Felin bacarıq şəkli

Türk dilində «yeterlik fiili» adı verilən felin bacarıq şəkli (mümkünlük aspekti) «bilmek» felinin köməyi ilə düzə­lir. «Bilmek» feli -a, -e // -ya, -ye feli bağlama şəkilçisi qəbul etmiş fel kökünə bitişdirilir və felin bütün zamanlarında işlənir, şəxs şəkilçiləri «bilmek» felinin kökünə artırılır.

Felin bacarıq şəklinin təsdiq forması

İndiki zamanda:

gelebiliyorum

Gelebiliyoruz

gelebiliyorsun

Gelebiliyorsunuz

gelebiliyor

Gelebiliyorlar

Şühudi keçmiş zamanda:

okuyabildim

Okuyabildik

okuyabildin

okuyabildiniz

okuyabildi

okuyabildiler

Nəqli keçmiş zamanda:

yazabilmişim

yazabilmişiz

yazabilmişsin

yazabilmişsiniz

yazabilmiş

yazabilmişler


Gələcək zamanda:

yapabileceğim

yapabileceğiz

yapabileceksin

yapabileceksiniz

yapabilecek

yapabilecekler

Geniş zamanda:

gidebilirim

Gidebiliriz

gidebilirsin

gidebilirsiniz

gidebilir

Gidebilirler


Mürəkkəb fellərdə «bilmek» sözü birləşmənin ikinci tərəfinə qoşulur:

taarruz etmek — taaruz edebilmek
yoketmek — yokedebilmek
işğal etmek — işğal edebilmek
affetmek — affedebilmek

Felin bacarıq şəkli felin inkar formasından da düzəlir:

yorulmamak — yorulmuyabilmek
gecikmemek — gecikmiyebilmek
okumamak — okumuyabilmek
yazmamak — yazmıyabilmek

Azərbaycan dilində də felin bacarıq şəklini ifadə etmək üçün «bilmək» felindən istifadə olunur, ancaq dilimizdə «bilmək» feli qoşulduğu sözdən ayrı yazılır. Məs.: görə bilirəm, görə bildim, yaza biləcəyəm, oxuya biləcəksən, baxa biləcəyik və s.

Felin bacarıq şəklinin inkar forması (qeyri-mümkünlük aspekti) isə türk dilini Azərbaycan dilindən fərqləndirən ən mühüm morfoloji əlamətlərdən biridir. Dilimizdə qeyri-mümkünlüyü ifadə etmək üçün «bilmək» felinə inkar şəkilçisi gətirmək kifayətdir: gedə bilmərəm, gələ bilmədin, yaza bilməyəcəksiniz, oxuya bilməzsən;
Türk dilində isə qeyri-mümkünlüyün ifadəsi zamanı «bilmek» feli tamamilə ortadan çıxır.
Türk dilində felin bacarıq şəklinin inkarı fel kökünə artırılan -ama, -eme; -amı, -emi morfemləri vasitəsilə düzəlir; Fel kökü saitlə bitərsə, araya bitişdirici «y» samiti əlavə edilir. Vurğu -ma, -me inkar şəkilçisindən əvvəlki hecanın üzərinə düşür.

İndiki zamanda:

gelemiyorum

gələ bilmirəm

gelemiyorsun

gələ bilmirsən

gelemiyor

gələ bilmir

gelemiyoruz

gələ bilmirik

gelemiyorsunuz

gələ bilmirsiniz

gelemiyorlar

gələ bilmirlər.

Şühudi keçmiş zamanda:

okuyamadım

oxuya bilmədim

okuyamadın

oxuya bilmədin

okuyamadı

oxuya bilmədi

okuyamadık

oxuya bilmədik

okuyamadınız

oxuya bilmədiniz

okuyamadılar

oxuya bilmədilər

Nəqli keçmiş zamanda:

yazamamışım

yaza bilməmişəm

yazamamışsın

yaza bilməmişsin

yazamamış

yaza bilməmiş

yazamamışız

yaza bilməmişik

yazamamışsınız

yaza bilməmişsiniz

yazamamışlar

yaza bilməmişlər

Gələcək zamanda:

yapamıyacağım

edə bilməyəcəyəm

yapamayacaksın

edə bilməyəcəksən

yapamıyacak

edə bilməyəcək

yapamıyacağız

edə bilməyəcəyik

yapamıyacaksınız

edə bilməyəcəksiniz

yapamıyacaklar

edə bilməyəcəklər

Geniş zamanda:

gidemem

gedə bilmərəm

gidemezsin

gedə bilməzsən

gidemez

gedə bilməz

gidemeyiz

gedə bilmərik

gidemezsiniz

gedə bilməzsiniz

gidemezler

gedə bilməzlər

 

Azərbaycan dilində felin bacarıq şəklinin inkarının (qeyri-mümkünlük aspektinin) türk dilində olduğu kimi (yə­ni «bilmək» felini işlətmədən) işlənməsi şifahi nitq üçün xarakterikdir:


gedəmmərəm, gələmmərsən, oxuyammaz, baxammarıq, alammarsınız, biləmməzlər və s.

Felin bacarıq şəklinin sual forması

İndiki zamanda:

gelebiliyor muyum?

gelebiliyor muyuz?

gelebiliyor musun?

gelebiliyor musunuz?

gelebiliyor mu?

gelebiliyorları mı?

Şühudi keçmiş zamanda:

okuyabildim mi?

okuyabildik mi?

okuyabildin mi?

okuyabildiniz mi?

okuyabildi mi?

okuyabildiler mi?

Nəqli keçmiş zamanda:

yazabilmiş miyim?

yazabilmiş miyiz?

yazabilmiş misin?

yazabilmiş misiniz?

yazabilmiş mi?

yazabilmişler mi?

Gələcək zamanda:

yapabilecek miyim?

yapabilecek miyiz?

yapabilecek misin?

yapabilecek misiniz?

yapabilecek mi?

yapabilecekler mi?

Geniş zamanda

gidebilir miyim?

gidebilir miyiz?

gidebilir misin?

gidebilir misiniz?

gidebilir mi?

gidebilirler mi?

Felin bacarıq şəklinin inkar-sual forması

İndiki zamanda:

gelemiyor muyum?

gelemiyor muyuz?

gelemiyor musun?

gelemiyor musunuz?

gelemiyor mu?

gelemiyorlar mı?

Şühudi keçmiş zamanda:

okuyamadım mı?

okuyamadık mı?

okuyamadın mı?

okuyamadınız mı?

okuyamadı mı?

okuyamadılar mı?

Nəqli keçmiş zamanda:

yazamamış mıyım?

yazamamış mıyız?

yazamamış mısın?

yazamamış mısınız?

yazamamış mı?

yazamamışlar mı?

Gələcək zamanda:

yapamayacak mıyım?

yapamayacak mıyız?

yapamayacak mısın?

yapamayacak mısınız

yapamayacak mı?

yapamayacaklar mı?

Geniş zamanda

gidemez miyim?

gidemez miyiz?

gidemez misin?

gidemez misiniz?

gidemez mi?

gidemezler mi?

0 şərh