Рейтинг
+18.66

Tibbi yardım

27 üzv, 76 topik

Nəbzin itməsi zamanı ilk tibbi yardım.

İnsan şüursuz haldadır.Soruşun:«Halınız pisdir?»
1.Havanın gəlməsinə imkan yaradın.
Xəstəni arxası üstə uzandırın.Xəstənin başını arxa tərəfə yönəldib,alt çənəsini qaldırın.Əmin olun ki,xəstənin ağız boşluğu boşdur və dili tənəffüsə mane olmur.Xəstənin tənəffüsünə baxın,qulaq asın,hiss edin.Əgər tənəffüs yoxdursa və ya tənəffüsün olmasına şübhəniz varsa,süni tənəffüs verməyə başlayın(ağızdan ağıza).Boynun və ya kürəyin zədələnməsindən şübhəniz varsa,başı tərpətmədən açıq alt çənəni qaldırın.
2. iki dəfə asta-asta tam dərin nəfəs verin.
Zərərçəkmişin burnunu sıxıb tutun,alt çənəsini qaldırın,başını arxaya yönəldin.Dərindən nəfəs alıb ağzınızı zərəçəkmişin ağzına qısın,iki dəfə tam nəfəs verin(hər dəfə 1-1.5 saniyə) .Verdiyiniz nəfəsdən döş qəfəsi qalxıb enməlidir.
Davamı →

Qanaxmalar zamanı ilk yardım

Bədbəxt hadisələr nəticəsində qanaxmalar əmələ gəlir.

Belə hadisələr istehsalatda, məişətdə, nəqliyyatda, idman meydançalarında və. S baş verə bilər. Bütün zədələnmələr arasında əsas yeri uşaq zədələnmələri tutur ki, bu da daha çox uşaqların nəzarətsiz qalıqları üçün olur.


Ardı →

Qıcolmalar zamanı ilk yardım

Qıcolmalar – bədən əzələlərinin nəzarətsiz tutma şəklində yığılmasıdır. Bəs, qıcolma tutması hansı şəkildə baş verir?

Belə ki, bu zaman insan birdən-birə bir neçə saniyə ərzində sanki donub qalır, sonra göz qapaqları bağlanır və o yıxılır, daha sonra isə ətraf əzələləri yığılmağa başlayır. Bəzi hallarda isə əksinə olaraq insanın bədəni mil kimi dartılaraq gərginləşir. Adətən xəstənin ağzından xeyli köpük xaric olur, bəzən isə qusma da baş verir. Qıcolma tutmasının sonunda qeyri-ixtiyari sidik ifrazı da ola bilər. Qıcolma tutması xəstənin yuxuya getməsi ilə başa çatır. Yuxu bir neçə dəqiqədən bir günə qədər davam edə bilir. Bəzən xəstə özünə gəldikdən sonra özünü qeyri-adi aparır – buna da hazır olmaq lazımdır!

Kiçik uşaqlarda qıcolma tutmasının formalarından biri — huşun itirilməsi, bayılma, kəskin şəkildə əzginlik kimi əlamətlərlə meydana çıxır ki, bu zaman uşaq birdən-birə yumşalır və ətrafdakı hadisələrə heç bir reaksiya vermir.

Qıcolmaların ən böyük təhlükəsi ondan ibarətdir ki, bu zaman dilin qatlanması və ya qusuntu kütləsinin tənəffüs yoluna düşməsi tənəffüsün dayanmasına səbəb ola bilər. Tənəffüsün dayanmasının profilaktikası üçün, xəstəni sadəcə olaraq böyür üstə uzatmaq lazımdır. Zərərçəkənin ağzından onun dilini zorla çıxarmağa cəht etməyin!

Qıcolmalar həm böyüklərdə həm də uşaqlarda təsadüf edilə bilər.
Ardı →

Heyvan dişləmələri zamanı ilk tibbi yardım

İnsanların istənilən istiqanlı heyvanlar (it, pişik, siçovul, tülkü, canavar və s.) tərəfindən dişlənməsi zamanı əsas təhlükə onların quduzluq virusu ilə yoluxmasıdır!

Quduzluq – istənilən məməli heyvanların ağız şirəsi ilə insana keçən təhlükəli infeksion xəstəlikdir. Əgər insanı quduz heyvan dişləyərsə, xüsusi müalicə sxemi tətbiq edilmədiyi halda onu 100% hallarda ölüm gözləyir!!! Bu hal uşaqda baş verdikdə onun həlak olması daha qısa müddət ərzində baş verir!

Buna görə də hər hansı heyvan dişləməsi zamanı ən əsas vəzifə “təcili yardım” çağırmaq və zərərçəkmiş insanı travmatoloji məntəqəyə çatdırmaqdır! Tibb işçiləri tərəfindən müayinəyə qədər isə zərərçəkənə mütləq ilk tibbi yardım göstərmək lazımdır.


Ardı →

Süni tənəffüs

Tənəffüsün dayanması zamanı xəstə huşsuz vəziyyətdə olur, döş qəfəsi hərəkət etmir, dəri və dodaqlar göyərir. Zərərçəkən şəxsin tənəffüsü dayanarsa, qanı oksigenlə təmin etmək üçün dərhal ona süni tənəffüs verməyə başlamaq lazımdır. Əgər bu zaman ürək fəaliyyəti də dayanarsa, zərərçəkənə süni tənəffüs ilə yanaşı, ürəyi yenidən işləməyə vadar etmək üçün ürəyin xarici (qapalı) masajı adlanan reanimasiya üsulundan da istifadə etmək lazımdır. Reanimasiyanı hər zaman süni tənəffüs hərəkətlərindən başlamaq lazımdır! 

Süni tənəffüs hərəkətlərini yerinə yetirmək üçün:

1.
 Zərərçəkəni üzüyuxarı olmaqla düz səthin üzərinə (stol, döşəmə, torpaq və s.) uzatmaq, geriyə qatlanaraq tənəffüs yolunu tutmaqla boğulmaya səbəb olmaması üçün dilini xaricə çıxarmaq lazımdır. Döş qəfəsinin bir qədər hündürdə olması üçün zərərçəkənin kürəklərinin altına bükülmüş paltar qoyurlar.


Ardı →

Dəm qazı ilə zəhərlənmə zamanı ilk yardım

Əfsuslar olsun ki, dəm qazı ilə zəhərlənmə yaşadığımız dövrdə tez-tez rast gəlinən bədbəxt hadisələrdəndir. Bu bədbəxtlikdən qurtulmaq üçün ilk növbədə bütün yollarla onun qarşısını almaq lazımdır.

Bunun üçün isə evlərdə təhlükəli qaz sobalarından istifadə etməmək, qaz kolonkası yanarkən uşağı uzun müddət hamam otağında tək qoymamaq və s. bu kimi qoruyucu tədbirlər yerinə yetirilməlidir!

Bəs dəm qazı ilə zəhərlənməni necə müəyyən etmək olar? Dəm qazı ilə yüngül zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə zamanı isə qıcolmalar, huşun uzun müddət itirilməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir. Yadda saxlamaq lazımdır ki, kiçik yaşlı uşaqlar az miqdarda dəm qazından hətta həyatlarını itirə bilərlər!


Ardı →

Yanıq zamanı edə biləcəyiniz ilk tədbir

Gündəlik həyatda insanın başına gələ biləcək və enə çox qarşılaşılan qəzalardan biri yanıqdır. Hər hansı bir məlhəm tətbiqdən əvvəl, bir neçə təklifə nəzər salın.

Yanıq meydana gəldiyi an edilməsi lazım olan ilk tədbir, istilənmiş olan dərini soyudaraq ağrınıazaltmaqdır. 15-20 dəqiqə yanmış hissə üzərinə soyuq su tətbiq edin. Yanıq bir az daha ciddi isə, 10 dəqiqəlik buz kompresleri tətbiq edə bilərsiniz.

Bir sonrakı addım yanmış sahəsni dezinfeksiya edib ağrını aradan qaldırmaq üçün, bir anti-inflamatuar və anti-bakteriyel topikal dərman tətbiq etməkdir.

Aloe Vera

Aloe vera kiçik yanıqlar və kəsiklərdə  hər cür tropik müalicə üçün əsrlərdir istifadə edilməkdədir. İltihabı azaldaraq, ağrını azaldan xüsusiyyətlərə malikdir.


Ardı →

Soyuqdəymə zamanı ilk yardım

soyuqdəyməQış aylarında biz tez-tez kəskin respirator xəstəliklərinə (KRX və ya KRVİ) tutuluruq. El arasında bu xəstəlkləri «soyuqdəymə» adlandırırlar.

Bu çox dəqiq addır. Məsələ burasındadır ki, soyuq hava insan orqanizminin müdafiə imkanlarını kəskin azaldır. Nəticədə selikli qişalarımızda yaşayan və adi vaxtlar bizim üçün nisbətən ziyansız olan müxtəlif zərərli mikroblar kosmik sürətlə çoxalmağa başlayır və insan xəstələnə bilər.

Təbii ki, soyuqdəymə xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha yaxşıdır. Bunun üçün insan öz immun sistemini hər zaman «döyüşə» hazır vəziyyətdə saxlamalıdır. Bu işdə düzgün və xeyirli qidalanma, kifayət qədər yuxu və istirahət, fiziki aktivlik, vitamin-mineral komplekslərin qəbulu (həkimin təyini ilə!) sizə kömək edəcək. İmmuniteti zəiflədən əsas amillərdən biri də stresdir. Bu səbəbdən stresdən uzaq olmağa çalışın.

Əgər profilaktik tədbirlərə baxmayaraq siz özünüzdə xəstəliyin ilkin əlamətlərini hiss etmisinizsə, vaxt itirmədən aşağıda sadaladığımız tədbirlərə başlayın:


Ardı →

Həşərat dişləmələri zamanı ilk yardım

Ağcaqanad dişləməsi insana böyük zərər verə bilməz. Ancaq onlar kiçik yaşlı uşaqlar üçün, xüsusən də dişləmələrin sayı çox olduqda böyük zərər vura bilərlər.

Uşaqda xoşagəlməz hissiyyatı azaltmaq üçün dişləmə yerinə çay sodası məhlulunda (1 stəkan suya 1 çay qaşığı çay sodası olmaqla) isladılmış parça qoymaq lazımdır.
Bu məqsədlə, su ilə bərabər nisbətdə qarışdırılan araqdan və ya nanə dəmləməsindən (onu qaynadılmış isti suda dəmləyərək islatma şəklində dişlənmə yerinə qoyurlar) də istifadə etmək olar. Əgər dişlənən yer xeyli şişərsə və qaşınarsa, uşağa yaşına uyğun dozada antihistamin preparatlarından birini (klaritin, suprastin və s.) vermək və həmin yerə brilyant yaşılı (“zelyonka”) sürtmək məsləhət görülür. Bu məqsədlə apteklərdən xüsusi aerozollar da almaq olar.


Ardı →