Türk xalqlarının orta əsrlərdə mədəniyyəti
Maarif. Məktəb və mədrəsələr. Yazı. Erkən orta əsrlərdə türk xalqları müxtəlif yazı növlərindən istifadə etmişlər. Bu isə türklərdə məktəb və mədrəsələrin olduğunu göstərir. Məscid yanında təşkil edilmiş məktəblər, mədrəsələrdən fərqli olaraq ibtidai təhsil verirdi. Mərkəzi Asiyadakı Səmərqənd, Buxara, Xarəzm, Mərv şəhərlərində mədrəsələr var idi.
Orxon-Yenisey abidələri türk xalqlarına məxsus yazdı mənbədir. Bu abidənin adı ilk dəfə XII əsr tarixçisi Əlaəddin Ata Məlikin «Cüveyni-tarixi-cahangüşə» əsərində çəkilir. Orxon-Yenisey abidələrinin mövcudluğu uzun müddət Avropa ölkələrində və Rusiyada məlum olmamışdı. Onları ilk dəfə XVIII əsrin əvvəllərində Rusiya ilə İsveç arasında baş vermiş müharibədə Poltava döyüşündə əsir düşmüş İsveç zabiti Filipp Starlenberq üzə çıxarmışdı. 0,13 il Sibirdə Tobol əyalətində yaşamış, həmin ərazinin keçmiş xalqları haqqında materiallar toplamış, həm də Orxon-Yenisey abidələrinin üzünü çıxarmış və vətənində dərc etdirmişdi.
Ardı →