"L" samiti

a) "l" samiti qalın saitlərlə heca qurduqda, qalın tələffüz edilir:

lahana - kələm

balık - balıq

abla - böyük bacım

almak - almaq, götürmək

soluk - nəfəs

bal - bal

kılıç - qılınc

olay - hadisə

dal - budaq

 

b) "l" samiti incə saitlərlə heca qurduqda, incə tələffüz edilir:

dil - dil

elçi - səfir, elçi

il - rayon, vilayət

bilmek - bilmək, tanımaq

ilişki - münasibət

liman - liman

ilgili - əlaqədar

levha - lövhə

c) alınma sözlərin əksəriyyətində qalın saitlərlə heca qurduqda belə "l" samiti incə tələffüz edilir:

lazım - lazım

petrol - neft

istiklal - istiqlal, azadlıq

lastik - rezin, təkər

hal - hal, vəziyyət

lokanta - yeməkxana

sual - sual

malum - məlum

rol - rol

 

Qeyd: Sonu incə "l" səsi ilə bitən sözlər incə saitli şəkilçi tələb edir. Orfoqrafik səhv buraxmamaq üçün sözün sonundakı "l" samitinin incə və ya qalın tələffüz edildiyini yadda saxlamaq lazımdır. Tanış olmayan sözlə rastlaşdıqda lüğətə müraciət etmək məsləhətdir. Lüğətlərdə bu barədə müvafiq qeyd verilir. Məsələn:

petrol (-lü)
sual (-li)
general (-li)
istiklal (-imiz)

Bu cür qeydi olmayan sözlərdə isə "l" samiti qalın tələffüz edilir.

0 şərh