Рейтинг
+37.27

Time-management (zamanı idarə etmək)

33 üzv, 18 topik

Vaxt bölgüsü

“İşlərimi yenə görüb başa çatdıra bilmədim” deyə heyifsilənirsinizmi? Bilirsinizmi, bunun səbəbi nədir?
— Vaxtı düzgün bölməmək. İş yerində çoxumuz günün sonunda bu mənzərə ilə rastlaşırıq.

Hesab edirik ki, aşağıdakı təkliflərə əməl etməklə qismən də olsa, vaxt azlığının, işlərin yarımçıq qalmamasının çarəsini tapmaq olar:

Əvvəlcə, bir işi bitirin, sonra başqa işə keçin. Eyni vaxtda iki-üç işi görməyə çalışmayın. Bir işi tam görüb qurtarmaqdan ötrü həmin işin əvvəlcədən planını qursanız, daha effektli olar. 

Görəcəyiniz işi təxirə salmayın. Təxirəsalma məsələsini lazım olan zamanlar üçün saxlayın. 2 həftə ərzində bitməsi vacib olan layihəniz varsa, ən azı 3 gün içində həmin işin ilk hissəsini yerinə yetirin. Bir neçə gündə birinci hissəni bitirib, ikinci hissəyə keçin.

İşi görəndən sonra qiymətləndirmə üçün vaxt ayırın, bir problem olub-olmadığını dönə-dönə yoxlayın. Əmin olun ki, bu sizin gələcək karyeranıza müsbət təsir göstərərək daha uğurlu nəticələr əldə etməyinizə təkan verəcək.


Davamı →

Su kimi axıb gedən zaman

Zaman biz insanlar üçün ən əhəmiyyətli anlayışdır. Əhəmiyyətli olduğu qədər məhsuldar istifadə edilə bilməsi onun dəyərini artırır. Ancaq tez-tez zamanı yaxşı qiymətləndirə bilmədiyimiz üçün onun «su kimi axıb getdiyi»ndən dəm vurarıq… Budur, sizə «zamanın su kimi axıb getməməsi» üçün 15 tövsiyə…

Zamanın su kimi axıb getməsi mövzusu dost-tanış söhbətlərinin əsas gündəm maddəsidir. İstər çalışan insanlar olsun, istər ev xanımları, fərq etməz, hər kəsdə bir işi tamamlaya bilməmə, zamanı işə çatdıra bilməmə problemi baş alıb gedir.
Əgər zamanın su kimi axıb getməsini istəmirsinizsə, edəcəyiniz bəzi tədbirlərlə bunun qarşısını ala bilərsiniz.

1. Əvvəlcə əlinizə kağız-qələm alın və düşünməyə başlayın. Əvvəl həftə boyunca, daha sonra gün boyunca zamanınızı ən çox harada xərclədiyinizi anlamağa çalışın. Bütün həftə ərzində nə etdim? Günləri tək-tək düşünün, hansı gün nə etdiyiniz haqda fikirləşin.

Bunları edərkən "Əsl etmək istədiklərim bunlar idimi? Keçən həftə boyunca etmək istədiyim hansı əhəmiyyətli işləri heç cür edə bilmədim?" kimi suallar əsasında siyahı hazırlayın. Kağızın bir üzü «Etmək istədiklərim, amma edə bilmədiklərim», ikinci üzü «Etdiklərim və edərkən gərəksiz yerə zaman xərclədiklərim» şəklində olsun. Gözünüzlə zamanın nələrə getdiyini gördükdə zamanı idarə etməyə olan həvəsiniz artacaq.

2. İşləyən və ya ev xanımı olmağınızın fərqi yoxdur, hər gün üçün etməli olduqlarınızın siyahısını hazırlayın. Amma siyahınız məqbul siyahı olsun. Edə biləcəyinizdən çoxunu yazıb siyahının gerisində qalmaqdansa, həddindən artıq ideal olmayan, amma məqbul bir siyahıyla başlayın yeni günə. Və hər axşam siyahınızın nə qədərini yerinə yetirdiyinizə nəzarət edin. Edə bilmədikləriniz haqqında düşünün.

«Niyə edə bilmədim? Səbəbi nədir? Araya girən hesablamadığım detallardırmı?» Əgər nəzərə almadığınız detallar hər axşam diqqətinizi çəkirsə, demək, planınız olmayan işlərə çox zaman ayırırsınız. Ani gələn təkliflər, başqa insanların xahişləri və s. kimi. Bu vəziyyətdə bəzilərinə «Yox» deməyə başlamağınız lazımdır. Məsələn, ev təmizliyinə başlayırsınız, bu zaman rəfiqəniz zəng etdi, «Gəl çay içək» dedi. «Bu gün olmaz, işə başladım, sabah gələrəm» deyin və sabahkı siyahınıza rəfiqənizlə çay içməyi də əlavə edərək gününüzü planlayın.


Ardı →

Zaman sağaltmır....

Bəzən insanlar deyirlər ki, zaman ağrıları, acıları sağaldır. Xeyr… Zaman sağaltmır… Sağaldır — spirlti içkilər və təsadüfi tanışlıqlar, sağaldır — kimləsə  keçirilən saniyələr. Sağaldır — uzun küçələr, arxasında yorğun gözlərin görünmədiyi böyük eynəklər və şəkillər...

Ardı →

Biznesdə sizə vaxt qazandıracaq 5 məsləhət

Biznes sahibi, korporasiya rəhbəri və ya müstəqil professional olmağından asılı olmayaraq, müvəffəqiyyət qazanmaq vaxtını düzgün dəyərləndirmək deməkdir.

Səhv 1 : Əlavə vaxtdan düzgün istifadə etməmək
Hər hansı bir layihəni tez bitirmisən və ya işin bu həftə həmişəkindən yüngüldür. Əlavə qalan vaxtını cari müştərilərlə xərcləmək yerinə, yeni layihələr üzərində işləmək üçün sərf et. Əgər başqası üçün işləyirsənsə, vaxtını özünü daha da inkişaf etdirmək üçün istifadə et.

Səhv 2 : Xərclərini ödəyə biləcək adamlara vaxt sərf etmək
Vaxtını sənin haqqını qarşılamağı bacarmayan qeyri – kommersiya təşkilatlarına sərf et. Başlamazdan əvvəl layihəni öz portfelində istifadə edə biləcəyinə dair razılıq  al.

Sən bəzən öz böyük cəhdlərini cəmiyyətə çatdıra biləcək yüksək profilə sahib alıcılara da iş təklif edə bilərsən. Fakturanı tam qiymət ilə təqdim et və öz deduksiyanı güzəşt kimi qeyd et. Əmin ol ki, qeyri – müəyyən bir vəddən daha çoxunu əldə edəcəksən. 

Səhv 3 : Alıcıların sənin biznesini anladığını fərz etmək
Variantlar haqda ətraflı məlumat ver. “Budur, 250 dollarlıq vebsayt belə olur, 2500 dollarlıq vebsayt isə belə olur”. Alıcılar sənin xidmətinə yeni qoşulduqda, davamlı məzənnələr haqda onların nadir hallarda xəbərləri olur. Onlar başa düşə bilməzlər ki, sən mükafat əldə etmisən və buna sevinirsən.


Ardı →

Siz vaxtı idarə edirsiniz, yoxsa vaxt sizi?

Ətrafımızda vaxt məhdudiyyətindən şikayət edən həmkarlarımızla tez-tez raslaşırıq. Siz də vaxtın azlığından şikayət edirsiniz və ya zamanınızı yaxşı proqramlaşdıra bilmədiyiniz üçün görüləcək işlər qarşısında aciz qalırsınız? Cavabınız 100 % “hə”dirsə deməli vaxtınızı effektiv idarə etmirsiniz.Əslində zaman əvəzsiz resursdur. Bu resursu necə istifadə etmək isə öz əlimizdədir.


Ardı →

İmtahanda vaxtın düzgün istifadəsi

İmtahana hazırlaşan bir çox tələbə və ya şagird vaxtla bağlı problemlər yaşadıqlarını qeyd edirlər.  Bəziləri hansısa bir sualı cavablandırarkən kifayət qədər vaxtının qalmadığını, bəziləri isə ümumiyyətlə, müəyyən sualları cavablandırmaq üçün vaxt çatdırmadıqlarını söyləyirlər. İlk növbədə, imtahan gedərkən qarşımıza qoyacağınız ilk məqsəd “bütün sualları oxuya bilmək” olmalıdır. Çünki oxumağa vaxt çatdırmadığınız suallar arasında cavablandıra biləcəyiniz  bir sual olduğunu gördükdə bu sizi kədərləndirə bilər.

İmtahana ən yaxşı bildiyiniz fənndən başlamağınız tövsiyə olunur.  Eyni zamanda, bu fənn həm də sizə ən yüksək bal verəcək fənnlərdən biri olmalıdır, çünki bunun 2 müsbət tərəfi var: ilk növbədə, bu sizin ən yaxşı bildiyiniz fənn olduğu üçün ardıcıl olaraq sualları heç bir tərəddüd etmədən cavblandırmaq sizin əhvalınızı yüksəldəcək. İkincisi, əgər sizdən asılı olmayan səbəblərə görə imtahanı yarımçıq tərk etməli olsanız, bu zaman yekun balınızın nisbətən yüksək olacağına ehtimal yaranır.

Zamandan düzgün istifadə etmək keçən hər bir dəqiqənin fərqində olmaq və hər dəqiqədən mümkün qədər yararlanmaq deməkdir. Özünüzlə imtahana bir saat aparın və onu imtahanın  davam etmə müddətinə uyğunlaşdırın. Bir imtahanda əsas məqsəd  vaxtı düzgün bölmək olduğu üçün imtahana saatla getmək mütləqdir. İmtahan nəzarətçisi sadəcə olaraq imtahanın başlama və bitmə vaxtını lövhədə yazır, lakin heç şübhəsiz, o, vaxtın axıb getməsinə sizin qədər həssas yanaşmır.  İmtahanın bitməsinə  nə qədər qaldığını bildirməsi isə sadəcə olaraq ümumi mənada xəbərdar etmək məqsədini güdür.


Ardı →

Saat heç vaxt ödünc verməz

“Saat heç vaxt ödünc verməz, günü dəyərləndirin. Bir ilin qiymətini anlamaq üçün sinifdə qalmış bir şagirddən soruşun. Bir ayın qiymətini uşağını erkən dünyaya gətirən anadan öyrənin. Bir həftənin qiymətini sizə həftəlik bir jurnalın redaktoru anladar. Bir günün qiymətini uşaqları aclıqdan qıvranan fəhlədən soruşun.
Bir saatın qiymətini bilmək üçün qovuşma anını gözləyən iki aşiqdən soruşun. Bir dəqiqənin əhəmiyyətini, qatara gecikən adamdan daha yaxşı kim bilər? Bir saniyənin qiymətini an fərqi ilə qəzadan xilas olandan soruşun. Saniyənin mində birinin dəyərini Olimpiya oyunlarından gümüş medalla qayıdan atletdən soruşun.
Davamı →

Gününüzü 25 saata çatdırmaq üçün zaman idarəetməsi

Həyatda uğur qazanmış,böyük işlərin öhdəsindən gəlmiş alimlərin, liderlərin, dahilərin də həftədə 168 saatı, gündə 24 saatı vardı. Bu kəslərin ortaq xüsusiyyəti, zamanlarını böyük bir ustalıqla idarə etmələri idi. Ədalətlə paylanan bu qaynağa hamımız bərabər müddətlərdə sahibik; ancaq fərqli şəkillərdə istifadə edirik. Kimimiz zamanını israf edərək başıboş keçirərkən, kimimiz isə məqsədyönlü çalışaraq zamanının hər anını faydalı bir şəkildə qiymətləndirir.


Ardı →