Dehli sultanlığının tarixi

Dehli sultanlığının yaranması. Feodal ara müharibələri Hindistanı zəiflədirdi. Hind icmaları arasında sosial narazılıq kəskinləşdi, kastalar arasında çəkişmə, Hindistanın türk tayfaları tərəfindən işğalına şərait yaratdı. 1175-cı ildə sərkərdə Sahabəddin Məhəmməd Gurlu Pəncabı tutdu, Qəznəvi sülaləsinin hakimiyyətinə son qoydu (1178). Gurlu 1192-ci ildə Hind knyazlarını məğlub edib bütün Doab vilayətini tutdu. O, 20 il ərzində Şimalı Hindistanı ələ keçirmişdi, lakin Pəncab üsyanmı yatırarkən öldürüldü. və canişin Qütbəddin Aybək (1206-1210) onu əvəz etdi və Şimali Hindistanda Dehli sultanlığının əsasını qoydu (1206). ölümündən sonra hakimiyyətə onun kürəkəni Eltutmuş xan gəldi. Onun dövründə feodal ara müharibələri gücləndi. 1221-ci ildə Cəlaləddini təqib edən monqollar Hindistana soxularaq oranı qarət edib geri döndülər. Bundan sonra monqolların hücumları tez-tez təkrarlanırdı. Yerli feodallar Dehli sultanı Nəsrəddin Mahmudun (1246-1265) ətrafında birləşməyə məcbur oldular. 1265- ci ildə baş vəzir Qiyasəddin Balaban xırda və orta feodalların köməyi ilə Nəsrəddini hakimiyyətdən saldı və özünü sultan elan etdi. Güclü qoşun yaradaraq monqolları ölkədən çıxarmağa nail oldu.

Dehli sultanlığının idarə edilməsi. Dehli sultanlığı feodal monarxiya dövləti idi. Dövlətə sultan başçılıq edirdi. Onda sonra ən səlahiyyətli şəxs. baş vəzir idi. O, icraedici və nəzarət funksiyasına malik idi. Sultanlıq vilayətlərə bölünmüşdü, onları sultanın təyin etdiyi valilər idarə edirdi. Valilər şahzadələrdən və iri feodallardan təyin olunurdu. Vilayətlər dairələrə bölünür, onu valinin təyin etdiyi rəislər idarə edirdi. Məhkəmə işlərinə qazilər baxırdı. Türkmənşəli sərkərdə və məmurlar sultandan iqta şəkilində torpaq alırdılar. Onlar hind feodallardan fərqli olaraq, hərbi rütbələrinə uyğun olaraq müəyyən miqdarda qoşun saxlaya bilərdilər. Dehli sultanlığında hərbi xidmət müqabilində dövlətdən torpaq alan şərti torpaq sahibləri zəmindarlar adlanırdı. Sultan istədiyi vaxt iqtanı geri ala bilirdi. Din xadimlərinə çoxlu vəqf torpaqları verilmişdi. Sultan ailəsinə mənsub olan torpaqlar xassə adlanırdı. Hind icmaçı kəndliləri yenə əsas istehsalçılar idilər. Vergi ayrı-ayrı adamlardan deyil, bütün icmadan alınırdı. Onlar vergilərdən başqa, bir sıra mükəlləfiyyətlər də (yollar çəkir, saraylar tikir və s.) yerinə yetirirdilər. Dehli sultanlığında torpağın əsas mülkiyətçisi dövlət idi.

Dehli sultanlığının tənəzzülü. Sultan Əlaəddin Hilçi (1296-1316) güclü muzdlu ordu yaratmaqla monqolların hücumunun qarşısını aldı. Ordunu təmin etmək üçün ərzaq üzərində dövlət nəzarəti qoydu. Onun tədbirləri nəticəsində çoxlu taxıl və yem tədarük edildi. 1308-1311-cü illərdə o, Dekanı ələ keçirdi və tarixdə ilk dəfə bütün Hindistanı vahid dövlətdə birləşdirdi. Vergilərin artırılması əhalini narazı saldı və 1316-cı ildə baş vermiş qiyam nəticəsində Əlaəddin öldürüldü. Taxtı-tacı müsəlman türk sülaləsi Tuğlaqilərin əlinə keçdi. Dekan sultanlıqdan ayrıldı. Lakin Qiyasəddin Tuğlaqi (1325-1351) Dekanı yenidən tutdu. O, 1326-cı ildə paytaxtı Dehlidən ölkənin mərkəzində yerləşən Deoqir şəhərinə köçürdü. Bundan sonra Dehli şəhəri tənəzzül etdi. Tuğlaqi monqol hücumunun qarşısını aldı. Lakin o iqtadarların və valilərin qiyamının qarşısını ala bilmədi. Sultan böyük bir ordu yaratdı. O, 1329-cı ildə qoşunun məvacibini mis pulla verməklə xəzinənin boşalmasının qarşısını almağa çalışdı, lakin buna nail ola bilmədi. Qiyasəddin Qucaratdakı üsyanı yatırarkən öldürüldü. Onu əmisi oğlu Firuz əvəz etdi. Firuz iri feodallarla mübarizədən əl çəkdi, Benqaliya və Dekanın ayrılması ilə razılaşdı. O, iqtanın nəsildən-nəsilə keçməsi haqqında fərman verdi, O, orduya xərcləri azaltdı və maliyyə böhranına son qoydu və Camna Sətləc arasında suvarma kanalı çəkdirdi. Onun ölümündən sonra hakimiyyət uğrunda mübarizə gücləndi, bir sıra vilayətlər. Dehli sultanlığından ayrıldı. 1398-ci ildə Əmir Teymur Dehlini tutdu. Bundan sonra Dehli sultanlığı zəiflədi və onun dağılması sürətləndir.

Hindistan mədəniyyəti. XIII əsrdə müsəlman-türk Dehli sultanlığının yaranması ilə Hindistanda müsəlman-hind mədəniyyəti formalaşdı. XIII-XV əsrdə Dehli sultanlarının sarayında hind dilində salnamələr yazdırdı. Ən məşhur müsəlman salnaməçisi Ziyaəddin Barani idi. Hindistanda fars dilində yazan şairlər fəaliyyət göstərirdilər. Onlardan biri Nizaminin «Xəmsə»sinə nəzirə yazmış Əmir Xosrov Dəhləvi. idi. Ölkədə islam yayılır və müsəlman memarlığı üslubunda saraylar, məscidlər, minarələr tikilirdi. Bunlardan Dehlidəki «Qüvvət ül-islam» məscidi (11931200), Qiyasəddin Aybək tərəfindən tikilmiş 73 metr hündürlüyündə «Qütb minarə» (1206-1210), Malvadakı məscid, Multan mavzoleyi, Dekandakı knyaz məqbərəsi diqqəti daha çox cəlb edir.

 

0 şərh