Рейтинг
+55.17

Turizm

50 üzv, 96 topik

Turizmin təşkilinin beynəlxalq əhəmiyyəti

Son illərdə turizmin təşkili işi qloballaşaraq sırf beynəlxalq fəaliyyət dairəsinə daxil olmuşdur. Bu səbəbdən də turizmin təşkili işi dünya əhalisinin bir-birinə yaxınlaşmasına təminat yaradan bir sahə olmaqla yanaşı, o həm də milyonlarla insanların sosial və iqtisadi problemlərinin ödənilməsinə yardımçı olan böyük fəaliyyət sahəsinə çevrilmişdir. Eyni zamanda turizmin inkişaf etdirilməsi nəticəsində yeni iş yerləri yaranmışdır. Alimlərin apardıqları tədqiqatlara görə hal-hazırda dünya üzrə turizm sahəsində çalışanların sayı 192 milyon nəfərə çatmışdır. Turizmin qloballaşması onun iqtisadi və sosialmədəni əhəmiyyəti ilə bağlıdır.
Ardı →

Turizmin tarixi

Turizmin tarixi inkişaf mərhələsi qədim keçmişə malikdir. Və kulturoloji aspektdə öyrənilməsi vacibdir.
Qeyd etmək lazımdır ki, ədəbiyyatlarda kütləvi turizmin ilk təşkilatçısı ingilis Tomas Kuk adlı şəxs hesab olunur. O, hələ, 1841-ci ildə Lankasterdən Dolnqboruqa qədər dəmir yolu ilə 570 nəfərin kütləvi gəzintisini təşkil etmişdir. Bu hadisə ilə Tomas Kuk müasir turizmin əsasını qoymuşdur. O, həmçinin 1847-ci ildə səyahət və ekskursiyalar cəmiyyəti yaratmış, bir qrup zəngin ingilis vətəndaşlarının Aralıq dənizində səyahətini təşkil etmişdir.
Ardı →

Turizm sahəsində dövlət siyasəti

Bu gün Azərbaycanda turizm ,o cümlədən beynəlxalq turizm sahəsi diqqət mərkəzindədir. Turizm insan kütləsini özündə birləşdirən bir sahə olduğu üçün burada insanların mədəni ünsiyyətinin və onların maarifləndirilməsinin də böyük ictimai-siyasi və kulturoloji əhəmiyyəti vardır. Turizm təkcə insanların səyahatlərinin təşkilinə onların mənəvi həzzinə xidmət etmir, eyni zamanda turizm insanların müxtəlif bilgilərlə maarifləndirmək, onların dünyagörüşlərini inkişaf etdirmək funksiyalarını yerinə yetirir.
Ardı →

Yəmən

  • Turizm

Yəmən,JamanAsiyanın cənub-qərbində yerləşən Yəmən Qırmızı dəniz və Hind okeanı akvatoriyasını birləşdirən Bab-əl-Məndab boğazı yaxınlığındadır. Buna görə strateji baxımdan ölkə ərazisi çox yararlı hesab olunur. Yəmənin ərazisi 528 min kvadrat kilometr, paytaxtı Səna şəhəridir. Ölkədə təhlükəsizliklə bağlı situasiya çox gərgindir. Bir sıra ölkələrin hökuməti Yəməni səyahət üçün təhlükəli ölkələr siyahısına daxil edib. Buna səbəb isə turistlərin oğurlanmasıdır. Amma əsirlərlə davranış çox gözəldir, son 10 ildə 200-ə yaxın turist oğurlansa da, onlar hökumət tərəfindən bəzi şərtlərin yerinə yetirilməsi vədi müqabilində buraxılıblar. Buna görə də yerli hökumət bəzi abidələri silahlı konvoy olmadan gəzməyi qadağan edib, iri turist qruplarının yanında isə adətən yerli müdafiə xidməti əməkdaşları gəzir. Ölkədə cinayətkarlıq gemək olar ki, yoxdur. İri şəhərlərdə cibgirlərə az hallarda rast gəlinir. Mehmanxanada, bütün ölkələrdə olduğu kimi, qiymətli əşyalarınızı qoymayın.


Ardı →

Laplandiya-Şaxta babanın vətəni

  • Turizm

Laplandiya-Skandinaviyanın şimalında yerləşirSoyuqlar düşən kimi insanın ağlına «Qış gəlir, deməli tezliklə Yeni il şənliyi olacaq» fikri gəlir. Bəs, Yeni ili harada keçirmək olar? Bu sualın çox sadə cavabı var. Şaxta babanın evinizə gəlməyini gözləməkdənsə siz onun yanına gedin. Əlbəttə ki, Laplandiyaya. Şimali Avropada yerləşən bu ölkə dörd dövlət arasında bölünüb. Bunlar Norveç, Finlandiya, İsveç və Rusiyadır. Buranın köklü sakinləri sayılan saamlar şimal hissədə məskunlaşıblar. Onların yarısı qədim dildə (10 dialektdə) danışır. Əhalinin çoxu Şimal qütbündən 5 km aralıda yerləşən paytaxt Rovaniem, Kemiyarvi, Kemi və Tornio şəhərlərində yaşayır. Bu ekzotik məkanda ilin dörd fəslindən əlavə sirli bir mövsüm də var. Buna kamos deyirlər. Həmin vaxt günəş üfiq xəttindən yuxayıra qalxmır və ətraf göy rəngə bürünür. Kamosu Laplandiyanın şimalında il ərzində 200 dəfə müşahidə etmək olar. Saamların animistik anlayışlarına görə səmada görünən ağ, yaşıl və sarı rənglərin peyda olmasına səbəb təpələrlə qaçan tülkünün quyruğudur.


Ardı →

Alyaska

Alyaska ABŞ-ın ən böyük və ən gənc ştatıdır


Ərazisinə görə ABŞ-ın ən böyük ştatı olmaqla yanaşı, Alyaska həm də ən az əhalisi olan ştatdır. Alyaska Şimali Amerika qitəsinin şimal-qərbində yerləşir, şərqdən Kanada, qərb və cənubdan Sakit okean, şimaldan isə Şimal Buzlu okeanı ilə həmsərhəddir. Rusiyadan Berinq boğazı ilə ayrılır. Alyaska ABŞ-ın tərkibinə 1867-ci ildə daxil olub. Məhz bu vaxt Rusiya imperiyası onu Amerika Ştatları İttifaqına 7 milyon dollara satdı. 1900-cü ildə isə Alyaskada qızıl yataqları tapıldı. Məşhur qızıl həyəcanı tez bir zamanda bütün Amerika qitəsini bürüdü. Vaxt keçdi və buraya varlanmağa gələnlər Alyaskada məskunlaşıb buranı ABŞ-ın ən mühüm iqtisadi ərazisinə çevirdilər. Müasir zamanda Alyaska torpaqları zəngin mineral və yanacaq resursları mənbəyidir. 1959-cu ildə ştat elan olunan Alyaskanın paytaxtı Cuno şəhəridir.


Ardı →

Kopenhagen-Danimarkanın paytaxtı

Danimarkanın paytaxtı Kopenhagen haqqında ilk məlumat 1043-cü ilə aiddir. Daniya dilində işlənən koben-havn sözünün mənası ticarət limanı deməkdir. Çox hissəsi Zellandiya, az hissəsi isə Amager adalarında yerləşən bu şəhərin belə adlandırılmasının əsas səbəbi onun Eresunn boğazının sahilində salınmasıdır. Öz mövcudluğuna görə şəhər həm də siyənək balığına minnətdar olmalıdır. Çünki yuxarıda adlarını çəkdiyimiz adalar arasındakı boğaz ta qədimdən balıq ovu ilə şöhrət tapmışdı. Və bu səbəbdən insanlar böyük məmuniyyətlə onun hər iki sahilində məskunlaşmışdılar. Hal-hazırda isə şəhər əhalisinin sayı 1,5 milyon nəfərdən çoxdur. Dünyada heç bir şəhər Kopenhagen qədər qonaqlarına nağıl danışmır. Hans Xristian Andersonun sayəsində bu məkan nağıl və möcüzə mücəssiməsinə çevrilib. Şəhərin dəyişməz atributlarından biri onun qvardiyasıdır. Onlar 1658-ci ildə kral III Frederikin zamanında təşkil olunub.


Ardı →

Çili

  • Turizm

Cənubi Amerikanın cənub qərbində dövlətdir. Onu «Antraktidaya açılan darvaza» da adlandırırlar. Dünyanın ən cənub şəhəri Puerto-Uilyams, ən hündür dağ gölü Çunqara (dəniz səviyyəsindən 4570 m hündürlükdədir) və daimi fəaliyyətdə olan vulkanı Ualyatiri (6064 m) buradadır. Şimalda Peru, şimal şərqdə Boliviya, şərqdə Argentina, cənubda isə Dreyk boğazı ilə həmsərhəddir. Uzunluğu 4329 km, eni isə 170 km-ə bərabərdir. Sahəsi 756 min km2-dir. Paytaxtı Santyaqo şəhəridir. İqlimi müxtəlifliyi ilə seçilir. Əhalisi 17 milyon nəfərdir. Onların 25%-ni avropalılar (alman, ingilis və italyanlar), 70%-ni metislər, 3-%-ni (şimalda aymara, cənubda isə Konsepsiyon və Mont şəhərləri arasında araukana hinduları yaşayır) hindular təşkil edir. Ərazisi 13 regiona onlar da öz növbəsində 50 əyalətə bölünür. Rəsmi dili ispan dilidir. Bununla yanaşı, əhali ingilis, alman və müxtəlif etnik qrupların dilində (aymara, arakuana, mapuçe) də danışır. Pul vahidi Çili pesosudur.


Ardı →

Maldiv adaları

  • Turizm

Maldiv Respublikası Hind okeanının ekvatorial sularında, Hindistanın cənubunda 1200 adada yerləşən dövlətdir. Ərazisi 298 kv.km, əhalisi 396 min nəfərdir. Qlobal iqlim dəyişikliklərinin adanı su altında qoyacağı proqnozlaşdırılaraq, 2005-ci ilin 15 noyabrından Maldiv xalqına Avstraliyaya sığınmaq haqqı verilib. Maldiv adalarının 200-də yaşayış var. Bunların 90-da Maldiv xalqı yaşayır, qalan 110 ada “otel ada” kimi istifadə edilir. Maldiv xalqı müsəlman olaraq sünni mənsəbinə mənsubdur. İslam dininin adət və ənənələri burada ciddi qorunur. Maldivdə əvvəlcə buddistlər məskunlaşıb. Daha sonralar ərəb taciri Əbul Barakhat Əl-Bar Barinin təbliği ilə əhali İslam dinini qəbul edib. Zaman-zaman Portuqaliya və Hollandiyanın hücumuna məruz qalan ada 75 il ingilislərin müstəmləkəsi altında olub. 1965-ci ilin 26 iyulunda isə müstəqillik qazanıb. Əhalinin etnik tərkibi pakistanlılar, hindlilər, ərəblər və sinqalardan ibarətdir. Dövlət dili Maldiv Dhivehi (sinqa ləhcəsi) və ingilis dilidir. Pul vahidi rufiyadır.


Ardı →

İordaniya

  • Turizm

İordaniya, rəsmi adı İordaniya Haşimi Krallığı Qərbi Asiyada yerləşir. Dövlət quruluşu konstitusiyalı monarxiyadır. Ərazisi Suriya Səhrasını və Aqaba körfəzini əhatə edir. İordaniya Suriya, İraq, Səudiyyə Ərəbistanı, Aqaba körfəzi, İsrail və Fələstinlə həmsərhəddir. Ölü dənizin idarə edilməsi hüququnu İsraillə, Aqaba körfəzini isə Səudiyyə Ərəbistanıyla paylaşır. İordaniyanin əksər hissəsi səhradır. Ölkənin paytaxtı Omman şəhəridir. İordaniyada dövlət dili ərəb dili, dövlət dini İslam dinidir. Əhalinin 95 faizini müsəlmanlar təşkil edir. Müsəlmanların 90 faizi sünniliyin şafii məzhəbinə aiddir. Az sayda şiə-imamlara və druzlara rast gəlmək olar (birlikdə 5%). Xristianlar əhalinin 5 faizini təşkil edirlər. Onlar əsasən şəhərlərdə məskunlaşıblar. İordaniya Krallığının ümumi ərazisi 89,342 km², əhalisi isə 5mln-dan artıqdır. Şəhər əhalisi — 72%, kənd əhalisi — 28%-dir. Ən yüksək nöqtəsi Ram dağında (1754 m), ən alçaq nöqtəsi — 403 m-dir (dəniz səviyyəsindən). Qışı sərin, yayı isti və qurudur.


Ardı →