istifadə etmək olur.
Kim bilir, bəlkə bir neçə il sonra televizorlar bütün gün ərzində saat və kəmər olaraq bizimlə olacaq. Televizorlar 5 düyümlük cihazdan, 65 düyümlük cihaz üçün  az qalsın bütün divarı qaplayan  2.27 mm OLED- panel  qalınlığında olan modelə çevrildi. Ekran  o qədər incə olur ki, divarla bütünləşir.
 

Mənbə: shop.az

0 şərh