Rusiyada türk dövlətləri

XIII əsrin 40-cı illərində Şərqi Avropada  Qızıl Ordu dövləti yarandı. Qızıl  Ordu dövlətinə aiddir:
  • Rus knyazlıqlarının vassal  olması;
  • Paytaxtlarının Saray-Batı və Saray-Bərkə olması;
  • Feodal dövləti olması;
  • İmtiyazlı şəxslərin tarxan adlanması;
  • Xan tərəfindən idarə edilməsi;
  • Məhsul və pul vergilərinin baskaklar   tərəfindən toplanması;
  • Torpağa sahib olmaq üçün verilən fərmanın yarlıq adlanması;
  • Özbək xanın dövründə islamın rəsmi  dinə çevrilməsi(1313-1342-ci illər);
  • Kulikovo döyüşündə Moskva     knyazlığlına məğlub olması(1380-ci il);
  • ToxtamışMoskvanı ələ keçirməsi (1382 -ci il);
  • Terek döyüşündə Toxtamışın Əmir Teymura məğlub  olması (1395-ci il);
  • “Uqra görüşü”ndə məğlub olması (1480 — ci il);
  • Süqut etməsi (XVI əsrin əvvəlləri).

Qazan xanlığı (XV əsrin I yarısı -1552-ci il)
Qazan xanlığına aiddir:
  • XV əsrin I yarısında  Qızıl Ordudan ayrılaraq müstəqil olması;
  • Ulu Məhəmməd tərəfindən qurulması;
  • Xan tərəfindən idarə edilməsi;
  • Suzdal döyüşündə Moskva knyazlığının məğlub   edilməsi (1444-cü il);
  • Moskva knyazlığının hücumuna məruz qalması (1487-ci il);
  • İrsi məşvərətçilərin kərəçlər adlanması;
  • Rusiya tərəfindən  istila edilməsi (1552 -ci il)

Həştərxan xanlığı (XV əsrin I yarısı-1556)
Həştərxan xanlığının əssını Qasım xan qoymuşdur. Silahlı qüvvələrə kalqa rəhbərlik edirdi.1556-cı ildə Həştərxan xanlığına Rusiya  son qoymuşdur.

Sibir xanlığına aiddir:
  • İbak xan tərəfindən qurulması:
  • Paytaxtın Tümen və Kaşlıq şəhəri olması;
  • Moskva knyazlığından asılı hala düşməsi (1555-ci il);
  • “Qara camaat”ın yasaq vergisi ödəməsi;
  • İslam dininin rəsmi din kimi qəbul edilməsi (XV-əsrin ortaları);
  • Kuçum xanın Rusiyaya xərac verməkdən imtina etməsi (1571-ci il);
  • Straqanovlar ailəsinin hücumuna məruz qalması;
  • Yermakin hücumuna məruz qalması (1581-ci il);
  • Rusiya tərəfindən istila edilməsi (1598-ci il).

Krım xanlığına aiddir:
  • Gəraylar sülaləsi tərəfindən idarə edilməsi;
  • Paytaxtının Baxçaray şəhəri olması;
  • Osmanlının vassalına çevrilməsi (1478-ci il);
  • Divanın fəaliyyət göstərməsi;
  • Xanın varislərinin gəray adlanması;
  • Kiçik Qaynarca sülh müqaviləsindən sonra müstəqil olması (1774-cü il);
  • Rusiya tərəfindən işğal edilməsi (1783-cü il).

Qeyd:Qızıl Ordunun zəifləməsi nəticəsində XV əsrin I yarısında Şimali Qafqazda Noqay Ordası yarandı. Noqay Ordası uluslara bölünürdü.
 

3 şərh

puma

Luminat, bura bir şeyi də əlavə etmək istəyirəm, bəlkə kiməsə lazım oldu.


Hal-hazırda dünyada  6  müstəqil  türk  dövləti, Şimali Kipr Türk Respublikası, 12  türk dövlət qurumu ( Rusiyada 10, Çində 1, Moldovada 1 ) mövcuddur. Dövlət qurumları olmayan türk xalqları, əsasən, İran, Əfqanıstan, İraq, Suriya, Bolqarıstan, Rumıniya, Moldova, Macarıstan, Litvada məskunlaşmışlarş. Sayı  250  mln. nəfərdən çox olan Türk xalqları Altay dil ailəsinin türk qrupuna aiddirlər.


Mövzuya və zəhmətinə görə sağ ol.

Rene
Luminat məlumatlara görə təşəkkürlər. Lap tarix dərslərimiz yadıma düşdü… :) Puma sizə də təşəkkürlər.
puma
Dəyməz, siz də diqqətinizə görə sağ olun.