Baş ağrılarının əllə müalicəsi

Tez-tez təkrarlanan baş ağrıları asan bir şəkildə müalicə edilə bilər. Bu müalicə üsullarından biri əllə müalicədir. Miqren və ya gərginlik  daha çox baş ağrılarına təsir edir. Bu baxımdan masaj və manipulyasiya etdirmək  lazımdır.

Sağlamlaşdırıcı masaj tibb üçün çox vacib proseduradır. Bu yolla bir sıra xəstəliklər üçün profilaktik tədbir görmək olur. Həmçinin əzələlərin qısalması və ifliclər zamanı əllə müalicə lazımdır.

Mütəmadi olaraq boğazın masajı infarkt, insult, hipertoniya kimi xəstəliklərdən qaçmağa yardım edir. Belə bir qənaətə Böyük Britaniya Kraliyyət Universitetinin alimləri gəlmişlər. Onlar müəyyən etmişlər ki, həmin nahiyədə yerləşən əzələlər arterial təzyiqlə əlaqəlidirlər.

Əzələlərin masajı zamanı beyinə sakitləşdirici impulslar çatır və bu, arterial təzyiqi aşağı salır. Masaj hipertoniya xəstəliyi və onun fəsadlarına qarşı profilaktikada və müalicəsində mühüm rol oynayır. Bu barədə mütəxəssislər əminliklə qeyd etmişlər.

Tədqiqatın müəllifləri apardıqları işlər barədə açıqlamalarına onu da əlavə etmişdir ki, boyun nahiyəsinin masajı zamanı əldə olunan effekt lazımi dərman preparatlarının verdiyi effektə bərabərdir.

Masaj növlərinin içərisində ən təsirli akva-masajın olduğunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, üzgüçülük bir çox ağır xəstəliklərin dərmanıdır.

 

0 şərh