Bora Bora adası

  • Turizm

Dünyada məşhur olan bu ada öz əsrarəngiz gözəlliyi ilə seçilir. Hələ 60-cı illərdə bu ada dünyanın ən gözəl adası adlandırılmışdı. Hələ də heç kəs daha yaxşısını tapa bilməyib.

Sakit okeanın incisi, Fransa Polineziyasının ən ekzotik kurortu – Bora Bora – Taitidən 240 km şimal-qərbdə yerləşir. Ada sanki həmail imiş kimi rəngbərəng göllərin, kiçik adaların əhatəsində yerləşir. Adanın əhalisi 4000 nəfərdən bir az çoxdur.

Adanın mərkəzində 2 qara pik yerləşir, ada özü də sönmüş vulkandan ibarətdir. Adanın ətrafında qumlu çimərliklərə malik azsulu göllər və Polineziya kəndləri yerləşir.

“Akula və skatların yemlənməsi” və “mərcan bağı” ekskursiyalarında bu kiçik göllərə rast gəlmək ən maraqlı tapıntıdır. Bora Bora – ecazkar şale (kiçik yaylaq evi), mənzərəli tropik parklar, mavi hovuzlar, Avstraliya, şərq, fransız və italyan mətbəxlərinə malik restoranlar deməkdir. Kurort kiçik Polineziya kəndi kimi dizayn edilmişdir, şalelər heç də yalnız quruda yerləşmir, həm də suda”üzür”.

Bora bora adası
Mənbə: turizm.az 

5 şərh

pascal
Doğurdan da gözəl yerlərdir.İlk dəfədir haqqında oxuyuram. Maraqlı məlumata görə, təşəkkür.
azadmamedov90
he.maraqlidi ama mene ora nece getmek daha maraqli olardi))
Dr_Dre
yəqin Araş elə Bora Bora mahnisin bu adaya həsr edib)
azadmamedov90
bora bora farscada get get demekdi