Yəmən

Yəmən respublikası Asiya qitəsinin cənub-qərbində, Ərəbistan yarımadasının cənubunda və orta şərqdə yerləşir. Səna Yəmənin ən böyük şəhəri olmaqla bərabər onun paytaxtıdır. Sahəsi 527,968 km2 -dir. İki əhmiyyətli sahilə malikdir; Qırmızı dənizin qərb sahilləri və Ərəb dənizinin cənub sahilləri. Yəmən 1990-cı ilə qədər bir-birilə qonşu olan iki ölkədən ibarət idi. 1990-cı ildə bu iki ölkə Yəmən respublikası adı altında birləşdi. 1994-cü ildə birləşmiş bu iki tərəf arasında müharibə baş verdi. Sonda şimallıların cənublular üzərində qələbə çalmasına baxmayaraq, təşkil olunmuş bu birlik qorunub saxlanılır. Yəmən respublikasının rəsmi dini İslamdır. Burada sayca cox az olan başqa dinlərin nümayəndələri tam azaddırlar. Müsəlmanlar bu ölkənin əhali sayına görə çoxluq təşkil edir. Ölkədəki müsəlmanların çox hissəsini təşkil edən (onikiimamçı şiəliyinə yaxın olan) Zeydiyyə məzhəbində olanlar şimali Yəmənin dağlıq yerlərində yaşayırlar. Əhli-sünnə sayılan şafeilər isə ölkə əhalisinin təqribən yarısını təşkil edir. Ölkənin cənub hissəsində yaşayanların çoxu bu məzhəbdədirlər. Yəmənlilər ənsar hesab olunurlar. Onların iftixar etdiyi şeylərdən biri də İslam Peyğəmbərinin(s) elçisi həzrət Əli(ə) Yəmənə çatan kimi və qan tökülmədən müsəlman olmalarıdır. Bu hadisə, yəni Yəmən xalqının müsəlman olması tarix kitablarında yazılmışdır. 
Təbəri(1), Bəra ibn Azibin belə dediyini nəql edir: Allahın rəsulu(s) Xalid ibn Vəlidi Yəmən xalqını İslama dəvət etmək üçün oraya göndərdi. Mən də Yəmənə gedənlərlə birgə idim. Xalid ibn Vəlid altı ay Yəməndə qalmasına baxmayaraq, heç kəs onun dəvətini müsbət qarşılamadı.(2) Əlbəttə, ondan qabaq Peyğəmbər(s) İslamın haqq səsini yəmənlilərə çatdırmaq üçün Məaz ibn Cəbəl adlı alim dostlarından birini ora göndərmişdi.(3) Tarixdə yazılanlardan belə məlum olur ki, Məaz ibn Cəbəlin kitab və sünnədən xəbərdar olmasına baxmayaraq, kişinin həyat yoldaşının boynundakı haqqı barəsində olunan sualı kifayət qədər cavablandıra blməyib.
(4) Elə buna görə də, Peyğəmbər(s) Əli ibn Əbu Talibə(ə) bir sıra tapşırıqlar verərək, onu Yəmən xalqını tohid dininə dəvət edən məktubla birgə ora göndərdi. O, Əliyə(ə) məktubu Yəmən xalqı üçün oxumağı və Xalidi ətrafındakılarla birgə geri qaytarmağı tapşırdı. Bəra ibn Azib ardında belə nəql edir: Əli(ə) Yəmən sərhədlərində yerləşən İslam əsgərlərinə çatan kimi onların çərgələrini nizamladı.(5)
Yəmən camaatı Əlinin(ə) gəlmək xəbərini eşidən kimi bir yerə toplandılar. Əli(ə) sübh namazını camaatla qıldıqdan sonra Yəmənin böyük qəbilələrindən biri sayılan Həmdan qəbiləsinin bütün üzvlərini Peyğəmbərin(s) məktubunu dinləməyə dəvət etdi. Həzrət bizim qarşımızda duraraq, Allaha həmd və səna etdikdən sonra Peyğəmbərin(s) məktubunu Yəmən xalqı üçün oxudu. Peyğəmbərin(s) kəlmələrinin əzəmətindən təsirlənən Həmdan qəbiləsi hamılıqla bir gün ərzində müsəlman oldular. Əli(ə) Həmdan qəbiləsinin müsəlman olması xəbərini məktub vasitəsilə Peyğəmbərə(s) çatdırdı. İslam peyğəmbəri(s) məktubu oxuduqdan sonra hədsiz dərəcədə sevinərək, səcdə etdi. Başını səcdədən qaldırıb belə buyurdu: “Həmdanlılara salam olsun, Həmdanlılara salam olsun!” 
Bu qəbilənin müsəlman olması bütün Yəmənin zaman keçdikcə müsəlman olmasına səbəb oldu.6 Həzrət Əlinin(ə) Yəmənə daxil olmasından sonra ilk müsəlman olan şəxs Ümm Səid Bərzəxiyyə adlı bir qadın idi. O qadın evini məscid düzəldərək, onu “Əli məscidi” adlandırdı. Bu məscid indi də qalmaqdadır.
Zeydiyyə məzhəbinin Yəmənə daxil olması
Hicrətin üçüncü ilində Yəhya ibn Hüseyn Rəssi Ələvi adlı bir şəxs İraqdan Yəmənə gəldi. O, Sədə şəhərində məskunlaşdı. O, Yəmən xalqını zeydiyyə məzhəbinə dəvət edən və bu məzhəbi orada təbliğ edən birinci şəxs idi. Bir çoxlarını öz ətrafına elə toplamışdı ki, onu “imam” kimi xatırlayırdılar. Sədə şəhərində imamlığın əsasını qoyan isə Rəssi Ələvinin nəslindən olan Qasim ibn Məhəmməd adlı başqa bir şəxs idi. O vaxtdan sonra zaman keçdikcə zeydiyyə məzhəbi Yəmənin bir çox bölgələrinə, xüsusilə bəzi qəbilələrə nüfuz etdi. İndi də Yəməndə bir çox on iki imam şiəsi mövcuddur. Amma Yəmən xalqının çox hissəsi, xüsusilə Osmanlı türklərinin Yəməni tərk etməsindən sonra oraya hakimlik edən Yahya Həmidəddinin hakimiyyəti altında olan məntəqədə yaşayanlar zeydilərdir. 
Başqa dinlər
Xristianlıq
Ərəb yepiskop kilsəsi; bu kilsə Səudiyyə Ərəbistanına, Birləşmiş ərəb əmirliklərinə və Yəmənə şamil olan bir məntəqənin məsuliyyətini daşıyır. Təqribən 600 minə yaxın katoliki vardır. 
Hinduizm
Yəməndə sayları çox az olan hindular da yaşayırlar. 
Yəmən hakimiyyətinin dini siyasəti
22 may 1990- cı il tarixdə baş vermiş iki Yəmənin birləşməsindən qabaq cənubi Yəmən özünü marksist adlandıran yeganə islam dövləti idi. Buna baxmayaraq, müsəlman ölklərinin toplantılarında misal üçün, İslam konfransında iştirak edirdi. İki Yəmən birləşdikdən sonra rəsmi din İslam elan olundu. 
Müxtəlif məzhəb ardıcıllarının əlaqələri
Azlıq təşkil edən şafei məzhəbinin ardıcılları Yəmənin cənub bölgəsində zeydiyyə imamlarının hakimiyyəti altında yaşayırlar. Onlar bu hakimiyytlə müxalif idilər. Bu ixtilaf bir çox dini, tarixi, coğrafi, ictimai, iqtisadi və s. ixtilaflara səbəb olurdu. Yəmənin birləşməsindən sonra cənub bölgəsində yaşayan yəmənlilərin bir çox hissəsi şimala köçərək orada yaşamağa başladılar. Ümumiyyətlə, şafeilər zeydi məzhəbində olan şimali Yəmənin hakimiyyəti altında yaşamaqdan narazıdırlar. Hər iki məzhəbin ardıcılları qarşılıqlı anlaşma şəraitində yaşamaqlarına baxmayaraq, son illərdə vəhhabilərin nüfuzu nəticəsində bu əlaqələr problemlərlə üzləşib. Bəzi vaxtlar isə bu problemlər müsəlmanlar və vəhhabilər arasında baş verən toqquşmalar şəklində təzahür edir.
 

0 şərh