Рейтинг
+18.66

Tibbi yardım

27 üzv, 76 topik

Arı sancması zamanı nə etməli?

Arı və ya eşşək arısı sancması çox təhlükəli ola bilər. Allergiyaya meyilli olan insanlarda, uşaqlarda bu ağır allergik reaksiyanın, hətta anafilaktik şokun inkişafına gətirib çıxarda bilər. Arı və eşşək arıları insanları yalnız təhlükə hiss etdikdə sancır. Bu səbəbdən həşaratları görəndə dərhal təşvişə düşməyin, onları qovmağa çalışmayın, sakit qalın.

Eşşək arıları insanları daha tez-tez sancır və onların sancmaları daha ağrılıdır. Dil, dodaq, qırtlaq və üz nahiyəsinin sancılması çox təhlükəli hesab olunur. Çoxlu sayda sancmalar zamanı ağır intoksikasiya (zəhərlənmə) inkişaf edə bilər. Bu halda insanı dərhal xəstəxanaya çatdırmaq lazımıdr.

Arı və ya eşşək arısı sancmasından dərhal sonra insana hər hansı allergiya əleyhinə (antihistamin) dərman vermək lazımdır (klaritin, tavegil, zirtek, suprastin, diazolin). Bunu hətta bu insanda heç zaman allergiya olmayıbsa belə, mütləq edin. Xüsusilə də zərərçəkmiş uşaqdırsa. Ağrı çox narahat edirsə hər hansı ağrıkəsici preparat (parasetamol, ibuprofen, analgin, aspirin) vermək olar. Uşaqlara hərarətsalan preparatlardan biri verilir. Bu preparatlar həmçinin ağrıkəsici kimi istifadə olunur.
Davamı →

Uşaqlarda burun qanaxması

Uşaqlarda kifayət qədət tez-tez burun qanaxmaları olur. Hətta bəzi hallarda qanaxma xeyli miqdarda olmaqla, uşağın sağlamlığı üçün təhlükəli də ola bilər.

Burun qanaxmasının səbəbini müəyyən etmək üçün ilk növbədə aşağıdakıları aydınlaşdırmaq lazımdır:
— travmanın olub-olmaması (əksər hallarda uşaqlar burunlarını “qurdalayaraq” onu zədələyirlər);

— buruna yad cicmin düşüb-düşməməsi. Bu halda burundan qanla birlikdə pis qoxulu ifrazat da xaric olur. Bunu dəqiqləşdirmək üçün uşağı mütləq burun-boğaz-qulaq həkiminə göstərmək lazımdır;

— uşağın uzun müddət ərzində günəş altında olması.

Uşağın bədənində tez-tez göyərmiş sahələrin yaranması ilə yanaşı burun qanaxmasının da baş verməsi – onun tez bir zamanda həkim hematoloq tərəfindən müayinə edilməsini tələb edir. Digər halda, burun qanaxması ilə yanaşı başda pulsasiya şəkilli baş ağrılarının olması arterial təzyiqin yüksəlməsinin əlaməti ola bilər.

Burun qanaxmasını saxlamaq üçün, bədənini bir qədər önə əymək şərti ilə uşağı otuzdurmaq lazımdır. Heç bir halda uşağı uzandırmaq və ya başını xeyli arxaya tərəf əymək olmaz. Çünki bu zaman qan udlaq vasitəsilə yemək borusuna və ya daha qorxulu hal hesab edilən nəfəs borusuna axa bilər.
Ardı →

Babasil ağrıları zamanı ilk tibbi yardım

Babasil bütün dünyada ən çox yayılmış xəstəliklərdən biridir.

Belə hesab olunur ki, dünyada yaşayan 80% insanlarda bu və ya digər formasında babasil var. Təbii ki, babasil mütləq müalicə olunmalıdır. Gecikmiş mərhələlərdə xəstəlik çox ağır fəsadlar verir.

Digər pozulmalarla yanaşı babasil özünü güclü ağrılarla büruzə verir. Belə ağrılar zamanı ilk tibbi yardım məqsədi ilə bu kimi vasitələrdən istifadə etmək olar:

— Xarici babasil zamanı (genişlənmiş damarlar xaricdən bayıra çıxır) ağrılar xüsusi mazların (heparin mazı, Проктозан mazı, Гепатромбин mazı, Relif mazı və s.) köməyi ilə aradan qaldırılır.

Daxili babasil (genişlənmiş damarlar içəridədir) zamanı isə xüsusi şamlardan — Relif, Гепатромбин Г, Aнестезол və s. istifadə etmək olar. Анестезол təzyiqin qalxmasına səbəb ola bilər ki, bu preparatın hipertoniyadan əziyyət çəkən insanların qəbul etməsi tövsiyə edilmir.


Ardı →

Gün vurma zamanı ilk tibbi yardım

Gün vurma – günəş şüalarının uzun müddət ərzində orqanizmə təsiri nəticəsində baş verir. Gün vurma əksər hallarda, başı açıq şəkildə xeyli müddət ərzində gün altında qaldıqda baş verir.

Belə hallarda gün şüalarının təsiri nəticəsində baş beyinə qan axını artır və beyinin qan dövranı pozulur. Bu zaman zərərçəkəndə zəiflik, ürəkbulanma, başgicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, üşütmə, ürək bulanması və qusma, temperaturun 400C və daha artıq dərəcəyə yüksəlməsi kimi əlamətlər qeyd edlir. Ağır hallarda qıcolmalar və huşun itirilməsi də ola bilər. Bəzi hallarda bu əlamətlər dərhal, bəzi hallarda isə açıq günəş altında qaldıqdan bir neçə saat sonra evə gəldikdə baş verir.

Gün vurmanın ilkin əlamətləri qeyd edilən kimi zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır (başı bədənindən yuxarıda olmalıdır!).

Zərərçəkənə soyuq su verin, üzünü və sinəsini soyuq su ilə silin. Başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün olmadıqda soyuq su ilə kompress qoyun. Bu zaman əl və ayaqlara xardal kağızı da qoymaq olar. Daha bir üsul – paltarını soyundurub zərərçəkəni soyuq suda isladılmış parçaya bükün, başına buz qoyun. Zərərçəkənin temperaturu normaya çatdıqda onu quru parçaya və ya dəsmala bükün.
Ardı →

Öd daşı xəstəliyi tutması. Nə etmək lazımdır?!

Öd daşı xəstəliyinin tutması özünü çox güclü kəsici ağrılarla büruzə verir.

Adətən tutma qəfildən bir çox hallarda yağlı və kəskin qidaların qəbulundan, güclü fiziki gərginlikdən, stressdən, nəqliyyatda silkələnmədən sonra başlayır. Xəstədə ürəkbulanması, gəyirmə və hətta qusma ola bilər. Əvvəl ağrı sağ qabırğaaltı hissəsində, qarının yuxarı hissəsində başlayır. Bəzən ağrılar sağ çiyinə, boyunun sağ hissəsinə, sağ kürəyə yayılır, Təxminən yarım saatdan sonra ağrı maksimuma çatır, dözülməz olur, bəzən xəstədə titrəmə, hərarətin qalxması müşahidə edilir.

Bu səbəbdən əgər sizdə və ya sizin yaxınlarınızda bu xəstəlik varsa (buna diaqnoz qoyulubsa) bu maqaləni mütləq oxuyun ki, lazım olan anda özünüzü itirməyəsiniz.

Nəzərinizə çatdıraq ki, qarında olan ağrılar müxtəlif və bəzən çox ağır xəstəliklərin əlaməti ola bilər. Bu səbəbdən özünüzə müstəqil şəkildə «diaqnoz» qoymayın və özünüz özünüzü «müalicə» etməyin.
Ardı →

Yanıq zamanı edə biləcəyiniz ilk tədbir

Gündəlik həyatda insanın başına gələ biləcək və enə çox qarşılaşılan qəzalardan biri yanıqdır. Hər hansı bir məlhəm tətbiqdən əvvəl, bir neçə təklifə nəzər salın.

Yanıq meydana gəldiyi an edilməsi lazım olan ilk tədbir, istilənmiş olan dərini soyudaraq ağrınıazaltmaqdır. 15-20 dəqiqə yanmış hissə üzərinə soyuq su tətbiq edin. Yanıq bir az daha ciddi isə, 10 dəqiqəlik buz kompresleri tətbiq edə bilərsiniz.

Bir sonrakı addım yanmış sahəsni dezinfeksiya edib ağrını aradan qaldırmaq üçün, bir anti-inflamatuar və anti-bakteriyel topikal dərman tətbiq etməkdir.

Aloe Vera

Aloe vera kiçik yanıqlar və kəsiklərdə  hər cür tropik müalicə üçün əsrlərdir istifadə edilməkdədir. İltihabı azaldaraq, ağrını azaldan xüsusiyyətlərə malikdir.


Ardı →

Ürəyin xarici masajı

Ürəyin xarici (qapalı) masajını icra etmək üçün süni tənəffüs verilməsində olduğu kimi, xəstə üzüyuxarı olmaqla, düz və bərk səth üzərində (döşəmə, stol, torpaq və s.) uzadılmalıdır.

Hər zaman süni tənəffüsdən başlamaq şərti ilə, zərərçəkənə süni tənəffüs verilməsi ürəyin xarici (qapalı) masajı ilə növbələşdirilməlidir. Hətta yardım göstərən 2 nəfər olduqda da, əvvəlcə biri süni tənəffüs verir, sonra isə digəri ürəyin xarici masajını icra edir.

Ürəyin dayanmasına tam əmin olmadığınız halda, heç zaman ürəyin masajına başlamayın — əks halda bu, insanın sağlamlığı və hətta həyatı üçün də ağır fəsadlara səbəb ola bilər! Ürəyin masajını etməmişdən qabaq zərərçəkənin ayaqlarını bir qədər yuxarı qaldırmaq lazımdır.
Ardı →

İlan sancmaları zamanı ilk tibbi yardım

ilan sancmalarıİlan sancmaları üçün xarakterik əlamət 1-2 qanayan nöqtədən ibarət olan yara və güclü ağrının olmasıdır. Sancma yerində dəri qızarır, şişkinləşir, göyərmələr yaranır.

Zərərçəkəndə ürəkbulanma, qusma, soyuq tər, nəfəsalmanın çətinləşməsi, yuxululuq qeyd olunur. Dərhal “təcili yardım” çağırın!

“Təcili yardım” gələnə qədər: 

— Zərərçəkəni təcili halda, ayaqları bir qədər yuxarı olmaqla uzadın və tam sakitlik təmin edin. Zərərçəkən heç bir halda hərəkət etməməlidir. “Təcili yardım” maşınına qədər onu xərəkdə aparmaq lazımdır! 

— İmkan olduqda sancmadan sonrakı ilk 10 dəqiqə ərzində yaradan zəhəri sıxıb çıxarmağa çalışmaq lazımdır. Bunun üçün yara sahəsində dərini elə sıxın ki, oradan bir neçə damcı maye çıxsın.


Ardı →

Ən cox rast gəlinən sağlamlıq problemlərinin təbii üsullarla mülacəsi

Qarşılaşdığınız bəzi sağlamlıq problemlər avr ki, onaların sağalması üçün dərhal həkimə ya da əczaxanaya tələsmək lazım deyil. Ağız qoxusu, öskürək, ishal, burun tıxanmaları, qrip, yuxusuzluq, civzələr və s. narahatlıqlar təbii üsullarla ev şəraitində də həll oluna bilər.

Ağız qoxusu. Əhəmiyyətli bir yığıncaq əsnasında ya da sevdiyiniz adamla baş-başa olduğunuzda, xoşagəlməz hal hesab olunur. Bu baxımdan xeyirli bakteriyalardan ibarət olan «Probiotik» məhsullardan istifadə pis bakteriyalarla mübarizə apararaq ağız qoxusunu azaldır.

Öskürək. Soyuqdəymə səbəbiylə meydana gələn öskürəyə qarşı bal mükkəmməl bir dərman hesab olunur. Boğazdan keçərkən öskürəyin verdiyi ağrını yüngülləşdirir və sinəni yumşaldır.

İshal. Bu xəstəliyə tutulmuş insanların gündəlik həyatlarına təsir edən və vaxtsız qarşılaşan bir problemdir. Bu problemin həllində banan meyvəsini yeməyin də faydalı olduğu bildirilir. 

Burun tıxanmaları. Bu cür problemi olan kəslərə çörək otunu bir qab suyun içində isidib təkrar qurutmaları tövsiyyə olunur. Qurudulan çörək otlarını toz halına gətirdikdən sonra buruna çəkməyin burunda olan tıxanmalara təsir göstərdiyi bildirilir.

Qrip. Qripə qarşı qara bibəri, limonu, zəncəfili qarışdırmaqla öskürəyə və qripə təsirli təbii eliksir hazırlamaq olar.

Yuxusuzluq. Sakitləşdirici çayların, xüsusilə çobanyastığı çayının rahat bir yuxu yatmağınıza  kömək etdiyi bildirilir.

Civzələr. Sızanaqlar, civzələr yalnız yetkinlikdə qarşılaşılan bir problem deyil. Bir çox qadın bu problemdən əziyyət çəkməkdədir. Bu problemi həll edən faydalı məhsullardan əlavə çay ağacının yağının  da civzələrə kömək etdiyi bildirilir.


Davamı →