Saitlərin bölgüsü

Türk dilinin saitləri üç prinsipə görə bölünür:
1. Dilin vəziyyətinə görə:
a) dilönü və ya incə saitlər: e, i, ö, ü.
b) dilarxası və ya qalın saitlər: a, ı, o, u.

2. Dodaqların vəziyyətinə görə:
a) dodaqlanan saitlər: o, u, ö, ü.
b) dodaqlanmayan saitlər: a, ı, e, i.

3. Ağız boşluğunun vəziyyətinə görə:
a) gen və ya açıq saitlər: a, e, o, ö.
b) dar və ya qapalı saitlər: ı, i, u, ü.

Saitlərin bölgüsünü göstərən cədvəl

Dodaqların
vəziyyətinə görə

Dodaqlanmayan

Dodaqlanan

Ağız boşluğunun
vəziyyətinə görə

Gen

Dar

Gen

Dar

Dilin
vəziyyətinə
görə

İncə

e

i

ö

ü

Qalın

a

I

o

u

Yuxarıdakı cədvəldən istifadə edərək, türk dilindəki saitlərin hər birinin fərqləndirici əlamətlərini qruplaşdırmaq mümkündür:
a - qalın, dodaqlanmayan, gen saitdir.
e - incə, dodaqlanmayan, gen saitdir.
i - incə, dodaqlanmayan, dar saitdir.
ı - qalın, dodaqlanmayan, dar saitdir.
o - qalın, dodaqlanan, gen saitdir.
ö - incə, dodaqlanan, gen saitdir.
u - qalın, dodaqlanan, dar saitdir.
ü - incə, dodaqlanan, dar saitdir.

loading...

0 şərh