Tibet

  • Turizm
Deyilənlərə görə Tibeti və onun mədəniyyətini başa düşmək üçün mütləq oraya səyahət etmək lazımdır. Amma bu hamıya nəsib olmur. Söhbət səyahətin maddi vəsaitdən asılı olub-olmasından getmir, sadəcə, Tibetə getməkdən ötrü mütləq ora dəvətnamə almaq lazımdır. Onu əldə etmək üçün buddist və ya dindar insan olmağa ehtiyac yoxdur. Dəvətnamə özünü və daxili aləmini tanıyıb dərk etmək istəyənlərə verilir. Tibet sizin üçün maraqlıdır və oraya getmək üçün dəvətnamə aldığınızı hiss edirsinizsə, 
Tibet şəhəri
Uzun illər ərzində Tibet xarici vətəndaşlar üçün qapalı məkan olub. Yalnız 1984-cü ildən sonra Dünyanın Örtüyü adlanan bu məkana səyahət etmək imkanı yaranıb. Tibetin ərazisinə yalnız Çin hökumətinin nəzarəti altında turistik qrupların tərkibində daxil olmaq olar. Tibetin paytaxtı Lxasa Nepaldan Tibet yaylasını keçərək dörd gün ərzində cip və ya turistik avtobusla Himalay dağını keçərək bir saat 15 dəqiqə ərzində təyyarə ilə uçmaq olar.

Lxasa şəhəri 7-ci əsrdə şahzadə Sronçzen Qamponun əmri ilə Tibetin rəsmi paytaxtına çevrilib.
Sonralar Lxasa paytaxt statusunu itirir və yalnız 1642-ci ildən sonra Beşinci Dalay Lamanın əmri ilə onu yenidən özünə qaytarır. Lxasadakı Potal sarayı öz gözəlliyi ilə sizi valeh edəcək. Potal sözünün tərcüməsi Mözücəli Dağ deməkdir. O, dəniz səviyyəsindən 3700 metr hündürlükdə yerləşir. 13 mərtəbəli sarayın hündürlüyü 115 m, sahəsi isə 130 000 kvadrat metrdir, otaq və zalların sayı dəqiq bilinmir. Eyni əsrdə kralın arvadları tərəfindən gətrilmiş buddist avadanlıqlarını yerləşdirmək üçün orada Cokxanq və Ramoçe məbədləri tikilir. İndiyədək bu məbədlər dindar insanlar üçün ən məşhur ziyarətgah sayılır.

Qyantze Lxasın cənub-şərqində yerləşir. Şəhərdə Kumbum həvəngi (mənası — 10 000 təsvir), 14-cü əsrdə tikilmiş Pelkor Çyoda kilsəsi və qalası var. Ümumiyyətlə, şəhərin inkişafına 14-ci əsrlərdə mövcud olmuş Sakya buddist məktəbi böyük təsir göstərib. Şiqatze Tibetin ikinci ən böyük şəhəri və Tsanq əyalətinin paytaxtıdır. Ən görməli yeri Taşilunpo kilsəsidir. Orada 1914-cü ildə hazırlanmış Maytreyn Buddasının 26 metrlik nadir heykəli var. Heykəl üç ilə hazırlanıb və onun hazırlanmasına 300 kq qızıl sərf olunub.

Füruzəyi rəngə çalan Manasarovar gölü 4560 m hündürlükdə yerləşir. E.ə. 5-ci əsrdə yazılmış Ramayana hind eposunda bu göl Manasa adı ilə göstərilirdi. İnsanlar bu gölün ətrafında dövrə vuraraq dini mərasimlər keçirirdilər. Mərasim bir neçə gün ərzində yerinə yetirilirdi. Yamdrok Tçxo gölü 4488 metr hündürlükdə yerləşir. Bu göl möcüzələrinə görə məşhurdur. Gölün rəngi daim dəyişir və siz heç vaxt bu gölü ikinci dəfə eyni rəngdə görə bilməzsiniz. Kaylas Tibetin ən möcüzəli məkanlarından biridir və onunla bağlı bir çox əfsanələr var. İnsanlar dağa dini mərasim keçirmək üçün çıxırlar. Deyilənlərə görə, dağın ətrafına fırlanan insanın günahları bağışlanır. Dağa çıxmazdan əvvəl ürəyinizdə arzu tutmağı unutmayın.

Mətbəxi: Avropalılar üçün Tibet mətbəxi əsl ekzotikadır. Tibetdə ənənəvi içki -düyü şərabıdır. Onun hazırlanması üçün qaynadılmış düyüyə xüsusi ədvalar əlavə edilir, bir həftə saxlandıqdan sonra süzülür və nəticədə, çüzispirtli ekzotik içki əldə olunur. Tibet çayı digər çaylardan öz qeyri-adi dadı ilə fərqlənir. Tibetin tanınmış tsampa yeməyi arpa unu, yağ, çay və ya arpa pivəsindən hazırlanır.

Təbabəti: Tibet təbabəti öz başlanğıcını 7-ci əsrdən, buddizmin Tibetə gəlməsindən götürür.
Tibet təbabəti barədə məlumat 11-ci əsrdə yazılmış və 17-ci əsrdə tərcümə olunmuş «Cud Şi» əsərində toplanıb. Burada əsas diqqət xəstəliyin müalicəsinə və uzunömürlülüyə ayrılır. Bəzi bölmələr yuxu, yemək, xəstəliklərin yaranma səbəbinə, hamiləlik, cinsi həyat və düzgün həyatın qaydalarına həsr olunub.

Mənbə: Aysel jurnalı 
 

0 şərh