Kondisioner haqqda bilmədiklərimiz

İsti yay günlərində insanların ən çox istifadə etdiyi texniki avadanlıqlardan biri də  kondisionlərdir.Çox vaxt insanlar kondisionerləri quraşdırdıqdan sonra ona adi texnika kimi  baxır və yalnız sıradan çıxdığı zaman ona texniki baxış göstərilməsi barədə düşünürlər.
İsti yay günlərində insanların ən çox istifadə etdiyi texniki avadanlıqlardan biri də  kondisionlərdir. Çox vaxt insanlar kondisionerləri quraşdırdıqdan sonra ona adi texnika kimi  baxır və yalnız sıradan çıxdığı zaman ona texniki baxış göstərilməsi barədə düşünürlər.Mütəmaddi qulluq kondisionerin istismar müddətini uzadan amillərdən ən vacibidir.
Kondisioner haqqda bilmədiklərimiz
İlk öncə kondisionerin quruluşunu nəzərdən keçirək.İstənilən split-sistemli kondisioner iki blokdan ibarətdir-xarici və daxili. Xarici bloka kompressor,ventilyator və radiator(kondensator),daxili bloka isə ventilyator və radiator(buxarlandırıcı) daxildir.Montaj zamanı daxili və xarici hissə boru vasitəsi ilə əlaqələndirilir.Borunun daxilində isə boyük təzyiq altında freon və kompressor yağı sirkulyasida edir.Düzgün qulluq olunmadığı halda  kondisionerin hər hansısa bir mexanizmi sıradan çıxa bilər və  bir sistem olaraq  kondisioner öz iş fəaliyyətini dayandıra bilər.Belə hallar ilə qarşılaşmamaq üçün sizinlə bəzi sirləri bölüşürük
Kondisionerin uzun müddət işləmədən qalması ona ziyandır. Məsələ burasındadır ki, soyuducu maddə təkcə freondan deyil, həm də yağdan ibarətdir və uzunmüddətli fasilə zamanı yağ çöküntü verə bilər. Belə hallarda uzunmüddətli fasilədən sonra kondisioneri işlətdikdə soyuducu maddə və yağ birləşərək vahid kütlə əmələ gətirənə qədər kondisioner, praktiki olaraq, quru halda işləyəcək.
İstənilən split kondisionerin daxili blokunda, kondisionerin radiatorunu(buxayıcısını) tozdan və havada olan digər cismlərdən qoruyan  plastik filtrlər movcüddur.Onlara  kondisionerin “ciyər” ləri demək olar.Kondisionerin  ərazini yaxşı soyutması filtrlərin  təmizliyi ilə əlaqədardır. Hər 2 aydan bir filtrləri ilıq su altında yumağınız məsləhət görülür.
Əgər freonun səviyyəsi səzma nəticəsində sürətlə azalmağa başlayırsa, sızma yerini axtarmaq və tutmaq lazımdır. Bəzən usta sadəcə olaraq sistemi yenidən freonla doldurur. Əlbəttə, bu, işə yaraya bilər, amma yalnız müəyyən müddətə. Sızmanın yerini axtarmaq və sızmanı aradan qaldırmaq daha praktiki addımdır.
Kondisionerin daxili bloku ildə 2 dəfə mütəxəssis tərəfindən təmizlənməlidir.Havada olan həşəratlar,bitki tozcuqları və  digər cismlər  kompressorda yığışaraq onun iş qabiliyyətini sıradan çıxara bilər.
Hər kondisionerin öz maksimal işləmə temperaturu mövcuddur.Kondisioneri  maksimal  işləmə temperaturunda işlətmək məsləhət görülmür.Bu hal mühərrikin daima yuskək gərginliklə işləməsinə səbəb olur və kondisioneriniz tez sıradan çıxa bilər.
 
Kondisionerin freonunun azalması 2 hal ilə müşahidə olunur: borunun kompressora daxil olan yerində buzun əmələ gəlməsi və kondisionerin ərazini yetərincə soyutmaması. Bu kimi hallarda  servis xidmətinə müraciət etmək mütləqdir.
Otaqla bayırdakı kəskin temperatur fərqi üzü qırışdırır, bronxit, ağciyər xəstəliklərinin yaranmasına səbəb olur
Çoxlarımız yayda otaq temperaturumuzun və şəxsi avtomobillərimizin salonunun çöldə 40-45 dərəcə olduğu halda 18 dərəcədə saxlamağı xoşlayırıq. Qışda isə əksinə, bayırda 1-2 dərəcə istilik olanda evdə və avtomobilin salonunda tepmeraturu 30 dərəcəyədək yüksəldirik. Mütəxəssislər necə düşünür, gün ərzində kəskin temperatur fərqi insan orqanizmind hansısa fəsadlar yaratmır ki?Temperatur fərqində immun sistemi zəifləyir
Terapevt Məlahət Abbasova bildirdi ki, bayır temperaturu ilə otaq temperaturu arasında çox fərq olmamalıdır: “Məsələn, bayırda yay vaxtlarında 40 dərəcə isti olanda otaqda temperaturu 18 dərəcəyə endirmək olmaz. Bu zaman otaqda temperatur ən azı 24-26 dərəcə olmalıdır ki, bayıra çıxanda temperatur fərqi çox hiss olunmasın. Yayda insanlar qripin yayılmasından, tez-tez soyuqlamalarından, daxili orqanlarında problem yarandığını, “yayda istidə mənə necə soyuq ola bilər”,- deyib şikayətlənirlər. Əslində isə temperatur fərqi olanda bədənin immun sistemi dəyişir, bədən dəyişilmiş temperatura öyrəşə, adaptasiya ola bilmir. Adaptasiya getməyəndə isə immun sistemi zəif olan insanların buna daha güclü reaksiya verməsi gözləniləndir. Temperatur fərqinə xüsusilə, uşaqların və yaşlıların reaksiyası daha güclü olur”.
M.Abbasova bildirdi ki, qış aylarında da otağın temperaturunu bayırdakı temperatura uyğun tənzimləmək lazımdır: “Yəni bayırda çox soyuq olanda içəriidə yüksək temperatur yaratmaq düzgün deyil. Bu temperatur fərqi insan orqanizminə pis təsir edir. Az adam olar ki, immun sistemi möhkəm olduğundan temperatur fərqində səhhəti ilə bağlı heç bir problem yaşamasın”.

Fəsadlar
Həkimin sözlərinə görə, məhz temperatur fərqinə görə qış aylarında ağ ciyər, pnevmoniya, sətəlcəm, bronxit xəstəlikləri çoxalır: “Çünki insan bayırda soyuq temperaturla, hətta mənfi dərəcədə, otaqda isə otuz dərəcə nəfəs alır. Buna adaptasiya oluna bilməyən bədənin immun sistemi zəifləyir və ağ ciyərlər kəskin dəyişilmiş temperatura uyğunlaşa bilmir. Xüsusilə dəri temperatur fərqinə uyğunlaşa bilmir və güclü reaksiya verir”.
M.Abbasova məsləhət görür ki, qışda evdən bayıra çıxanda o dərəcədə isti geyinmək lazımdır ki, otaq temperaturunu saxlasın və bədən fərqli temperatura güclü reaksiya verməsin.

12 dərəcə fərq normaldır
Beynıəlxalq Ekoenergetika Akademiyasının professoru Nurməmməd Məmmədov məsləhət gördü ki, yayda evdə və avtomobilin salonunda temperaturu 24 dərəcədən aşağıya salmaq məsləhət deyil: “Təsəvvür edin, bayırda temperatur 40 dərəcə, otaqda kondisionerin sayəsuində 18 dərəcədirsə, 22 dərəcə fərq yaranır. Bu zaman insan fərqli temperaturlara çətin adaptasiya olunur. Nəticədə vaxtından əvvəl qocalma prosesi gedir, üzdə qırışlar əmələ gəlir. Çünki orqanizm fərqli havaya adaptasiya olunarkən müqavimət göstərməkdə çətinlik çəkir. Qışda soyuğa, yayda da istiyə müqavimət göstəririk. Çöldə 40 dərəcə, içəridə 24 dərəcə olanda bu zaman temperatur fərqi 16 dərəcə olur. Bir var orqanizm 16 dərəcəyə, bir də var 22 dərəcəyə müqavimət göstərsin. Ümumiyyətlə, yaxşı olar ki, bayırla içərinin temperaturu arasında fərq 12 dərəcə olsun”.
N.Məmmədovun sözlərinə görə, qışda da havanın temperaturunu 24 dərəcədən yuxarı qaldırmaq məsləhət deyil: “Çünki temperatur 24 dərəcədən yuxarı olanda bakteriyalar baş qaldırır. Xüsusən də yataq otağının temperaturu aşağı olmalıdır. Almaniya normalarında yataq otağının temperaturu 16, Azərbaycanda isə 19 dərəcədir. Çünki otaq sərin olduqda insan daha rahat yatır, bakteriyaların fəallığı azalır”.
 
 
 
Mənbə: smarton.az
 

0 şərh