Ən cox rast gəlinən sağlamlıq problemlərinin təbii üsullarla mülacəsi

Qarşılaşdığınız bəzi sağlamlıq problemlər avr ki, onaların sağalması üçün dərhal həkimə ya da əczaxanaya tələsmək lazım deyil. Ağız qoxusu, öskürək, ishal, burun tıxanmaları, qrip, yuxusuzluq, civzələr və s. narahatlıqlar təbii üsullarla ev şəraitində də həll oluna bilər.

Ağız qoxusu. Əhəmiyyətli bir yığıncaq əsnasında ya da sevdiyiniz adamla baş-başa olduğunuzda, xoşagəlməz hal hesab olunur. Bu baxımdan xeyirli bakteriyalardan ibarət olan «Probiotik» məhsullardan istifadə pis bakteriyalarla mübarizə apararaq ağız qoxusunu azaldır.

Öskürək. Soyuqdəymə səbəbiylə meydana gələn öskürəyə qarşı bal mükkəmməl bir dərman hesab olunur. Boğazdan keçərkən öskürəyin verdiyi ağrını yüngülləşdirir və sinəni yumşaldır.

İshal. Bu xəstəliyə tutulmuş insanların gündəlik həyatlarına təsir edən və vaxtsız qarşılaşan bir problemdir. Bu problemin həllində banan meyvəsini yeməyin də faydalı olduğu bildirilir. 

Burun tıxanmaları. Bu cür problemi olan kəslərə çörək otunu bir qab suyun içində isidib təkrar qurutmaları tövsiyyə olunur. Qurudulan çörək otlarını toz halına gətirdikdən sonra buruna çəkməyin burunda olan tıxanmalara təsir göstərdiyi bildirilir.

Qrip. Qripə qarşı qara bibəri, limonu, zəncəfili qarışdırmaqla öskürəyə və qripə təsirli təbii eliksir hazırlamaq olar.

Yuxusuzluq. Sakitləşdirici çayların, xüsusilə çobanyastığı çayının rahat bir yuxu yatmağınıza  kömək etdiyi bildirilir.

Civzələr. Sızanaqlar, civzələr yalnız yetkinlikdə qarşılaşılan bir problem deyil. Bir çox qadın bu problemdən əziyyət çəkməkdədir. Bu problemi həll edən faydalı məhsullardan əlavə çay ağacının yağının  da civzələrə kömək etdiyi bildirilir.

3 şərh

pascal
Bəzən burda göstərilən uzun proseduru etməyin tənbəlliyindən dərmanla tezbazar kifayətlənirik. Ələlxüsus da burun tıxanmasında. O qədər işi edənə kimi, qalazolin, ya da naftizini alıb buruna tökməklə.
Someone

Eşitdiyimə görə naftizini çox istifadə etdik də burunda iy bilmə hissi öldürür.

pascal
Vay naftizin, vay… ;)