Niyə qara gündəyik və ağ günə necə çıxaq?

Biraz qara günümüzdən danışaq.

Bu sual ətrafinda illərdir baş sındırıram, cavablar axtarıb tapır və praktik olaraq öz üzərimdə sınamağa çalışıram. Çox irəli getməmiş, bəziləriniz sual verə bilər ki: “Axı biz nə gündəyik ki?” .  Xırda bir xatırlatma edib, problemin həlli istiqamətində variantlar üzərində dayanacam. İlk olaraq ondan başlayaq ki, torpaqlarımızın 20 faizi – Qarabağımız işğal altındadır.  Əgər bir az da dərindən fikirləşsək, hələ Cənubi Azərbaycanımız, İrəvanımız, Göyçəmiz də əlimizdən çıxıb. Bu yerdə nə romantizm və nə də ağlaşma qurmaq fikrim yoxdur, problemin həlli yolların axtarıram. Nə gündə olmağımızı anlamaq üçün davam edək, torpaq problemindən sonra, ölkədə insanlarımızın maddi vəziyyəti elə də ürəkaçan deyil, sübut kimi 4 milyondan çox həmyerlimizin Rusiya bazarlarına üz tutmasını göstərmək olar. Ölkədə qalan vətəndaşlarımızın da vəziyyəti elə də ürəkaçan deyil, bəzilərimiz ya rüşvət veririk, ya da rüşvət alırıq. Çoxlarının əksinə olaraq mən bunun günahkarlarını hakimiyyətdə yox, fərd olaraq hər birimizdə görürəm. Ölkədə təhsil sistemi yola verməkdən ibarətdir, tələbələr də elə yola verməknən məşğuldur. İnsan olaraq keyfiyyətdə çox geri qalırıq. Bura qədər yazdıqlarımı təkrar oxuduqda düşünürəm ki, bəlkə də çox şişirdirəm, amma yox, reallıqları və digər ölkələri gözümün qabağına gətirib müqayisə edərkən siyahını artırmaqla özümüzü tanımağı lüzum bilirəm. Davam üçün bunu misal gətirim ki, buraxın bir İphone istehsalımızı heç Çin kimi onun geydirməsin də istehsal etməyi bacarmırıq. Halbuki, hərəmizdə az qala 2 ədəd mobil telefon var. Ölkədə ayrı-ayrı qrup insanların arasındakı söhbətlərə qulaq verdikdə, həqiqətən çox geri qaldığımıza bir daha şahid oluruq. Bu sohbətlərin mövzuları isə inanın ki, elə də ürəkaçan deyil. Müzakirə mövzuları ya toy olsunlar, ya fatmagüllər, ya royalar, ya onların ərləri, ya başqalarının şəxsi həyatları, ya digər məşhur insanların və siyasətçilərin tənqidi, ya da məqsədi inkişaf olmayan digər bayağı şeylər olur. Bu ölkədə fikir istehsalı yoxdur, o ki qaldı onun sonrakı mərhələsi olan məhsul istehsalına.

 

Ağ günə necə çıxaq?

Problemlər barədə çox danışdım, həlli yollarından danışmağın vaxtıdır. Prinsipə getsək, o qədər problem çıxara bilərik ki, sonra dayanıb tamaşa edərik və keçilməz sədlər olduğuna özümüzü inandırmış olarıq. Halbuki, çıxış yolları həmişə vardır. Tükü 40 yerə bölən ədib və ziyalılarımız bütün bu problem dağlarını aşmağın yollarını təklif ediblər. Təkliflər arasında elmin, təhsilin səviyyəsini artırmaq, kitab oxumağa təşviq etdirmək, bəziləri inqilab, çevriliş etmək, hakimiyyət dəyişikliyi, müharibə, cihad, tarixi araşdırıb təsiredici model tapmaq, inkişaf etmiş ölkələrin inkişaf arxivindən model seçmək və s kimi variantlar yer alır. Bunlar arasında öz effektini verəcək variantların olması ehtimalı olanlar əlbəttə ki vardır. Amma nə gündə olmağımızı ağ günə çıxartmaq üçün tamam başqa bir yolların axtarılması düşüncəsindəyəm. Problemə ümumi yox xüsusi yanaşmağın tərəfdarıyam, belə ki, təhsildə islahatlar etməklə ölkə səviyyəsində müəyyən irəliləmələr etmək mümkündür. Amma hər bir vətəndaşı fərdi olaraq dəyişmək çətin məsələdir. Problemlərin kökü isə fərdlərin birləşməsindən yaranan ailə, ailələrdən ibarət cəmiyyətə qədər böyüyüb və aşılmaz problem dağına çevrilməsindədir. Ümumi olaraq götürsək, geri qalmağımızın səbəblərin axtaranda, bu səbəbin cəmiyyətin hər bir üzvündə mövcud olan kütləvi bir hal olmasına diqqət yetirməliyik. Xülasə, səhv, problem, günah ayrı-ayrılıqda hər birimizdədir. İllərdir fikirləşdiyim və tapdığıma inandığım bu səbəbi sizlərlə bölüşmək istəyirəm:

 

Problemin səbəbi bu ola bilər.

Problemin səbəbini mətbəximizdə və ondan istifadə etməyi tərgidə bilməyən nəfsimizdə görürəm. Belə ki, artıq elm, tibb, islam dini, ya da məqsədi və öndəri ağıl olan hər bir cərəyan, yol, yazıçı, mütəfəkkir çox yeməyin insana nə qədər xəstəliklər, ziyanlar, süstlüklər, tənbəlliklər, geriləmələr verdiyini əsrlər öncə sübut etmişlər. Deyə bilərsiniz ki, çox yemək hara, Azərbaycan yeməklərində səhv və günah axtarmaq hara. İş orasındadır ki, bizim yeməklər o qədər yağlı, o qədər kalorili olur ki, az yeməklə də belə insan beynini dumanlandırır. Süfrəmizdə dadından doymadan istifadə edib və təriflədiyimiz bu yeməklər bizi bu günə salıb. Dadından doymadığımız kabab, küftə, bozbaş, kartof, kotlet, toyuq qızartması, dolma, dovğa kimi bizim olan və digər xarici  mətbəxlərə məxsus istifadə etdiyimiz yeməklərimiz çox kalorilidir, gec həzm olunur, bütün orqanizmin funksiyalarını pozur, süstlük, ağırlıq, yüklənmə yaradaraq bütün həyat nizamlarımızı alt-üst edir. Kimlərəsə gülməli gələ bilər, amma özünüz sınayın, həkimlərdən soruşun, axtarın, bu fikrin doğru və ya yanlışlığında əminlik qazanana kimi dayanmayın. Ümumiyyətlə, insan çox yeyərkən, beynin işi həzmlə məşğul olan orqanlara nəzarət etmək olur, əlimizə kitab aldıqda isə, beyin siqnal ötürür ki, çatdırmıram mənə restart ver, restart üçün isə başı yastığa qoymaq lazım gəlir, oyananda bu proses elə bu axarda da davam edir. Digər variantlar da var, bu yeməkləri yeyərək beyini çox yüklədiyimizdən, beyindən orqanizmə siqnal ötürülür ki, biraz orqanizmi yüngülləşdirmək lazımdır, yoxsa nəfəs çatışmamazlığından problem yaranır, nəticədə ya tullanıb-düşməyə, ya televizorun pultuna, ya əxlaqsız qadınlara, ya gəzməyə, ya əylənməyə, ya mikrofonla oxumağa, ya da digər inkişafdan saxlayan şeylərə üz tuturuq. Təbii ki, bu yeməkləri sevdiyimizdən bunları əldə etmək üçün dəridən-qabıqdan çıxaraq xüsusi bir hirslə pul qazanmaq həvəsinə düşürük, pul qazanarkən isə rüşvət, ədalətsizlik, zalımlıq çoxlarımızın vecinə də olmur.

 

Problemin həlli variantı sizi çox düşündürəcək.

Problemin həlli üçün yeni model axtarmağa heç  bir ehtiyac yoxdur. Modellər çoxdur, bizim ölkə üçün isə ən uyğun bir model vardır ki, əsrlərdir bu modelin içində olduğumuzu sanmamıza baxmayaraq, həqiqətdə ondan cox uzağıq. Bu modeli sizə təqdim edirəm. Ac qarına Allahın kitabını oxumağı təklid edirəm. Iphone buraxan Apple şirkəti məhsulun istifadə qaydalarını təqdim etdiyi halda, insani yaradan Allahın bunu etməməyi və ya unutmağı biraz gülünc və mümkünsüz görünür. Sonluq çoxlarınıza qeyri-adi gələcək, amma beyinə mədənin boş halında faydalı işləmək funksiyasını verən Allahdır və Allahın kitabından öyrənməli çox şeyimizin var olduğuna inanıram…

Müqəddəs kitabımızı oxuyaq!

16 şərh

thebayramli

Burda Ilk yazımdı!

Bakılı
Çox əla yazıdı, təşəkkürlər.
Həqiqətən də qara gün bölməsində problemləri düzgün sıralamısız, iki azərbaycanli oturanda ən çox danışdıqları ya hakimiyyət, ya qarabağ ya da dünən baxdıqlar( əgər arvadları icazə veribsə) türk teleseriallarıdır. Zənnimcə problemin kökündə təhsil durur, yola veririk biz univeristeti elə müəllimlər də bizi yola verir :). Təhsil səviyyəsi artirilsa yəqin ki gələcəkdə hada yaxşı olar, iPhone yox lap iPad da istehsal edə bilərik =).
Yemək məsələsini də çox düz qeyd etmisiz, azərbaycan milli mətbəği həm zəngin, həm yağlı həm də ağırdı.
Yazının sonuna da bir +1.
Təşəkkürlər.
MaksiMuS
İlk topikinizə görə sizi təbrik edirəm.
O ki qaldı toxunduğunuz mövzuya? Çox aktual və bir o qədər də ağrılı mövzudu. Hansı ki milyonlarla nəzəriyyələr, hıll yolları təklif oluna, irəli sürülə bilər.Ama sual: Hansı daha reallıqla səsləşən və optimal variantdır ?
Əlhəmdullah islam dini dövlət dinimizdir, bizdə ƏLhəmdullah müsəlmanıq. Ama Quran oxumaqla heçdə sadalanan məsələlər həll oluna bilməz. Ən azından biz İslam ölkəsi deyilik, nədə bu ölkədə şəriət qanunları ilə nəsə idarə olunmur.Bu mənada siz təklif etdiyiniz variant  reallıqla səsləşmir. 
Mənim təklimisə belədi: İlk növbədə balıq başdan iylənər misalı tək yuxarı vəzifədə oturan Bir çox məmurlar KReslosundan uzaqlaşdırılmalıdı.Ölkədə Korrupsiyanın qarşısının alınması üçün münbit şırait yaradılmalıdı.Lazımdısa hansısa qonşu-  lap uzağa getməyək GÜRCÜSTAN modeli  ölkəmizə tətbiq oluna bilər. Ailələr maarifləndirilməlidi.Ələxsus gənc ailələr. Ölkədə normal vətəndaş cəmiyyəti qurulmalı, milli düşüncə, milli məqsəd formalaşdırılmalıdı. Quran sadəcə bizim həyata baxışımıza yön verə, dəyərlərimizi zənginləşdirməkdə bizə bu işdə yardımçı ola bilər.Azərbaycan reallığında Quran kitabımızın lazımi effekt verəcəyinə inanmıram.ama olmasını əlbət istərdim.
MOvzu aktual xarakter daşıdığına görə + verməyə dəyər.Əməyə hörmət.tşk
Angelie
Quran oxumaq məsələnin həllidir dedikdə, məncə müəllif hər kəsin özünü tərbiyə etməsini nəzərdə tutur.əgər həqiqətən də  hər kəs Quranı dərk edib ona əməl etsə, kimsə rüşvət almaz, nə də rüşvət verməz. hər bir insanda ədalət hissi formalaşsa, cəmiyyət çox irəli gedər. bunun üçün İslam ölkəsi olmaq zəruri deyil…
thebayramli

Xanım tam olaraq mənim fikirlərimi deyib. 20 ildən artıqdır ki, Qarabağ deyirik, sülh deyirik,amma ortalıqda heç nə yoxdur. Əvəzində, insanlarımız 20 il ərzində Allahın kitabından xəbərdar olsaydılar, Quran əxlaqına yiyələnərək, bir fərd olaraq hər bir kəs inkişaf etsəydilər, çox şeyə nail olardılar. Şəriət qanunlarıyla idarə olunan dövlət qurmaq asan iş deyil, mən heç bunu da nəzərdə tutmurdum. Maksimus, siz rüşvət,əxlaqsızlıq,ədalətsizlik və s. səhvlərdən danışırsız. Amma günahın və ya səhvin necə günah olmasını hansısa kitaba ya əqidəyə ya da mənbəyə əsaslanaraq sübut etmək olur. Biz isə hər ideologiyadan ən yaxşılarını oğurlamaqla guya inkişaf edirik, əslində isə ortalığa kaşa çıxır.Sözümə qüvvət olaraq:

Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq palançılıqdan

(Dahi Nizami Gəncəvi) 
Bu mövzunun eninə,uzununa,dərinliyinə müzakirə edilməsinin tərəfdarıyam.Cavablarınızı gözləyirəm…

thebayramli
Kamil bir papaqçı olsa da insan,
Yaxşıdır yarımçıq palançılıqdan

P.S. Qüsurlara görə üzr istəyirəm.tələsik yazıram.
thebayramli

Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan

P.S.
Çox-çox üzr istəyirəm.

Angelie
razıyam...sənin olmayana can atanda belə olur da...yarı ondan yarı bundan...burda deyiblere dad yarımçıq elinden...
MaksiMuS
Angelie, xanım Müqəddəs kitabımızın qüdrəti əlbət çatar cəmiyyəti 180 dərəcə dəyişməyə.Ama baxır harda.Azərbaycan reallığında bu mümkün deyil.Əvvəla Hakimiyyət imkan verməzki ölkə şəriət qanunları ilə idarə olunsun, nədə dinə ifrat varılmasına yol verməz. Necə ki bir müddət öncə baş örtüyü ilə dərsə gedilməməs haqda qanunun qəbul olunması buna əyini misaldı. Bir sözlə, gəlin reallıqdan danışaq. Fantaziyadan yox.İstəmək başqa şeydi, reallıq başqa. Qeyd olunan təklif bəlkədə hansısa ərəb ölkəsində tətbiq oluna bilər.
Angelie
MaksiMus, yenə deyirem vacib deyil ki, şəriət qaydalarıyla idarə olunaq. Cəmiyyəti dəyişmək istəyən gərək birinci özündən başlasın...bunu nəzərdə tuturdum. bunu da ən gözəl qaydada Quranla etmək olar.

P.S. Əgər Azərbaycana Quran, dolayısıyla mənəvi tərbiyə kömək edə bilməyəcəksə, onda mən çözüm yolu görmürəm...hər bir xalq özünə layiq idarəetməyə və rəhbərə layiqdi, onda bizə ancaq məcburi güc tətbiqi kömək edə bilər.
thebayramli
Inanın ki heç güc tətbiqi ilə də nəyinsə dəyişəcəyinə ümid qalmayıb.
Rene
İlk yazınız xeyirli olsun və davamı gəlsin. :) Belə başa düşdüm ki, yazının müəllifi sizsiniz… Sözlərinizdə həqiqət var, amma mən ağ günə çıxacağımıza elə də ümidlə baxmıram. Nə vaxt ki, biz başqalarına yarınmaqdan vaz keçib, dostumuzu, düşmənimizi tanıyacağıq, «mənə nə» prinsipindən vaz keçəcəyik, vicdanımızı balışımızın altından çıxaracağıq, bax onda bəlkə… ağ günə çıxmaq şansımız ola… Nə vaxt ki, biz Ramil kimi oğullarımıza sahib çıxacağıq, nə vaxt ki vətən uğrunda canından keçmiş oğullara, bu millət üçün ömrünü sərf etmiş insanlara hörmət edəcəyik, bəlkə onda ağ günə çıxaq… Amma bu gedişlə çətin ki, biz ağ günə çıxaq…
thebayramli
Bu dediklərinizin əmələ çevrilməsi üçün konkret söykənəcək ideologiya,yol və ya bir əqidə olmalıdır. Elə Mübariz İbrahimovun da şəhidliyin o zirvəsinə ucalmasına səbəb də tutduğu yolda doğru olmasında idi. Biz əhalisinin çoxu müsəlmanlar olan ölkəyik, amma istər fərdlərin, istərsə də hakimiyyətin İslamdan xəbəri yoxdur. Dövlətin, hakimiyyətin İslamdan xəbəri yoxdur deyən kimi insanlarımız elə bilir ki, İslamdan xəbəri olmaq elə o saat şəriətlə idarə olunan dövlət qurmaq deməkdir. Halbuki, İslamdan xəbəri olmaq, məqalənin sonlarında da qeyd etdiyim kimi, bir İPHONE istehsal edən APPLE şirkətinin öz məhsulu üçün istifadə qaydaları, müxtəlif applicationlar yaratdığı kimi, Allahın yaratdığı bəndələrini unutması qeyri-mümkündür və insan həyatını quracaq istifadə qaydalarından da daha üstün olan — QURANİ-KƏRİM kimi kitabımızdan istifadə etməklə doğru yola çata bilərik.
Rene
Sizinlə razıyam… Nicat yolu son və mükəmməl din olan İslamdadır, amma İslamın qaydalarına əməl edə bilsək… Bügunkü gündə müsəlman ölkələrinin əksəriyyəti geridə qalıb, müsəlmanlar haqsızlığa uğrayır, əzilir… Bütün bunlar İslamın deyil, bizim çatımazlığımızdan, yarımçıq olmağımızdan irəli gəlir.
Angelie

Nə qədər acı olsa da, bu günün reallığı budu((...təəssüf ki...«mənə nə» prinsipi isə həqiqətən bu millətin sonuna çıxacaq.

thebayramli
Axtaranlar. işləyənlər, gizlədərək həll yolu tapanlar həmişə olub. Ümid ölməsin gərək…