Tailand

Tailand - bacarıqlı filləri, əhlilləşdirilmiş timsahları, təbii gözəllikləri və müasir mənzərəsi ilə yanaşı, fərqli mədəniyyəti ilə nəzərlərimizi cəlb edən bir ölkədir.
Adı bir vaxtlar Siyam Krallığı olan ölkə 1939-cu ildə Tailand adlandırılmışdır. Paytaxt Banqkokun tai dilindəki mənası "mələklər şəhəri"dir. 200 il bundan əvvəl kiçik bir balıqçı şəhəri Siyam Krallığının paytaxt qurulan şəhəri, indi Asiyanın ən önəmli şəhərlərindən biridir. 

Kanallar şəhəri olan Banqkok qədimdə uzaq şərqin Venesiyası kimi tanınırmış. "Suların ən soylu anası" mənasında Çau Praya ilə şəhər iki yerə bölünür. Bu çayı Banqkokdan ayrı düşünmək mümkün deyil. Məhsuldar ovalar Çau Praya çayı ilə canlanmış və məhsul vermişdir.

Şəhərin hər tərəfində məbədlər və saraylar görünür. Yalnız Banqkok şəhərində 400 ətrafında Budist məbədi olduğu deyilir. 

Bir Budda məbədində Buddaya təqdim olunan yeməklər, çiçəklər, yandırılan tüstülər ilə qarşılaşmaq olar. Qəribə bir şeylə qarşılaşmaq da olar. Məsələn, ibadət etməyə gələn insan, məbəddəki rəqqaslarından birinə pul verib onu özü üçün xüsusi olaraq rəqs və dua etdirə bilər. Burada rəqs ibadətin bir hissəsidir, rəqsin uzunluğunu və neçə nəfərin edəcəyini verilən pul müəyyən edir. 

Digər bir dayanacaq yeri isə "üzən bazar"dır. Suyun üstündə qurulmuş bu bazarda alış-veriş etmək üçün bir qayıq kirayə götürmək lazımdır. Quruluşunda təbii şərtlər təsirli olsa da, üzən bazar Banqkokun ən çox turist cəlb edən yeridir.

Sampranq Tamaşa Mərkəzində dünyanın ən böyük fil şousu və timsah nümayişləri göstərilir. Təlimçilər ev heyvanları kimi timsahlar və fillərlə şou göstərirlər.

Tailandlılara görə fillər müqəddəs heyvandır. Savaşlarda, yük daşımada həmişə yanındadırlar. Həmin fillər şou vaxtında da birlikdədirlər. Pop musiqisi ilə rəqs edən fillər, həm də musiqi ilə ritm tuturlar. Rəqsdən fillərin futbol oyunu başlayır. 11 metrlik cərimə zərbələri ilə fillər, ard-arda qol atmağa davam edirlər. Düzgün oynamadıqları zaman, təlimçiləri hakim kimi onlara sarı vərəqə göstərir və onları oyundan çıxarır.

2 şərh

Frngz
İnsanlar var bir fal çörəyə möhtacdırlar bunlar daşın qabağına yeməklər, çiçəklər düzürlər:(
Frngz
Amma səyahətə gedib Yaradanın yaratdığı təbii gözəllikləri görmək istərdim… TəŞəKkürləR