Рейтинг
+10.88

Texnologiya

11 üzv, 76 topik

5G haqqında hər şey

Yeni mobil texnologiya nəslinin gəlişi hər zaman cəmiyyətdə Elektromaqnit Sahəsinin (EMS) təsirləri barədə debatların qızışması ilə müşayət olunur. Bu baxımdan 5G də istisna olmadı. Belə ki, bu texnologiyanın tətbiqi, xüsusən də bununla bağlı millimetr dalğa spektri (mmWave) və kiçik hücrə texnologiyası kimi mövzular KİV-lərdə qızğın müzakirələrə və yanlış informasiya axınına səbəb oldu.
Bu məqalədə 5G texnologiyası ilə tanışlıq, 5G şəbəkəsinin işləmə prinsiplərinin izahı, həmçinin EMS-in təsiri və beynəlxalq təhlükəsizlik qaydaları barədə danışılacaq.
5G texnologiyasının təhlükəli olması barədə yanlış məlumatların yayılmasında kütləvi informasiya vasitələrinin də rolu az deyil. Bu yazı ilə 5G, ictimai səhiyyə və ətraf mühit barədə ortaya çıxan əsas suallara cavab veriləcək.

Davamı →

Saatlar necə yaranıb?

Saat, gün ərzində insanların ən çox baxdıqları, özləri də bilmədən həyatlarının bir parçasına çevrilən əşya. Bəs saata baxanda onun necə yaranması, hansı mərhələrdən keçməsi haqqında kim düşünür? Qədim dövrlərdən vaxtı ölçmək istəyən xalqlar müxtəlif üsullardan istifadə ediblər. Belə üsullardan birincisi günəş işığı ilə vaxtın ölçülməsidir. İlk günəş saatını isə Misirlilər düzəldib.

Davamı →

Komfortlu həyat üçün yüksək texnologiyalar

Texnologiya istehsalçıları davamlı olaraq, həyatı asanlaşdırmağa, rahatlaşdırmağa və təhlükəsizləşdirməyə çalışırlar. Nəticədə maraqlı və həqiqətən də lazımlı əşyalar yaranır.  Aşağıda belə yeni əşyaların bəziləri ilə tanış ola bilərsiniz:
“Always Home Cam”
2020-ci ilin sentyabr ayında “Ring” texnologiya şirkəti ev təhlükəsizlik sistemləri üçün maraqlı bir yenilik təqdim etdi. Ənənəvi “CCTV” kameralar görüntüləri sabit nöqtələrdən ötürür, “Always Home Cam” dronu isə evin ətrafında uçaraq çəkiliş aparır. İşdə olarkən, evdə baş verənləri smartfon ekranında real vaxtda görə bilərsiniz.

Davamı →

Kvant mexanikası necə yaranıb?

Mən, kvant mexanikasının necə yarana biləcəyi haqqında hekayət danışacağam. Təbii ki, əslində, o, belə meydana çıxmayıb, amma mən, elmi prosesin necə təkmilləşdiyini vurğulamaqdan ötrü, məhz, belə, sanki bu, bir alimin işiymiş kimi danışmaq istəyirəm.
Biz, predmetin öyrənilməsinə hərtərəfli yanaşan hansısa sanballı bir alimi nəzərdə tutacağıq. Nə qədər qəribə səslənsə də, bu rola ən çox Wilhelm Röntgen uyğun gəlir, onun, elektromaqnit dalğalarını – Röntgen şüalanmasını, təsadüfən, kəşf etdiyi deyilir. Röntgen, dalğaları, doğrudan da, təsadüfən kəşf eləyib və onları o qədər hərtərəfli araşdırıb ki, iyirmi il boyunca – onun şüaları kristallara yayılana qədər barələrində yeni heç nə demək mümkün olmayıb. Hətta Rutherford-un hələ sağ olmasına baxmayaraq, Röntgen bəşəriyyətin ən yaxşı eksperimentatoru hesab edilirdi. Bundan əlavə, o öz təvazökarlığı ilə məşhur idi. Ki, bu da hər şeydə hərtərəfli insan olması ilə bağlı idi.

Davamı →

Hansı təhlükə ilə rastlaşa bilərik

Elm və texnika sürətlə inkişaf edir. Lakin bununla yanaşı, qəza halları da durmadan artır. İl ərzində yüzlərlə insan məişətdə və ictimai yerlərdə baş verən qəzalar nəticəsində dünyasını dəyişir və yaxud müxtəliftipli xəsarətlər alır. Bu isə adi təhlükəsizlik qaydalarını bilməməkdən və yaxud onlara əməl etməməkdən irəli gəlir.
Bu gün respublikamızın regionlarında uşaqların doyunca əylənə biləcəyi parkların, uşaq əyləncə mərkəzlərinin olması hamımızı sevindirir. Yəqin ki, boş vaxtlarınızda valideynlərinizlə bu uşaq əyləncə mərkəzlərinə, parklara, yayda isə çimərliklərə getməyi çox sevirsiniz. Lakin vaxtınızı maraqlı keçirmək istədiyiniz bu cür yerlərdə gigiyena və təhlükəsizlik qaydalarına əməl etməməyiniz bəzən xoşagəlməz hadisələrin baş verməsinə səbəb ola bilər.

Davamı →

Yeni texnologiyalar və dəyişən dünya

Türkiyədə yaşayan bir tanışımın Azərbaycandaykən işlətdiyi iPhone telefonu artıq çalışmır, yəni zənglər gedib gəlmir. Heç bir sim kartı qəbul etmir. Səbəb isə Türkiyə qanunvericiliyinə görə ölkəyə daxil olduqdan sonra 120 gün ərzində telefonu qeydiyyata salmalı olmasıdır. Bunun üçün isə az olmayan bir vəsait tələb olunur. Həmin tanışım isə o telefondan yalnız wi-fi olan yerlərdə (hansı ki, bir çox yerdə var artıq) istifadə edə bilir. WhatsApp və digər sosial media vasitələrindən istifadə edərək digər şəxslərlə rahatlıqla əlaqə yarada bilir.

Davamı →

Replikantları yaratmaq məsələsi

Ötən ilin ən uğurlu elmi-fantastik ekran işi rejissor Deni Vilnyovun «Arrival» filmi idisə, bu il də kanadalı rejissor  «Blade Runner»-in (Ülgüc Üzərində Qaçan) davamını ərsəyə gətirməklə, ortaya keyfiyyət qoymuş oldu. Tənqidçilər tərəfindən ən bəyənilən elmi-fantastik ekran əsərlərindən biri olan «Blade Runner»-in davamını çəkmək olduqca çətin iş idi, Vilnyov isə «Blade Runner 2049»-u ilə layihəyə şübhə ilə yanaşan tənqidçiləri razı qoymağı bacardı. Söhbət heç də üzvi bədən hissələrindən yığılmış və öz yaradıcıları olan insanlara meydan oxumaq istəyən ağıllı androidlərin dünyasından getməyəcək.

Davamı →

Texnoloji tərəqqinin digər üzü

Daha rahat həyat, yoxsa tam nəzarət altında?
“Bəşəriyyətin tarixi böyük ölçüdə texnikanın tarixidir. Bu səbəbdən yaxın 50 ilin tarixi Banqalorda müdriklərin və ya Nyu-Yorkda intellektualların nələri kəşf etmələrindən asılı olacaq. Daha dəqiq ifadə etsək, inkişafımızın əsas istiqamətlərini cəmiyyətin bu elmi və texniki kəşflərdən necə yararlanacağı müəyyən edəcək. Düzdür, başqa faktorların da rolu olacaq, məsələn, təbiət dəyişiklikləri, yaxud qlobal kapitalizmə meydan oxuya biləcək ideologiyaların peyda olması. Ancaq məhz texniki tərəqqi bütün yeniliklərin başlıca mühərriki olaraq qalmaqda davam edəcək”. “Qarşıdakı 50 ilin tarixi” kitabının müəllifi Riçard Uotson hesab edir ki, texniki yeniliklər cəmiyyətin aparıcı amili olaraq həm müsbət, həm də mənfi rol oynaya bilər. Vəziyyət hətta o həddə çata bilər ki, insan texnikaya qarşı qiyam da qaldırar…
Davamı →

Tarixə qovuşan, unudulmaqda olan peşələr

Zaman keçdikcə, texnika təkmilləşdikcə artıq bir çox sənət və peşə sahələri öz aktuallığını itirərək, tarixə qovuşub. Bir vaxtların ən önəmli tələbatı olan bu sahələr haqqında indi demək olar ki, gənc nəsil ümumiyyyətlə xəbərsizdir.
Maraqlıdır, əvvəllər böyük ehtiyac duyulan, indi isə adı unudulmaqda olan peşələr hansılardır?
Qırçı - Ələxsus ötən əsrin ortaları və sonları insanlar evlərinin üstünü qırlatmağa xüsusi önəm verirdilər. Çünki qırlanmış ev yayda istidən, payızda yağışdan qorunmaq üçün əla vasitə idi.

Davamı →

İnformasiyanın ölçülməsi

Rəvayətə görə, Lakoniyanın Sparta şəhərinə yaxınlaşan Makedoniya çarı II Filipp spartalılara belə bir müraciətnamə göndərir:
“Mən bütün Yunanıstanı fəth etmişəm, dünyanın ən yaxşı qoşunu məndədir. Təslim olun, çünki əgər şəhərin darvazalarını sındırsam, əgər qala divarlarını dağıtsam, əgər Spartanı zorla alsam, onda heç kəsə aman verilməyəcək və şəhər yerlə yeksan olunacaq!”
Bu müraciətnaməyə spartalıların cavabı çox qısa olmuşdur – “Əgər”.
Davamı →