Turizm,turizmin növləri,turizm ehtiyatları,səyahət etmək
Turizm
Tailand - min məbəd və min gülüş ölkəsi
Tailand unikal ekzotik bir ölkədir və bu da oraya səyahət edənlərə böyük təsir bağışlyayır. Tailandın ərazisi 513 min 115 kvadratkilometr, əhalisi 66,8 milyon nəfərdir artıqdır. Ölkə bütövlüklə Hind-Çin yarımadasında yerləşir. Yalnız Tailandın cənub hissəsi Malay yarımadasına düşür. Şimalda və qərbdə ölkə Birma, şimal-şərqdə Laos, qərbdə Kamboca, cənubda isə Malayziya ilə sərhəddir. Tailandda yaşayan əhalinin 90 faizi buddistdir. Tailand 1939-cu ilə kimi Siam krallığı adı ilə tanınıb.Tailand tropik meşələrin qoynunda yerləşdiyi üçün təbiəti ilin bütün fəsillərində gözəl və ecazkardır. Tailand turistlər və qonaqlar arasında “Min məbəd və min gülüş” ölkəsi kimi də məşhurdur.
Ardı →
Ölkələrin loqoları
Misir-sirli piramidalar ölkəsi
Şəhər inanılmaz dərəcədə qarışıqlıqdı. Şəhərin küçələri, yolları bütün orijinallığı ilə sanki Qədim Misirdən qalmadır.
Şəhərə yuxarıdan baxanda adamda elə təsəvvür yaranır ki, Qahirəni duman-sis bürüyüb. Əslində isə şəhərin dumanlı mənzərəsinə səbəb tozdu. Qahirə səhralıqda salınan şəhər olduğuna görə, burada çöl iqlimi hökm sürür və qopan toz fırtınası ətrafı cənginə alır.
Ardı →
Sinqapur şəhəri-Asiyanın Kəhrəbası
Digər tərəfdən, Sinqapur hərtərəfli, yüksək inkişaf etmiş unikal məkan kimi dünyada şöhrət qazanıb.
Ardı →
Yəmən
Ardı →
Tunis
Nə şərqlidir, nə qərbli; əslində Tunis şərqdən yüksələn və üzünü qərbə çevirən bir ölkədir. Aralıq dənizinin möhtəşəm mavisini, Afrikanın dayanılmaz istisini və Ərəb coğrafiyasının əsrarəngiz havasını tapacaqsınız bu torpaqlarda.
Tunis 1956-cı ildə Fransızlardan müstəqilliyini qazanıb. Bu torpaqlar bir dövrdə düz 4 yüzil Osmanlı dövlətinə bağlı qalmışdı. 10 milyon əhalisi olan ölkənin paytaxtı ölkə adı ilə eyni adı daşıyır.
Ardı →
Yeni Zelandiya
Yeni Zelandiyanın paytaxtı Vellinqton, ən böyük şəhəri isə Ouklanddır. Bir vaxtlar İngilis hegemonluğunda olan ölkə artıq müstəqildir. Yeni Zelandiya qarlı dağları, yaşıl meydanları, sahilləri, gölləri və şəlalələri ilə möhtəşəm mənzərələrə malikdir.
Ardı →
Tailand
Adı bir vaxtlar Siyam Krallığı olan ölkə 1939-cu ildə Tailand adlandırılmışdır. Paytaxt Banqkokun tai dilindəki mənası «mələklər şəhəri»dir. 200 il bundan əvvəl kiçik bir balıqçı şəhəri Siyam Krallığının paytaxt qurulan şəhəri, indi Asiyanın ən önəmli şəhərlərindən biridir.
Kanallar şəhəri olan Banqkok qədimdə uzaq şərqin Venesiyası kimi tanınırmış. «Suların ən soylu anası» mənasında Çau Praya ilə şəhər iki yerə bölünür. Bu çayı Banqkokdan ayrı düşünmək mümkün deyil. Məhsuldar ovalar Çau Praya çayı ilə canlanmış və məhsul vermişdir.
Ardı →
Filippin
Filippin Asiyanın cənub-şərqində 7100 adada yerləşir. Onlardan yalnız 860-da məskunlaşma vardır. Paytaxtı Manila şəhəridir. Şimalda Tayvan, cənubda Malayziya və İndoneziya, şərqdə Sakit okean, qərbdə isə Cənubi Çin dənizi ilə həmsərhəddir. Sahəsi 300 min kvadrat kilometrdir. Əhalisi 81 milyon nəfərdir. Onların çoxu filippinlilərdir. Əhalinin 43%-i şəhərlərdə yaşayır. Rəsmi dili Filippin dilidir. İspan və ingilis dili də istifadə olunur. İqlimi subekvatorial və tropikdir. İyundan sentyabradək yağışlar yağır. Orta illik temperatur yay və qışda +27 dərəcədir. Ən iri adaları Luson, Mindoro, Samar, Panay, Palavan, Neqros, Sebu, Leyte və Mindanao. 75%-i yayla və dağ massivlərindən ibarət olan ərazi 74 əyalətə bölünüb. Filippin Respublikası aktiv seysmoloji zonada yerləşir. Fəaliyyətdə olan və sönmüş vulkanların sayı 50-ə yaxındır. Çayları itiaxandır. Pul vahidi pesodur.
Ardı →