Zəngin tarixi şəhər, çox sayda spa və ucuz müalicə | Budapeştə gəlin

  • Turizm

Tarixi Spa paytaxtı

Macarıstanın paytaxtı və ən böyük şəhəri olan Budapeşt Mərkəzi Avropanın ən mühüm mərkəzlərindən biridir. Rəsmi olaraq 19-cu əsrin 70-ci illərində təsis edilən müasir Budapeşt indi həm də qlobal mərkəzlərdən hesab olunur. Əhalisinin sayına görə Avropanın 8 ən iri şəhərindən biridir. Macarıstanın paytaxtı zəngin tarix, mədəniyyət və əyləncə təklif edir. Mədəniyyət, əyləncə və rahatlıq bir yerdə arayırsınızsa onda Budapeşt sizin üçündür. Spa, akva park və müalicə şəraiti bu gözəl Avropa şəhərini əsl istirahət yerinə çevirir.

Avropanın mərkəzi

Vannalar şəhəri

Budapeşt nəyə görə “Vannalar şəhəri” adlanır? Ümumən Macar torpağı termal bulaqlarla zəngindir. Budapeşt isə dünyada şəfalı termal sularlə ən zəngin paytaxtdır. İstər bayram istirahəti, istərsə də müalicə məkanı kimi hədəfiniz Budapeşt olmalıdır! Məşhur hamam və unikal spalar  içində səyahətinizdən zövq alın.

Macarıstanın paytaxtı

Stomatoloji xidmət

Yüksək keyfiyyətli stomatoloji xidmət Macarıstanı Avropada sağlamlıq turizm sahəsində flaqman ölkələrdən birinə çevirir. Buradakı stomatoloji tələblər və tədris Böyük Britaniya, Avropa və Amerika Birləşmiş Ştatlarının standartları səviyyəsində, lakin xeyli ucuzdur. Əslində siz müalicə arasında görməli yerləri gəzə və Avropa tətili təcrübəsi əldə edə bilərsiniz.  Amma bütün bunlar istənilən halda ABŞ və Böyük Britaniya qiymətləri ilə müqayisədə 60-70 % ucuz başa gələcək.

axşamçağı şəhər mənzərəsi

Plastik cərrahiyyə

Bilirsinizmi ki, Macarıstan qanunlarına görə plastik cərrahlar on ilədək sınaq müddəti keçməlidir? 5 il ümumi cərrahiyyə və daha 3 il plastik cərrah köməkçisi təcrübəsi onları öz sahəsində yüksək səviyyəli mütəxəssisə çevirir. Qiymətlərə hətta hava limanından Budapeştdə daşınma, oteldə otaq daxildir. Bununla belə qiymətlər Böyük Britaniya, İrlandiya və ya ABŞ-dan 50% aşağıdır.

Dunay çayının üzərində

Yolunuz

Macarıstana Wizz Air ilə uçsanız – istədiyiniz digər ehtiyaclarınız üçün qənaət etmiş olacaqsınız! Mərkəzi və Şərqi Avropanın* ən iri ucuz hava yolları şirkəti olan Wizz Air sizi cəmi 39,99 avroya** Budapeştə çatdıra bilər! Sizin rahatlığınızı düşünən Wizz Air ilə uçarkən istədiyiniz yalnız ehtiyacınız olan xidmətlərin pulunu ödəmək imkanı əldə edirsiniz.

günəşli Avropaya səyahət

*Mənbə: Yola düşən oturacaqların planlaşdırılmış sayına görə 31 Mart 2013-cü il tarixdə bitən il («FY 2013») və 30 Sentyabr 2013 («H1 2014») bitən altı ay üzrə İnnovata. 1. Mərkəzi və Şərqi Avropaya (MŞA) Albaniya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya Respublikası, Estoniya, Macarıstan, Kosovo, Latviya, Litva, Makedoniya, Moldova, Çernoqoriya, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya və Ukrayna daxildir.

**Vergilər, inzibati və digər icbari xərclər və kiçik əl yükü (max: 42x32x25sm) daxil olmaqla bir istiqamətdə yolun qiyməti. Böyük yük çantası və digər yüklərə görə əlavə haqq ödənilməlidir. Göstərilən qiymətlərlə oturacaqların sayı məhduddur.

0 şərh