Рейтинг
+55.17

Turizm

51 üzv, 98 topik

Bakıda gəziləcək yerlər

Qarşıdan yay gəlir və bir çoxumuz artıq tətil planı hazırlamağa və bölgələrə getməyi planlamağa başlamışıq. Bəs yayı Bakıda keçirənlər üçün tətil planına daxil ediləcək yerlər varmı ?
Əlbəttəki var!
Davamı →

Kopenhagenin üzən adaları

Gəlin əvvəlcə ada konsepsiyasını müəyyənləşdirməklə başlayaq. Ada: “Dörd tərəfdən su ilə əhatə olunmuş bir torpaq sahəsi” olaraq təyin edilir. Bəs, üzən adalar nədir?
Üzən adaların elmi tərifi: Qalınlığı bir neçə santimetrdən bir neçə metrə çatan bataqlıq, palçıq və üzən su bitkilərindən ibarət bir kütlə kimi təyin olunur. Normal adadan onu fərqləndirən ən böyük xüsusiyyət, mövsümi suların yüksəlməsi halında qurudan ayrılıb suyun üzərində hərəkət etməsidir.

Davamı →

Dünyanın ən sirli yerləri

Qələbəlikdən və xaodan bezib, səssiz və rahat məkanlarda dincəlmək, eyni zamanda, yeni şeylər kəşf etmək istəyənlər üçün dünyanın ən az əhaliyə sahib 10 ölkəsinin siyahısını hazırladıq.
Nauru
Siyahının ilk pilləsində Nauru yer alır. Avstraliyanın şimal-şərqində yerləşən ölkənin 10 min əhalisi var. Nə qədər rahat və təbii məkanları olsa da, Naurunu turistik yer olduğunu söyləmək çox da doğru olmaz. Çünki ölkədə nəqliyyat problemi var.

Davamı →

Milli azlıq məsələsi

Bu gün uşaqlarımı bağçaya aparanda, bağçanın həyətində Sami bayrağının asıldığını gördüm və xatırladım ki, bu gün Norveçdə Sami xalq günüdür.
Samilər Kol yarmadasının aborigen sakinləri olan qədim xalqdırlar. Norveç, Rusiya, Finlandiya və İsveç ərazisində yaşayan bu azsaylı xalqın sayı 60-70 min civarındadır. Ondan da ən çoxu, yəni 40 minə yaxını Norveçdə yaşayır. Zaman-zaman bu xalqın nümayəndələri öz milli mənsubiyyətinə görə çox məhrumiyyətlər yaşasalar da, müasir Norveçdə onlara böyük sayqı və hörmət var.

Davamı →

Polşada ovçuluq, dindarlıq və rasizm

Bu günlərdə yayımlanmış Cavid Ramazanovun “Həqiqəti görmək niyə çətindir?” yazısından ilhamlanaraq və Polşada keçirdiyim bir illik təcrübəmə əsaslanaraq bu ölkə ilə bağlı bəzi qeydləri bölüşmək istəyirəm. Cavidin yazısında bəhs olunan əsəri hələ oxumasam da, haqqında danışılan regionda yaşamağım mənə ərazinin coğrafiyasına və insanlarına dair fikir sahibi olmağa əsas verir.
Tokarçukun əsərindəki hadisələrin cərəyan etdiyi yer – Kotlina Klodzkada da Polşanın digər bölgələrində olduğu kimi, ovçuluq geniş yayılıb. Yaxşı xəbər odur ki, “başı qaçmış qadın” nisbətən daha rahat ola bilər, çünki həmin ərazidə heyvanların kütləvi ovlanması artıq əvvəlki səviyyədə deyilmiş.

Davamı →

Dünyanın ən varlı kəndi

  • Turizm
Çinin Cianqsu əyalətində yerləşən bu kənd bəlkə də dünyanın ən maraqlı və qeyri-adi yerlərindən biridir. Huaxi kəndi sözün əsl mənasında yeganədir. Bura Çinin ən zəngin kəndi kimi tanınır. Təxminən 1500 nəfər əhalisi və 380 ailəsi olan bu kəndin tayı-bərabəri yoxdur. Kəndin bir çox gəlir mənbəyi var. Kəndin əmlakından əldə olunan gəlirin artığı kəndlilər arasında bölüşdürülür. Kənddəki hər ailəyə bir maşın verilib.

Davamı →

Təhlükəsiz istirahət vəd edən Afrika ölkələri

Afrika narahat və hətta təhlükəli qitə reputasiyası qazanıb və bu fikir də əsassız deyil. Lakin qitədə qayğısız istirahət etməyi və sivilizasiyadan əvvəlki bakirə təbiəti görməyi vəd edən dinc ölkələr də var. Beynəlxalq təhlükəsizlik reytinqi əsasında qaradərili Afrikanın ən təhlükəsiz ölkələrini təqdim edirik.

Davamı →

Evlərinin qapılarını açıq qoyub yatan milyonçular

  • Turizm
Dünyada ən yaxşı təbiəti, gözəl mənzərəsi, eləcə də, ən bahalı ölkəsi Norveçdir. Qiymətlərin yüksək olmasına baxmayaraq, oraya mütləq getmək lazımdır. Niyə? Çünki Norveç bir çox təbii möcüzələrin vətəni hesab olunur. Bura başgicəlləndirici şəhərlərə, qədim tarixə və xoşbəxt əhaliyə malik bir diyardır. 2001-ci ildən etibarən Norveç insan inkişafı göstəricisinə görə birinciliyi əldən vermir. Həmçinin rəy sorğularına görə bura dünyanın ən sakit və sülhsevər ölkəsi hesab edilir. Norveç həyat keyfiyyətinə görə də bir çox reytinqlərdə ilk yerlərdə dayanır.

Davamı →

Qırmızı Fənər küçəsinin gizli üzü

  • Turizm
Hollandiya çox vaxt “məşhur” Qırmızı fənər küçəsi, seks muzeyləri və eyni cinsli insanların evlənməsinə icazə verən ölkə kimi assosiasiya olunur. Halbuki, Hollandiya qeyri-adi təbiəti, lalə sahələri, yel dəyirmanları olan gözəl və Qərbi Avropanın ən qədim şəhərdir. Hollandiya muzeyləri ilə də zəngindir. 16 milyon əhaliyə malik ölkədə təqribən 1000 muzey fəaliyyət göstərir. Dünyanın ən gözəl və keyfiyyətli gülləri, pendiri və pivəsi də Holandiyada yetişir. Səyyaha bundan artıq nə lazımdır? Qısası, bu ölkə haqqında birmənalı olmayan təsəvvürləri dəyişmək üçün kifayət qədər səbəb var.

Davamı →

Londona getsəniz bunları unutmayın

  • Turizm
London dünyanın ən bahalı və böyük şəhərlərindən biridir. Şəhər dinamikasının saat kimi işlədiyi, sıxlıq yaşanan, ancaq xaosun olmadığı müthiş bir meqapolis. Həftədə təxmini dörd dəfə yağış görən bu şəhərdə palçıq görməniz imkansızdır.

Davamı →