Burada və İndi...

Təsəvvürünə gətir ki, bir bank var və bu bank hər gün sənin hesabına 86400 manat pul köçürür. Lakin bu bank günün axırına qalan qalığı saxlamır. Belə ki, hər gecə bank sənin istifadə etmədiyin pulun qalığını sıfırlayır.
Bu zaman sən nə edərsən? Əlbəttə ki, sən hər gün pulu son qalığına qədər götürüb xərcləyəcəksən ki, qalan pulun sıfırlanmasın.
Unutmayın, bizim hər birimizin bu bankda hesabı var. Onun adı Zamandır.
Hər səhər bu bank sənə 86400 saniyə vaxt ayırır. Hər gecə bu məlumatları silir və baxır, sən bu investisiyanı hansı məqsədlər üçün istifadə etmisən.
Bu bank pulu saxlamır və onu digər hesablara köçürməyə də icazə vermir. Hər gün yeni hesab açılır və hər gecə də hesabın sıfırlanır. Əgər sən bu hesabdan lazımınca istifadə edə bilmirsənsə onda günahkar yalnız özünsən.
zamanBiz keçmişə qayıda bilmərik və yaxud gələcəyə kredit ala bilmərik. Sən bu gün sənə verilən gerçəklə yaşamalısan. Deməli həmin gün elə investisiya etməlisən ki, həm böyük sağlamlığa, həm xoşbəxtliyə, həm də uğura nail ola biləsən. Saatın əqrəbi daim olanları qeydə alır. Gün ərzində maksimuma nail olmağa çalış.

- İli layiqincə qiymətləndirməyi 1 təhsil ilini itirmiş tələbədən öyrən...

- Ayın dəyərini bilmək istəyirsənsə bu barədə erkən doğum yapmış anadan soruş...

- Həftənin dəyərini bilməyi həftəlik jurnal redaktə edən redaktordan soruş...

- Saatın dəyərini görüş saatını gözləyən sevgililərdən öyrən...

- Dəqiqənin dəyərini qatara gecikən adamdan öyrən...

- Saniyənin dəyərini elə indicə qəzadan xilas olmuş insandan soruş...

- Minlərlə saniyəni layiqincə qiymətləndirməyi isə Olimpiya oyunlarında qalib gəlmiş atletdən öyrən...

Yaşadığın hər anı layiqincə dəyərləndir və ona bütün dəyərli vaxtını həsr edə biləcəyin insanla xüsusi diqqət ayır.

VƏ UNUTMA ZAMAN HEÇ KİMİ GÖZLƏMİR...


Tərcümə: Rzayeva Nailə

12 şərh

Leyla
teqlərdə zaman yazsaydınız daha yaxşı olardı.Mən bu məqaləni axtaranda heç vaxt insan sözü ilə axtarmayacam.
Şəkilin həcmi böyükdür,özü də mətndən əvvəl verilməsi o qədər yaxşı deyil.
Minlərlə saniyəni layiqincə qiymətləndirməyi məncə saniyənin mində biri olmalıdır.
Başqa heç bir irad yoxdur,çox maraqlı yazıdır.
Nailə_Rzayeva
Leyla xanım, gələn dəfə çalışarıq iradlarınızı nəzərə alaq. O ki, qaldı Saniyənin mində biri tamam başqadır, minlərlə saniyə isə tamam başqa, bu iradınızı qəbul etmirəm. Oxuduğunuz üçün təşəkkürlər…
Aynur
Məqalənin adı dəyişilsəydi daha yaxşı olardı.
Nailə_Rzayeva
Aynur xanım, bu məqalə mənə aid deyil, bir rus psixoloqunun yazdığı məqalədir tərcümə etmişəm, ona görə də adını dəyişmək iqtidarında deyiləm…
fidan
Nədir tutmusuz tənqidə? Bəlkə siz birinci postları super yazmışdınız? Sizə nə qədər köməklik olunub?
mənasız məqalələri heç nə demirsiz,amma bu cür maraqlı postu bəyənmirsiz.
Nailə,postu http://kayzen.az/blog/time-management/ bloquna köçürt.
Nailə_Rzayeva
Təşəkkürlər, Fidan…
kiber
Maraqlı idi. Təşəkkürlər.
Raskolnikov
Çox gözəl yazıdır. Dəyərləndirmək lazımdır...Nailə xanım bu haqda yeni mövzularınızı gözləyirik.
Ferbara
Adını unutduğum bir şərq alimi demişdir: İnsanlar 10-larla qızıllarının itdiyinə görə çox üzülürlər, ancaq ondan qat-qat dəyərli olan zamanlarının boşa getdiyinə əhəmiyyət vermirlər.
burla xatun
Bu an:
— 165 235 barrel neft istehlak olunur.
— 360 dəfə ildırım çaxır.
— 190-ı iradə xəricində olmaqla 380 qadın hamilə qalır.
— 113 nəfəri aclıq həddində, 15-i əlil olmaqla 250 körpə dünyaya gəlir.
— 9 nəfər HİV virusuna yoluxur.
— 18 nəfəri aclıqdan olmaqla 107 nəfər ölür.
— 1 qadın doğum vaxtı ölür.
— 40 qadın əlverişsiz şəraitdə abort olur.
Medikamentoz
Maraqlı statistikadır.
Qını
gözəl tərcümə alınıb, təşəkkürlər sizə