Рейтинг
+55.17

Turizm

50 üzv, 93 topik

Avropanın ən gözəl 10 şəhəri

  • Turizm

Avropa zəngin tarixi, qədim mədəniyyəti, nəfəs kəsən təbiəti və əyləncəli atraksionları ilə məşhur olan möhtəşəm bir qitədir. Avropalı sənətkarların əsərləri ilə bəzədilmiş paytaxtları, tarixi orta əsrə dayanan memari üsluba sahib tikililərə ev sahibliyi edən heyrətamiz küçələri ilə başdan çıxaran bir qitədir. Dünyanın ən kiçik ikinci qitəsi olsada ən çox turist axını olan qitədir.Gəzməli, görməli çox möhtəşəm yerləri özündə ehtiva edən Avropa ziyarəti hər zaman çox maraqlı və əyləncəli olur. Sizə Avropa səyahətiniz zamanı gəzməli olduğunuz 10 ən gözəl şəhəri təqdim edirəm.

1. Venesiya

Venesiya
Ardı →

Maldiv adaları

  • Turizm

Maldiv Respublikası Hind okeanının ekvatorial sularında, Hindistanın cənubunda 1200 adada yerləşən dövlətdir. Ərazisi 298 kv.km, əhalisi 396 min nəfərdir. Qlobal iqlim dəyişikliklərinin adanı su altında qoyacağı proqnozlaşdırılaraq, 2005-ci ilin 15 noyabrından Maldiv xalqına Avstraliyaya sığınmaq haqqı verilib. Maldiv adalarının 200-də yaşayış var. Bunların 90-da Maldiv xalqı yaşayır, qalan 110 ada “otel ada” kimi istifadə edilir. Maldiv xalqı müsəlman olaraq sünni mənsəbinə mənsubdur. İslam dininin adət və ənənələri burada ciddi qorunur. Maldivdə əvvəlcə buddistlər məskunlaşıb. Daha sonralar ərəb taciri Əbul Barakhat Əl-Bar Barinin təbliği ilə əhali İslam dinini qəbul edib. Zaman-zaman Portuqaliya və Hollandiyanın hücumuna məruz qalan ada 75 il ingilislərin müstəmləkəsi altında olub. 1965-ci ilin 26 iyulunda isə müstəqillik qazanıb. Əhalinin etnik tərkibi pakistanlılar, hindlilər, ərəblər və sinqalardan ibarətdir. Dövlət dili Maldiv Dhivehi (sinqa ləhcəsi) və ingilis dilidir. Pul vahidi rufiyadır.


Ardı →

San-Marino | Çox kiçik və qeyri-adi ölkə

Ümumi məlumat
San-Marino İtaliya ərazisində yerləşən balaca müstəqil respublikadır. Onun 31 mindən çox əhalisi və 10 böyük şəhəri var. Ölkə ərazisinə görə çox kiçik olsa da, qeyri-adiliyi ilə turistləri heyran edir. Paytaxtı San-Marino şəhəridir. Dövlət dili italyan dili, dini isə əsasən katolikdir. San-Marino Avropanın ən qədim ölkələrindən biri hesab olunur. Ərazisi doqquz vilayətə bölünür ki, bunlar da kastelli adlanır. Kastelli italyan dilindən tərcümədə qala deməkdir. Ölkənin ümumi sahəsi 60, 57 kvadrat kilometrdir. San-Marino paytaxt olsa da, respublikanın ən böyük şəhəri Serravalledir. Hər il sentyabrın 3-də San-Marinonun sakinləri Müqəddəs Marinonun bayramını və Respublikanın yaranma gününü qeyd edirlər. Əhali qonaqpərvərliyi ilə seçilir və hər zaman turistləri gülərüzlə qarşılayır. 

Ardı →

Belçika

  • Turizm

Belçika Krallığından danışanda çox ehtiyatlı olmaq lazımdır və biz də buna əsaslanaraq, Krallıq barədə yazını Brüsselin üzərində qurmaq qərarına gəldik. Çünki monarxiya dövlətində müxtəlif dil və mədəniyyətlərin vahid formada birləşdiyi yeganə şəhər məhz paytaxt Brüsseldir. Bu şəhərə bəzən Avropanın ürəyi də deyirlər. Turistlərin ən çox sevdiyi Avropa ölkələrindən birdir.


Ardı →

Ən yaxşı turistlər

  • Turizm

Xaricdə istirahət etməyə gedərkən çox vaxt həmvətənlərimiz orada ətrafdakılara necə təsir bağışlaya biləcəklərinə diqqət yetirmirlər. Halbuki hər bir xalqın onlara qonaq gəlmiş xaricilər haqqında öz şəxsi fikri var.

Yəqin ki, turistlər haqqında ən çox hotel sahibləri danışa bilərlər. Seçim meyarları olaraq qonaqların davranışı, dəqiqliyi, xəsisliyi və ya əliaçıqlığı, eleqantlıq və bir çox başqa xüsusiyyətləri çıxış etmişdir. Qonaqların yerli dili öyrənmək və yerli mətbəxi dadmaq həvəsi də bu meyarlara aid edilmişdir. Ümumilikdə dünya üzrə 4000 menecer və hotel sahibi arasında sorğu keçirilmişdir.


Ardı →

Bora Bora adası

  • Turizm

Dünyada məşhur olan bu ada öz əsrarəngiz gözəlliyi ilə seçilir. Hələ 60-cı illərdə bu ada dünyanın ən gözəl adası adlandırılmışdı. Hələ də heç kəs daha yaxşısını tapa bilməyib.

Sakit okeanın incisi, Fransa Polineziyasının ən ekzotik kurortu – Bora Bora – Taitidən 240 km şimal-qərbdə yerləşir. Ada sanki həmail imiş kimi rəngbərəng göllərin, kiçik adaların əhatəsində yerləşir. Adanın əhalisi 4000 nəfərdən bir az çoxdur.

Adanın mərkəzində 2 qara pik yerləşir, ada özü də sönmüş vulkandan ibarətdir. Adanın ətrafında qumlu çimərliklərə malik azsulu göllər və Polineziya kəndləri yerləşir.


Ardı →

Turizmdə öndə olan ölkələr və şəhərlər

Dünyada turistlərin ən çox getdikləri ölkələr bunlardır.

1. Fransa-79.3 milyon turist(Avropa)
2. Amerika Birləşmiş Ştatları-58 milyon turist(Şimali Amerika)
3. İspaniya-57.3 milyon turist(Avropa)
4. Çin-53 milyon turist(Asiya)
5. İtaliya-42.7 milyon turist(Avropa)


Ardı →