İnverter split kondisioner sistemi nədir?

Hər bir split sistem kimi, bu tip iqlim avadanlığı da çöl və iç bloklardan ibarətdir. Çöl bölmədə bir kompressor, freon sistem filteri, freonu sərinləвən  kondensator,  ventilyator və idarəetmə platası mövcüddur.
Hər bir split sistem kimi, bu tip iqlim avadanlığı da çöl və iç bloklardan ibarətdir. Çöl bölmədə kompressor, freon sistem filteri, freonu sərinlədən  kondensator, ventilyator və idarəetmə platası mövcüddur. İç hissədə havanı soyudan buxarlandırıcı, ventilyator, üfüqi və şaquli pərdələr, filter və kondensat altlıqı var.
İnverter split kondisioner sistemi nədir?
İnverter  və sadə kondisionerərin  fərqi nədir.
Divarda quraşdırılmış iqlim sistemlərinin bu modifikasiyasının struktur fərqi əsasən çöl hissənin idarəetmə platasının  movcudluğudur ki, bu da kondisionerin qoşulması və sönməsini tənzimləyir. Adi split sistem aşağıdakı prinsipə uyğun işləyir: otaq temperaturu 3-5 dərəcəyə qalxdıqdan sonra qoşulur  və cihaz temperaturu müəyyən edilmiş həddə qədər soyuduqdan sonra cihaz tamamilə sönür. Sonrakı, yandırma / söndürmə dövrü təkrarlanır.

İnverter kondisionerinin işləmə prinsipi bir az fərqlidir.
İlk işə düşmədən  sonra  inverter tipli split sistem otağı lazımi temperatura qədər soyudur lakin  dərhal sönmür. İşini davam etdirərək, artıq 25-75% (bəzən 5-90%) azaldılmış güc ilə çalışmağa davam edir. Bu inverter mühərrik sayəsində baş verir. İnverter nə deməkdir ?Kondisionerin mühərriki inverter texnologiyası  ilə təhciz olunub və cihazı qənaətlə istifadasinə imkan verir. Otağın temperaturu lazımi dərəcəyə çatdıqdan sonra mühərrikin dövriyyəsi aşağı düşür lakin tam sönmür, bu da otaqda lazımi temperaturu saxlamağa imkan verir. Sadə split tipli kondisionerləri fasiləsiz istifadə etmək tövsiyə olunmur. İnverter kondisioner isə öz iş prinsipinə əsaslanaraq demək olar ki, sönmür və buna görə də həm elektrik enerjisinə qənaət olunur, həm də tez bir vaxtda otağı sərinləşdirir. Bəzi sadə tipli split kondisionerlər isitmə rejimdə -5  dərəcədən aşağı işləyə bilmirlər. İnverter tipli kondisionerlər isə -15 dərəcəyə kimi işləyə bilir. İnverter tipli kondisionerlərin əsas üstünlüyü ondadır ki, bu tip kondisionerlər yaşayış otağında lazımi temperaturu saxlaya bilir. Adi split sistem isə qoşulandan sonra dərhal təyin edilmiş temperatura çatır və soyuq hava axını insanın üçün disokomfort yaradır. Daha sonra kondisioner qeyd olunan temperatura çatıb sonür və növbəti dəfə yalnız temperatur qalxdıqdan sonra işə düşür. İnverter kondisioner isə lazımlı temperatura çatandan sonra sönmür təyin edilmiş temperaturu saxlayır .
 

Mənbə: smarton.az
 

0 şərh