Рейтинг
+18.66

Tibbi yardım

27 üzv, 76 topik

Beyin-damar problemlərində tibbi yardım

İNSULT («beyin zərbəsi») — beyni qanla təchiz edən arteriyalar sistemində kəskin qan dövranı pozğunluğu. Çox vaxt insulta səbəb beyin damarlarının aterosklerozu və arterial hipertoniyadır. İnsult, adətən, iti inkişaf edir, bərk baş ağrısı, baş gicəllənməsi, qusma baş verir, şüur itirilir. Ayrı-ayrı nevroloji pozğunluq ocaqları (sifətin asimmetriyası, nitq pozğunluğu, parezlər, ətrafların iflici) əmələ gəlir. Geniş inkişaf etmiş insultlar komatoz vəziyyətin inkişafı (beyin koması) ilə müşayiət olunur.
Kəskin insulta məruz olmuş xəstə üçün tam rahatlıq təmin edilməli və təcili surətdə həkim çağırılmalıdır. Həkimin təyin etməsi üzrə xəstəyə beyin qan dövranını yaxşılaşdırıcı dərmanlar: eufillin, maqnezium-sulfat, papaverin yeridilir.
KOLLAPS — arterial təzyiqin kəskin surətdə aşağı düşməsi və periferik qan dövranının kobud pozğunluğu ilə fərqlənən iti damar çatışmazlığı. Kollaps əksəriyyətlə çoxlu qan itirilməsi, travmalar, miokard infarktı, zəhərlənmələr, kəskin infeksiyalar və s. hallarda inkişaf edərək, ən təhlükəli mürəkkəbləşmələrdən, bəlkə də xəstənin ölməsinin vasitəsiz səbəblərindən biridir.
Ardı →

Ürək problemləri

ÜRƏKGETMƏ — beynin, adətən, qısa müddət huşu itirmə ilə müşayiət olunan qəfləti anemiyası. Bu hal ürək-damar sisteminin müxtəlif xəstəlikləri, müxtəlif xarici təsirlər, məsələn, iti ağrılar olduqda və ya ağrı törədici proseduralar keçirildikdə, qan gördükdə, bərk həyəcanlanma zamanı və otaqda boğanaqlıq olduqda əmələ gələn qorxu nəticəsində baş verə bilər. Çox vaxt yorğun, ac və yoluxucu xəstəlik keçirmiş şəxslərdə baş verir. Özündəngetmə zamanı huşun itirilməsindən qabaq birdən-birə zəiflik, vəziyyətin pisləşməsi, baş gicəllənmə, gözə qaranlıq çökməsi və ya gözün qabağında bəlirmə, əl-ayağın keyləşməsi hiss olunur.


Ardı →

Astma və boğulma

Bronxial astma (nəfəs darlığı) — bronxların spazmı və onların selikli qişasının ödemi ilə əlaqədar təngnəfəslik tutmaları ilə müşayiət olunan allergiya xəstəliyidir. Xəstəlik sutkanın hər hansı vaxtında birdən-birə baş verərək, tənəffüsün və başlıca olaraq nəfəsvermənin çətinləşməsi, müəyyən məsafədən eşidilən fışıltı və xırıltılı qollarını pəncərə altlığına və ya çarpayıya, stul arxasına söykəyərək və s. vəziyyətdə oturmağa və ayaqüstə qalmağa məcbur olur. Təngnəfəslik tutması bir neçə dəqiqədən bir neçə saata qədər çəkir, çox ağırlaşdıqda astmatik vəziyyət inkişaf edir və ya tutmalar qısa fasilələrlə bir-birinin ardınca olur.


Davamı →

Döş ağrıları

Döşdə bərk ağrı əmələ gəlməsi stenokardiya, miokard infarktı və s. kimi dəhşətli xəstəliklərin simptomudur. Buna görə də belə ağrılar baş verdiyi zaman təxirə salınmadan yardım göstərilməlidir.
Döş inağı (stenokardiya) — döş sümüyü arxasında və ya ondan sol tərəfdə fiziki yüklənmə nəticəsində (gərginlik stenokardiyası) baş verən sıxıcı ağrı tutması. Ağrı, adətən, bir neçə dəqiqə davam edir və nitroqliserin qəbul edildikdə kəsilir. Qeyd etməliyik ki, stenokardiya diaqnozu xəstənin şikayətlərinə əsasən qoyulur, çünki bir çox hallarda aşkar etmək mümkün olmur.


Ardı →

Komatoz vəziyyət

Komatoz vəziyyət (koma) — reflekslərin və xaricin təsirlərə qarşı reaksiyanın olmaması ilə birlikdə dərin şüur pozğunluğu. Patogenezdə beyin qan dövranının pozulması və beyin toxumalarının toksik zədələnməsi əsas rol oynayır. Koma beyin qan dövranının kəskin pozğunluqları, şəkər diabeti, xronik nefrit, artan qara ciyər çatışmazlığı, zəhərlərlə ağır zəhərlənmə və s. zamanı müşahidə olunur.
Xəstədən anamnez məlumatı almaq mümkün olmadıqda koma halında olan xəstənin müayinə edilməsi çox çətinləşir.


Ardı →

Reanimasiya

Reanimasiya (diriltmə) orqanizmin həyat fəaliyyətinin bərpa edilməsinə və onun terminal (bioloji ölümə yaxın) vəziyyətdən çıxarılmasına yönəldilmiş tədbirlər sistemi. Terminal vəziyyətə aqoniya ərəfəsi dövrü, aqoniya (canvermə) dövrü və klinik ölüm aiddir.
Aqoniya ərəfəsi dövr xəstənin son dərəcə ağır vəziyyətdə olması, tənəffüsün, qan dövranının və orqanizmin həyat üçün əhəmiyyətli digər funksiyalarının kobud pozğunluğu ilə xarakterizə olunur. Onun davamiyyəti və klinik mənzərəsinin xüsusiyyətləri xeyli dərəcədə əsas xəstəliyin xarakterindən asılıdır.


Ardı →