Məsdər

Məsdər felin təsriflənməyən formasıdır.
Türk dilində ən çox işlənən məsdər şəkilçiləri bunlardır:
-mak, -mek, -ma, -me;
bakmak, almak, gelmek, gülmek, okuma, bitme, gitme.
Göstərilən məsdər şəkilçilərinin hamısı, əsasən, sinonim şəkilçiləridir, yəni felin qeyri-müəyyən formasını yaradır və hərəkət prosesinin adını ifadə edirlər. Lakin həmin şəkilçilərin funksiya müxtəlifliyinə, bəzi spesifik cəhətlərinə diqqət etmək lazımdır.
-mak, -mek-lə düzələn məsdərlər daha çox mücərrəd, qeyri-müəyyən, -ma, -me ilə düzələn məsdərlər isə konkret müəyyən hərəkətin adını bildirir. Hər iki məsdər forması hallana bilər; qoşmalarla işlədilir, lakin -mak, -mek şəkilçili məsdərlər cəm şəkilçisi və mənsubiyyət şəkilçisi qəbul etmir, -ma, -me şəkilçili məsdərlər isə cəmlənir və mənsubiyyət şə­kilçisi qəbul etmir, -ma, -me şəkilçili məsdərlər isə cəmlənir və mənsubiyyət şəkilçisi qəbul edirlər. Türk dilində məsdərləri almaklar, gelmekler, almağım, gelmeğim şəklində işlətmək olmaz. Bunların yerinə almalar, gelmeler, almam, gelmem forması işlədilir. Digər tərəfdən müasir türk dilinin faktları göstərir ki, həmin məsdərlərin hallanmalarında da diferensiallaşma baş verir: -mak, -mek şəkilçili məsdərlər daha çox adlıq, yerlik və çıxışlıq hallarında, -ma, -me ilə bitən məsdərlər isə bütün hallarda işlədilir.

A. — almak

-gelme

Y. -

-gelmenin

Yön. -

-gelmeye

T. -

-gelmeyi

Yer. — almakta

-gelmede

Ç. — almaktan

-gelmeden

Türk dilində şəxs kateqoriyası şəxs şəkilçiləri vasitəsilə ifadə olunur. Həmin şəkilçilər fellərə qoşularaq, hərəkətin hansı şəxsə aid olduğunu göstərir. Türk dilində şəxs şəkil­çiləri iki kateqoriyaya bölünür.

a) I kateqoriya şəxs şəkilçiləri:
1-ci şəxs tək: -(y) ım, -(y) im, -(y) um, -(y) üm;
1-ci şəxs cəm: -(-y) ız, -(y) iz, -(y) uz, -(y) üz;
2-ci şəxs tək: -sın, -sin, -sun, -sün;
2-ci şəxs cəm: -smız, -siniz; -sunuz, -sünüz;
3-cü şəxsin tək və cəmində xüsusi şəxs şəkilçisi yoxdur.

b) II kateqoriya şəxs şəkilçiləri:

Tək

Cəm

1-ci şəxs: -m

-k

2-ci şəxs: -n

-nız, -niz, -nuz, -nüz.

3-cü şəxs: -

-

0 şərh