Рейтинг
+55.17

Turizm

51 üzv, 98 topik

Yeni Zelandiya

Avstraliyanın 1600 km cənub şərqindəki Yeni Zelandiya, iki adadan ibarətdir: Şimal və Cənub adaları. Bunlardan başqa bir düjün (on iki ədəd) də kiçik ada var. Bu adalar gəmi ilə bir neçə saat uzaqlıqda yerləşir.

Yeni Zelandiyanın paytaxtı Vellinqton, ən böyük şəhəri isə Ouklanddır. Bir vaxtlar İngilis hegemonluğunda olan ölkə artıq müstəqildir. Yeni Zelandiya qarlı dağları, yaşıl meydanları, sahilləri, gölləri və şəlalələri ilə möhtəşəm mənzərələrə malikdir.

Ardı →

Milan şəhəri

  • Turizm

Milan-dünyanın ən iri moda mərkəzlərindən biri


Əgər Roma İtaliyanın paytaxtıdırsa, Milan ən böyük italyan əyaləti olan Lombardiyanın paytaxtıdır. Milan İtaliyanın böyüklüyünə görə ikinci şəhəridir və ölkənin maliyyə-iqtisadi mərkəzidir. Sahəsi 182 km2, əhalisi isə 1,3 milyon nəfərdir. Şəhər dəniz səviyyəsindən 100 metr yüksəklikdə yerləşir. Uzun müddət alman «Maylənd» adlanan Milan sözünün mənası latın dilindən tərcümədə «düzənlikdə məskunlaşma» deməkdir. Milan eradan əvvəl 6-5-ci əsrlərdə qallar (fransızlar) tərəfindən salınıb. Uzun tarixi boyunca bütün Avropa işğalçıları Milanı idarə ediblər. Milan bir neçə dəfə Böyük Roma İmperiyasının paytaxtı olub. 1157-ci ildə Milan müstəqil olsa da, bu, uzun sürmədi. 1277-ci ildən 1500-ci ilə qədər növbə ilə Milanı Viskont və Sforts sülaləsi idarə edib. Elə bu dövrlərdə də şəhərdə bir sıra abidələr ucaldılıb. Milan şəhəri ArmaniVersaçe kimi dünya şöhrətli dizaynerlərin vətənidir


Ardı →

Hindistan | Möcüzələr və əfsanələr ölkəsi

  • Turizm
Hindistan çox qədim və əsrarəngiz məkan sayılır. Hələ qədim dövrlərdən gələn hind fəlsəfəsi insanları çox düşündürüb. Hindistan turizm imkanları ilə də seçilir. Aydındır ki, qış aylarında nədənsə insan tropik bir ölkəyə getmək, soyuqdan donmuş bədənini isitmək arzusundadır. Bu arzunu reallaşdırmağın tək yolu açıq səma altında zəngin muzeyə bənzəyən möcüzələr diyarı — Hindistana getməkdir. Hindistan deyəndə çoxlarının təsəvvüründə bir mənzərə canlanır — insanlar fil üzərində gəzir, ölüləri Qanq çayına atır, ayaqyalın, cırıq paltar geyinmiş kişilər küçələrdə gəzişir. Bu təsəvvür bir az reallığa yaxındır. Amma Hindistan o qədər də qorxulu bir ölkə deyil. Ekzotik ölkənin paytaxtı Dehli şəhəridir.
Ardı →

Santa Klausun vətəni | Laplandiya

  • Turizm
Bu şəhəri təsvir etmək üçün xüsusi açar sözləri var. Dünyanın ən gözəl yerlərindən biridir desək yanılmarıq. Hündür dağlar, insanı heyran edən Şimal şəfəqi, hər tərəfi ağappaq qar bürünmüş meşələr və yollar — möhtəşəm dünya, Santa Klausun vətəni Laplandiya. Yeni il ərəfəsində bu ölkəyə getmək heç də pis fikir deyil.  Çox da böyük olmayan Laplandiya Finlandiya ərazisində yerləşir. Paytaxtı Rovaniem şəhəridir.  Laplandiyada böyük, dəbdəbəli, beşulduzlu otellər yoxdur. Burada böyük otelləri ikimərtəbəli taxta evciklər əvəzləyir. Ən möhtəşəm mehmanxana elə «Santa Klaus» otelidir.

Ardı →

Tunis

Afrikanın cənubunda yerləşən Tunisə qısa səyahətə hazırlaşın. Aralıq Dənizinin incisi olan Tunisdəyik.

Nə şərqlidir, nə qərbli; əslində Tunis şərqdən yüksələn və üzünü qərbə çevirən bir ölkədir. Aralıq dənizinin möhtəşəm mavisini, Afrikanın dayanılmaz istisini və Ərəb coğrafiyasının əsrarəngiz havasını tapacaqsınız bu torpaqlarda.

Tunis 1956-cı ildə Fransızlardan müstəqilliyini qazanıb. Bu torpaqlar bir dövrdə düz 4 yüzil Osmanlı dövlətinə bağlı qalmışdı. 10 milyon əhalisi olan ölkənin paytaxtı ölkə adı ilə eyni adı daşıyır.

Ardı →

Tailand

Tailand — bacarıqlı filləri, əhlilləşdirilmiş timsahları, təbii gözəllikləri və müasir mənzərəsi ilə yanaşı, fərqli mədəniyyəti ilə nəzərlərimizi cəlb edən bir ölkədir.
Adı bir vaxtlar Siyam Krallığı olan ölkə 1939-cu ildə Tailand adlandırılmışdır. Paytaxt Banqkokun tai dilindəki mənası «mələklər şəhəri»dir. 200 il bundan əvvəl kiçik bir balıqçı şəhəri Siyam Krallığının paytaxt qurulan şəhəri, indi Asiyanın ən önəmli şəhərlərindən biridir. 

Kanallar şəhəri olan Banqkok qədimdə uzaq şərqin Venesiyası kimi tanınırmış. «Suların ən soylu anası» mənasında Çau Praya ilə şəhər iki yerə bölünür. Bu çayı Banqkokdan ayrı düşünmək mümkün deyil. Məhsuldar ovalar Çau Praya çayı ilə canlanmış və məhsul vermişdir.

Ardı →

Zəngin tarixi şəhər, çox sayda spa və ucuz müalicə | Budapeştə gəlin

  • Turizm

Tarixi Spa paytaxtı

Macarıstanın paytaxtı və ən böyük şəhəri olan Budapeşt Mərkəzi Avropanın ən mühüm mərkəzlərindən biridir. Rəsmi olaraq 19-cu əsrin 70-ci illərində təsis edilən müasir Budapeşt indi həm də qlobal mərkəzlərdən hesab olunur. Əhalisinin sayına görə Avropanın 8 ən iri şəhərindən biridir. Macarıstanın paytaxtı zəngin tarix, mədəniyyət və əyləncə təklif edir. Mədəniyyət, əyləncə və rahatlıq bir yerdə arayırsınızsa onda Budapeşt sizin üçündür. Spa, akva park və müalicə şəraiti bu gözəl Avropa şəhərini əsl istirahət yerinə çevirir.

Avropanın mərkəzi


Ardı →

Şri-Lanka | Cəngəlliklər qoynundakı ada

  • Turizm
Şri-Lanka sadəcə çayına, suşisinə və daş-qaşına görə deyil digər gözəllikləri ilə də seçilir. Adaya turist kimi gedənlərin sayı olduqca böyükdür. Qışda, soyuq havada isti bir məkana getmək, günəş şüalarından isinmiş qum üzərində gəzmək yəqin ki, hamının arzusudur. Bunun üçün gedəcəyin yeri çox fikirləşməyə ehtiyac yoxdur. Qızıl kimi parıldayan qum, iriyarpaqlı palma meşələri, vəhşi heyvanlarla dolu olan safari — sehirli tarixi ölkə Şri-Lanka adasını seçmək heç də yanlış olmazdı. Hind okeanında yerləşən bu möhtəşəm ada sanki nağıllardan çıxmış bir ölkədir. Paytaxtı Kolombo şəhəridir.
Ardı →

Dünyanın ən gözəl çayı - "Cano Cristales"

  • Turizm

Kolumbiyanın Sierra de la Macarena bölgəsində yerləşən,  xalq tərəfindən «5 Rəngin Çayı» olaraq adlandırılan Cano Cristales çayı «cənnətə doğru irəliləyən çay» və «dünyanın ən gözəl çayı» olaraq da bilinir.

İlin əksər vaxtı başqa çaylardan fərqi yoxdur, yaşıl yosunlarla örtülü daşları və masmavi suları vardır. Ancaq çay hər il qısa bir müddət üçün sanki çiçək açır və göyqurşağının bütün rənglərini özündə birləşdirir.

Kolombiyanın yağışlı mövsümü boyunca çayın su kütləsi daha sürətli və dərindən axır, çayın dibini qaraldaraq görünməz edir. Belə olduqda çaydakı yosunlar ehtiyac duyduqları günəş şüalarını ala bilmirlər.

Quraq mövsüm boyunca isə çaydakı həyatı bəsləyəcək qədər su tapılmaz. Ancaq yağışlı və quraq mövsüm arasında elə bir dövr də vardır ki, su səviyyəsi olması lazım olduğu kimi olur, onlarla növ yosun və alg mükəmməl bir rəng müxtəlifliyi nümayiş etdirir. Mavi, yaşıl, qara, qırmızı və çəhrayı rəngin minlərlə tonu çayın üzərini örtür.


Ardı →

Nağıllar şəhəri "Praqa"

  • Turizm

Praqa - Tarixi, təbiəti və romantizmi birləşdirməsi ilə məşhurluq qazanan bir şəhər. Bu şəhər özünün Stare Mesto, Nove Mesto, Karl körpüsü kimi tarixi məkanları, bexerovka içkisi, əsrarəngiz iqlimi ilə məşhurdur.

 Köhnə şəhər (Stare Mesto) - Çex dilində mesto şəhər deməkdir. Köhnə Şəhər Praqanın düz mərkəzində yerləşən qədim və heyrətamiz arxitektura ilə zəngin olan iri meydandan ibarətdir. Köhnə şəhərdəki unikal abidələr və binalar Çexiya tarixinin şahidləridir. Qədim sənədlər Köhnə şəhərdə hələ orta əsrlərdən məskunlaşmanın olduğu bildirir. Köhnə şəhər Praqaqrad ilə Vışeqrad qəsrləri arasında yaranıb. Əvvəlcə bir neçə taxta ev və kilsə inşa edilib. Burada nəinki çexlər, almanlar, avstriyalılar, hətta yəhudilər də yaşayıb.Yeri gəlmişkən Köhnə şəhərin mərkəzində qədim yəhudi qəbiristanlığı və sinaqoq var. Əhalinin alman hissəsi Porjiç qəsəbəsində yaşayır. Sonradan bütün qəsəbələr birləşdirilib və həmin məkana Praqaqrad adı verildi. Şəhərin təzə hissəsi tikiləndə Praqaqrada-Köhnə şəhərə çex dili ilə desək Stare Mesto adı verilir. Stare Mesto meydanına ilk dəfə daxil olan adam özünü nağıladakı kimi hiss edir.Meydanın əzəməti ətrafdakı binaların və kilsələrin gözəlliyi, möhtəşəmliyi insanı valeh edir. 


Ardı →