Turizm və turizmin növləri

Ekoturizm ehtiyatlarına – təbiət abidələri, ekzotik landşaft, meşəlik ərazilər, Milli parklar və dağ ekosistemləri daxildir.

Təbiət abidələri xüsusiyyətlərinə görə aşağıdakılara bölünür:

1. geoloji, gemorfoloji abidələr. Bu tip abidələr relyeflə birbaşa əlaqəli olub, qədim dağlardan qalıq relyef formalarından ibarət olur. Belə təbiət abidələri dünyanın əksər ölkələrində yayılıb.

2. hidroloji abidələr. Bu cur abidələrə şəlalələr, hundur dağ gölləri, kanyonvari dərələr daxildir. Titikaka gölü (3812m Boliviya ilə Peru dövlətlərinin sərhədində yerləşir), Qrand-Kanyon (ABŞ), Viktoriya şəlaləsi (120 m hündürlükdən tökülür Zambiya ilə Zimbabve) və s. kimi hidroloji abidələri misal göstərmək olar.

3. flora və fauna abidələri. Belə abidələrə relikt və endemik bitkilərin yayıldığı ərazilər, nadir landşaft abidələri daxildir. Bura Vest-Hind ölkələrini, Avstraliyanı və bir çox başqa ölkələri misal göstərmək olar.

Landşaft ekzotikliyi ilə seçilən ərazilərin təsnifatında qeyd olunan xüsusiyyətlərlə yanaşı onların hər bir ərazidə yayılmasından asılı olaraq formalaşan bölgələrdə təbiət abidəsi kimi verilir.

Təbiət abidələrin yayıldığı ərazilər Balkan yarımadasında, Karpat və Alp dağlarında rast gəlinir. Təbiət abidələrinin landşaft ekzotikliyi baxımından qiymətləndirilməsində nəzərə alınan amilləri aşağıdakı kimi qruplaşdırırlar:

1. mövcud təbiət abidələrinin yayıldığı bölgələrin ekoloji şəraiti və digər komponentlərlə birlikdə istifadə etmək imkanları.

2. təbiət abidəsinin digər ətraf mühit komplekslərindən fərqlənmə dərəcəsinə görə qruplaşdırılması.

Burada ətraf mühiti ekoloji turizm baxımından istifadəsində təbiət abidələri mənimsənilməsi imkanları movcud təbiət abidəsinin yerləşmə şəraiti nəzərə alınır.

Landşaft ekzotikliyi ilə seçilən ərazilərin turizm baxımından — istirahət, turizm, dərketmə, qısamüddətli istirahət yerləri kimi istifadə olunur.

Təbiət abidələri və landşaft ekzotikliyi ilə seçilən ölkələrə ABŞ, Meksika, Fransa, İtaliya, Ərəb ölkələri, Balkan ölkələrini və s. misal göstərmək olar.

Turistlərin ən çox səfər etdiyi təbiət abidələrinə Qrand Kanyon, Niaqara şəlaləsi, Luara çayı sahilləri, Serbiya və Xorvatiyadakı təbii mağaralar, İtaliyada sönmüş vulkan konusları, Cində dərin dərələri və s. qeyd etmək olar.

Təbii abidələrin və landşaft ekzotikliyi ilə seçilən ərazilərin çoxunun Milli Parkların və təbii rezervuarların ərazisində yerləşdiyinə görə onlardan turizm məqsədilə istifadə olunması yüksək səviyyədədir.

Təbiət abidələrinin turizm məqsədilə istifadə olunmasının aşağıdakı istiqamətlərin qeyd etmək olar.

 

· Dərketmə məqsədilə istifadə olunması. Təbiət abidələrinin və landşaft ekzotikliyi ilə seçilən ərazilərin dərketmə turlarında istifadə olunması daha çox yayılmışdır. Dərketmə məqsədilə təbiət abidələrindən istifadə ucun həmin abidələrə ekskursiya təşkil olunur. Həmçinin turizm bölgələrində təbiət abidələrinin olması bölgəyə istirahətə gələnlərin səyahətlərinin təşkilinə də imkan verir. Dərketmə turlarında təbiət abidələrinin unikallığı, ətraf landşaftla geniş təmasda olması onun əhəmiyyətini artırmaqla ondan istifadə edənlərin sayını artırmış olur.

· İdman turizmi məqsədilə təbiət abidələrindən istifadə olunması. Təbiət abidələrinə təşkil olunan turların birbaşa fiziki rekrasiyon fəaliyyətlə bağlı olması idman turların təşkili ucun əlverişli şərait yaradır. Belə idman turları alpinizm, su idman növlərindən, dayvinqdən və s. ibarət olur. Əksər hallarda təbiət abidələrindən idman turlarında istifadə ərazinin coğrafi şəraitilə bağlı olur. Belə ki, idman turlarının təbiət abidələri ilə əlaqələndirilməsi onun yerləşdiyi

coğrafi şəraitdən, digər turizm ehtiyatları ilə birgə istifadə imkanlarından asılı olur. Misal ucun qeyd edək ki, təbiət abidəsi landşaft ekzotikliyi ilə seçilən ərazidə yerləşməsi, Milli Parklarda olması ondan kompleks turizm məqsədilə istifadəyə şərait yaradır.

Məsələn: ABŞ-da Qrand Kanyon.

Ekoloji turizmin növləri:

· Müəyyən edilmiş marşrut üzrə piyada turizm – nəqliyyatdan istifadə etmədən səyahət. Əsasən yay mövsümündə ən geniş yayılmış turizm sahəsi. Elə mürəkkəb piyada turist marşrutları olur ki, onları ancaq təcrübəli, idmançı turistlər keçib gedə bilir, sadə marşrutlar isə hamının hətta məktəblilərin də keçib gedə biləcəyi səyahətlər olur.

Səyahətlərlə maraqlanan ucun turizmlə məşğul olmağın ən sadə yolu piyada turizmdir. Onu da qeyd edək ki, piyada turizm əsasən meşəlik və dağətəyi ərazilərdə aparılır.

· Speloturizm – (mağara turizmi)- idman turizmin bir novu. Bu sahə ilə maraqlanan turistlərdən fiziki hazırlıq, dözümlük, sağlamlıq, əsas etibarı ilə isə xüsusi hazırlıq tələb olunur. Speloturizmin məqsədi mağaraların kəşfi və tədqiqidir;

· Veloturizm – idman turizmin bir novu. Az fiziki qüvvə sərf etməklə nisbətən yaxın məsafələrin təbiəti, diqqətəlayiq tarixi abidələri ilə tanış olmağa imkan verən turizm novu. Atmosferi cirkləndirməyən,insan səhhətini möhkəmləndirən velosipedin nəqliyyat vasitəsi kimi universallığı ondan hər yerdə istifadə etməyə imkan verir;

· Su turizmi – teploxod, yaxta və digər müxtəlif nov gəmi və qayıqlarda çaylar, kanallar, göllər, dənizlərdə gəzinti;

· Dağ turizmi – səyahətin idmana yaxın olan çox mürəkkəb novu. Turizmin bu novu alpinist və dağ turist düşərgələrdə təlim keçmiş fiziki, nəzəri və praktiki cəhətdən hazır olan idmançılar ucundur. Dağ turizmi yürüşləri təcrübəli və səriştəli təlimatçıların rəhbərliyi altında həyata keçirilir, çünki bu turist marşrutları mürəkkəb təbii maneələrdən keçir;

· Safari turizmi – ovçuluq və ya foto ovçuluq, balıq tutmaq, acıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təbiətə qoruqlara səyahət;

· heyvanlardan istifadə etməklə səyahət – bu səyahət zamanı at, dəvə, fil və başqa heyvanlardan istifadə olunur;

· Dərketmə turizmi – zəngin ekskursiya proqramına malik olan, tərkibinə çoxsaylı memarlıq və tarixi abidələr, həmçinin unikal yerlərdə tanışlıq xarakterli səyahətlər daxildir;

· dayvinq turizmi (diving)– su idman turizmin bir növünə aid etmək olar. Akvalanqla su altına enmə.

· Trafi turizm – çətin keçilən ərazi və mürəkkəb şəraitdə müəyyən marşrut üzrə avtomobillə səyahət. Belə turlar çətin turlar kateqoriyasına aid edilir.

· Raftinq tur – (raft-ingilis mənşəli söz sal deməkdir)- dağ çaylarında 10-12 nəfər ucun nəzərdə tutulmuş, hava ilə doldurulmuş rezin sal və qayıqlarda səyahət deməkdir. Belə turlarda iştirak edən səyahətçidən müəyyən bacarıq tələb olunur. Çox astanalı olmayan surətli çaylarda bəzən də tək, amma qrup şəklində raftinqdən istifadə olunur.

· Sörfinq(surfing) – su idmanının bir novu. Penoplast lövhəcik üzərində su səthində əsasən dalğalar üzərində sürüşmə. Təhlükəsizlik ucun lövhəciyə bərkidilmiş ipin bir ucu ayağa keçirilir. Avstraliya, Yeni Zelandiya, ABŞ-da daha geniş yayılmışdır.

 

4 şərh

bankir
Turizm üçün şərait yaradılsa Azərbaycanda da çox şey etmək olar.Amma hər şey yox.Bu postu oxuyanadan sonra gördüm ki,əslində bizim təbiətimiz o qədər də zəngin deyil.
Leyla
Azərbaycanda turizmin inkişafına inanmıram. Adi Nabranda istirahət daha bahadır nəinki Türkiyədə. Adi kabab yemək,dəniz,bir az idman oynamaq var vəssalam.Qiymət də ki çox baha.Amma Antalyada,Bodrumda çox yox-cəmi 1 həftə necə var dincəlmək olur.
Sufi
Xəzər dənizində dayvinq üçün bir şey yaradılsa çox maraqlı olardı. Dənizin dibini görmək,akvalanq ilə suya baş vermək istəyənlərin sayı çox olar.məncə Lənkəran tərəfdə isti və təmiz su olan yerlərdə dayvinq üçün yaxşı imkan var.
kulturoloq
Sağ ol Leyla Turizm haqqında məlumatların çox muffəssəldir!!!