Qazan xanlığı

XIV əsrdə Volqa çayının aşağı və orta axarlarında iqtisadi və mədəni yüksəliş baş verdi. Bu yüksəlişdə İdil Bulqar padşahlığının ənənələri böyük rol oynadı. XV əsrin birinci yarısında Orta Volqaboyunun Qızıl Ordudan ayrılması nəticəsində Kama çayının Volqa çayına töküldüyü yerin yaxınlığında müstəqil Qazan xanlığı yaradıldı. Qızıl Ordu xanı Ulu Məhəmməd 1437-ci ildə Qızıl Orduda baş verən daxili çəkişmələr nəticəsində Saray-Bərkə şəhərini tərk etdi və Qazan şəhərini öz dövlətinin paytaxt elan etdi. Ulu Məhəmməd yeni yaratdığı dövlətin mövqelərini möhkəmləndirmək üçün ayrı-ayrı türk bəylərini itaət etməyə çağırdı. Volqanın sol sahilində yaşayan çəmən çeramisləri, çayın uca sağ sahilində yaşayan dağ çeremisləri, udmurtlar, çuvaşlar Qazan xanlığının hakimiyyətini qəbul etdilər.

Qazan xanlığı əlverişli coğrafi mövqeyə malik idi. (Xanlığın ərazisi indiki Tatarıstan respublikasının bir hissəsini təşkil edirdi.) Qərbdə Qazan xanlığının ərazisini Moskva knyazlığından Sura çayı ayırırdı. Bu xanlıq ticarət cəhətdən olduqca əlverişli şəraitdə yerləşirdi. Belə ki, xanlığın ərazisində mühüm su yolları-Xəzər dənizinə tökülən Volqa, Ural tərəfdən axıb gələn Kama və Oka çayları burada bir-birinə qovuşurdu. Buxara və Xivəyə gedən karvan yolları da buradan keçirdi. Bu ölkə maldarlıq və əkçinlik vilayətlərinə, arıçılıq, ovçuluq və balıqçılığın inkişaf etdiyi ərazilərə malik idi. VIII-X əsrlərdə Volqa ilə Kama sahillərində bulqar tayfalarının qaynayıb qarşıması nəticəsində Volqa-Kama bulqarları yaranmışdı. Qazan türkləri vahid bir xalq kimi XIIIəsrdə monqolların hücumlarından sonra formalaşmağa başlamış, bu proses əsasən XVI əsrin sonlarında başa çatmışdı. Bulqar türklərinin böyük tayfalarından biri Qazan adlanırdı. Qazan tayfasına mənsub ailələr Cənubi Qafqazda gəlib məskunlaşmışdılar. Bunu indiki Azərbaycan Respublikasının, habelə Qərbi Azərbaycanın ərazilərində Qazançı adlı kəndlərin olması da sübut edir.

Qazan xanlığının  təsərrüfat həyatı. Dövlət quruluşu. Əhalinin başlıca məşğuliyyəti əkinçilik, maldarlıq, meşə arıçılığı və sənətkarlıq idi. Qazan sənətkarları müxtəlif metal növlərindən əşyalar və bəzək şeyləri hazırlamaqla məşhur idilər. Xanlığın əhatə etdiyi ərazinin əlverişli təbii-coğrafi şəraiti bu yerlərdə əhalinin kənd təsərrüfatı ilə məşğul olmasına geniş imkan yaradırdı.

Geniş meşələr ölkəni xəz dəri ilə təmin edirdi. Xəz dəri və meşin xanlığın başlıca ixracat malları idi. Qazanın İran, Azərbaycan, Rus torpaqları, Sibir vəMərkəzi Asiya bazarları ilə geniş ticarət əlaqələri var idi. Şərq bazarları ölkəni parça və zərgərlik malları ilə təchiz edirdi. Sibirdən buraya xəz dərilər, Rus torpaqlarındanduz gətirilirdi. Volqadakı ticarət adasında hər il yarmarka (ildə bir dəfə keçirilən beynəlxalq bazar) keçirilirdi. Yarmarkada İrandan, Həştərxandan, Krımdan,Mərkəzi Asiyadan və Qafqazdan gələn tacirlər fəal iştirak edirdilər. Ticarət xanlığa böyük gəlir gətirdiyi üçün Qazanda iri karvansaralar, qonaq evləri, məscidələr tikilmişdi. O vaxtdan Volqaboyunda və sonra bütün Rusiyada Qazan yeganə şəhər idi ki, şərq üslubunda daim fəaliyyət göstərən hamamlar var idi. Qul alveri də geniş yayılmışdı.

Feodallar mülkləri Qazan şəhərinin ətrafında yerləşmişdi. Xan iri feodallara bütöv vilayətləri iqta kimi verirdi. Onlar isə həmin yerlərin əhalisindən yasaq olaraq pul və başqa məhsullar toplayırdılar. Onların mülkləri xanın xeyrinə vergi verməkdən və başqa mükəlləfiyyətlərdən azad idi. Qazan feodalları arasında çəkişmələrdən istifadə edən qonşu ölkələrin aramsız hücumları ölkə üçün təhlükəli vəziyyət yaradırdı.

Dövlətin başında xan dururdu. Xanqdan sonra mühüm mövqeyi xanın irsi məşvərətçisi sayılan kərəçlər tuturdular. Daha sonra bəylər, murzalar xırda feodallar gəlirdi. Ruhanilər də feodal əyanlar təbəqəsinə daxil idilər. Ən mühüm məsələləri həll etmək üçün xan özünün bütün vassallarını qurultaya-bütün Qaza ntorpaqlarının şurasına çağırırdı. «Qara camaat» dövlətin idarə işlərinə buraxılmırdı. Kənd yerlərində onlar «aksakkal» adlanan qocalar tərəfindən idarə edilirdilər. Vergi işlərinə darğa baxırdı.

Moskva knyazlığı ilə münasibətlər. Ulu Məhəmmədin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Qazan xanlığının yüksəlişi, ətraf ərazilərdə nüfuzunun artması; xanlığın təbii sərvətləri, habelə Volqa çayı kimi mühüm ticarət yolunun onun ixtiyarında olması. Ulu Məhəmməd hakimiyyətdə olduğu 1437-1445-ci illər ərzində Moskva knyazlığının işğalçı məqsədlərinin həyata keçirilməsinə nəinki mane oldu, hətta bir neçə dəfə Moskva knyazlığı üzərinə yürüş edərək, uğurlu nəticələr də əldə etdi. 1439-cu ildə isə Moskvanın lap yaxınlığına qədər irəliləyə bildi.1444-cü ildə Suzdal yaxınlığında rus qoşunları darmadağın edildi. Ulu Məhəmməd Rusiyanın ayrı-ayrı şəhərlərini idarə etmək 500 nəfərdən çox türkü müxtəlif vəzifələrə təyin etdi. Rus knyazları Qazan xanlığından asılı vəziyyətə düşdü. 1467-ci ildə Moskva knyazı III İvan Qazan üzərinə hücum etsə də, uğursuzluğa düçar oldu. 1468-ci ildəki hücumda ruslar yalnız bayır şəhəri tuub yandıra bildilər. Qazanlılar şəhəri müdaifə etdilər, hətta əks hücumla rusları Nijni-Novqorodda qədər qovudalr. Həmin ildə ruslar ikinci yürüşü zamanı qəfildən qazanlıları yaxaladılar. Müvəffəqiyyətsizliyə uğrayan xan sülh bağlamağa məcbur oldular.

1479-cu ildəQazanda hakimiyyətə Moskva əleyhdarı olan Əli xan gəldi.1480-ci ildə Moskva knyazlığının Qızıl Ordudan asılılığı ləğv ediləndən sonra Rusiya-Qazan münasibətləri daha da kəskinləşmişdi. 1487-ci ildə ruslar Qazanı tutdular, Əli xanı əsir edib Beloozeriyaya sürgün etdilər. III İvan xanın qardaşları Məhəmməd Əlini və Əbdüllətifi növbə ilə taxta əyləşdirdi. Onlar xanlığı Moskvanın vassalı kimi idarə edirdilər. Ulu Məhəmməd sülaləsinin son nümayəndəsi olan Məhəmməd Əmin 1518-ci ildə vəfat etdi. Moskva onun yerinə Şah Əlini xan hazırlamışdı. Lakin bu plan baş tutmadı. Qazan xanı Şəfa Gəray oldu. O, yerli feodalların və din xadimlərinin köməyi ilə hakimiyyətini qismən möhkəmləndirə bildi.Qazan xanlığı 1552-ci ildə Rusiya çarı IV İvan Qroznı tərəfindən işğal olunaraq süquta uğradılmışdır.

0 şərh