Almaniyanın tarixi paytaxtı Berlin

  • Turizm
Berlin Spree və Havel çayları arasındakı düzənlik və qumlu ərazidə qurulmuş, dünya tarixində və siyasətində mühüm hadisələrin şahidi olan bir şəhərdir. Almaniyanın paytaxtı olan şəhər eyni zamanda Avropada türklərin ən çox yaşadığı şəhərlərdən biridir.
Spree və Hevel çayları arasında iki fərqli balıqçı kəndi Cölln və Berlinin birləşməsiylə quruldu.
17-ci əsrdə Şahzadə Fridrix Vilhelm dövründə qitənin ən dözümlü şəhərlərdən birinə çevrildi. Getdikcə böyüyən şəhərə Avropanın fərqli yerlərindən müxtəlif problemlərlə qarşı-qarşıya olan Yəhudilərlə yanaşı Fransızlar və Polyaklar da gəlməyə başladı. Berlin
1701-ci ildə, Fridrix I Prussiya kralı tac taxdıqdan sonra şəhər paytaxt olaraq siyasətdə yer almağa başladı. 18-ci əsrdə şəhər əhalisinin 20% -i fransızlardan ibarət olmasına baxmayaraq şəhər böyüməyə davam edirdi.
19-cu əsrdə baş verən yeniliklərdən Berlin də öz payını alır. Fransa-Polşa müharibəsindən sonra qurulan Alman birliyi ilə birliktə Berlin Almaniyanın yeni paytaxtı oldu. 1871-ci ildə Almaniyanın paytaxtı olan Berlin bu xüsusiyyətini bir daha itirmədi.
XIX əsrin sonu – XX əsrin əvvəllərində şəhər durmadan böyüdü. Şübhəsiz ki, sənayeləşmə və şəhərin zənginləşməsi bunda böyük rol oynadı. Bu dövrdə şəhərdə yeni qəsəbələr açıldı. Berlinə yaxın ərazilərdə Schöneberg və Spandau kimi yaşayış məntəqələri yer aldı.
Birinci Dünya Müharibəsi zamanı şəhərə ciddi ziyan dəyməsə də, Alman iqtisadiyyatı yerlə bir oldu. İqtidadi böhran dəhşətli səviyyələrə çatan inflyasiya paytaxt Berlinə də mənfi təsir elədi. Birinci Dünya Müharibəsindən sonra qurulan Veymar Respublikası da tarixin qanlı illərinə səbəb oldu.
Almaniyanın tarixi paytaxtı Berlin
İqtisadi böhran və müharibənin təsiri ilə böhran içərisində olan Alman xalqı, 1933-cü ildə Adolf Hitleri hakimiyyətə gətirir. Hitler Berlində iddialı strukturlar qurmağa başladı. Havalimanı, Olimpiya stadionu, yeni bulvarlar bu dövrdə diqqəti cəlb etdi.
Alexanderplatz
Alexanderplatz kimi şəhərin tarixi və daimi mərkəzləri ilə yanaşı, bir çox bölgədəki konsert salonları, gecə klubları həftə sonları olmaq üzrə həftənin hər axşamı Berlinlilərlə birliktə turistlərə də xidmət edir.
Bu gün Avropanın ən dinamik şəhərlərindən biridir. Paytaxtların diplomatik və tutqun atmosferindən uzaqdır. Bəli, bəlkə Berlin soyuq və hətta tutqun bir havaya sahib olsa da, şəhərin həyatına təsir etmir. Başda Mitter olmaqla bir çox ərazi, 4 milyon əhalisi olan şəhərin əyləncə həyatına gəlir.
Almaniyanın tarixi paytaxtı Berlin
Berlinin adı çəkiləndə ağla gələn başqa bir şey mədəniyyət və sənətdir. Əyləncə həyatı qədər rəngarəng incəsənət dünyasına sahib olan Berlin bir kvadrat kilometrlik bir ərazidə Muzey adası olaraq tanınan bölgəyə də ev sahibliyi edir.
Şəhər içi nəqliyyatla da Berlin məşhurdur. Avrpanın ən qədim metro xətlərinə sahib olan Berlin 1902-ci iləd açıldığı olk gündən bu yana xidmət göstərməkdədir. Hal-hazırda 173 stansiyanın olduğu Berlin metrosunda 10 xətt mövcuddur.


Mənbə: topic.az

0 şərh