Tənəffüs yolunu yad cisimlə tıxanması zamanı

Yad  cism tıxanması əksər  hallarda yeyərkən  və  içərkən, gülmə  və ya  ani  hərəkət nəticəsındə, uşaqlar oynayarkən cismlərı ağız və  burunlarına salması nəticəsındə  meydana gəlır.

1. Əgər insanda yüngül tənəffüs yolu tıxanması  varsa  və  öskürürsə müdaxilə edilmir. Kürək sümüklərinin arasından  yüngülcə vurmaqla kömək etmək olar.

2. Əgər  şiddətli tıxanma varsa danışa və  öskürə  bilmirsə, huşu  aydındırsa  müdaxilə edilməlidir.

Heimlich manevrası — Bunun ücün insanın yan – arxa tərəfinə keçin, bir əlinizlə sınədən dəstəkləyın, onu  mümkün qədər önə əyilməsını  söyləyin, digər əlinizin biləyi ilə kürək sümüklərı arasından 5 dəfə vurun. Heımlıch manevrası  hamilələrdə döş sümüyünün aşağı qısminə — ürək masajı edilən yerə tətbiq olunur.

1 yaşın altında olan körpələrdə  qaraciyəri zədələyə biləcəyi üçün Heımlıch  manevrası  məsləhət deyil.

Yad cısmın çıxıb — çıxmamasına baxın. Əgər cəhd uğursuz oldusa :

Qarında itələmə — nəfəs yolu tıxanan insanın arxasına keçin, qollarınızı onun qoltuqaltından keçirin və əlinzi yumruq şəklində, baş barmaq qarına söykənməklə qarın bölgəsınə - göbək çuxurunun  yuxarısına dayayın.Ona önə  əyılməsını deyın.Bır əlinizi yumruq şəklində göbəyin yuxarısına yerləşdirin, digər əlınızlə  dəstəkləyərək  5 dəfə içərı — yuxarı təkan edin.

Kök və hamilələrdə yad cismi çıxarmaq üçün əlinizi qarına deyil, döş sümüyünün ortasına yerləşdirin .

Əgər  ınsanın huşu  aydın deyilsə onu yerə yatırın ,təcili yardıma zəng vurun və ürəyı masaj edın.

Körpələrdə yad cismi çıxarmaq  üçün bir dizinizi yerə dayayıb oturun, körpəni digər dizinizin üstündə  ön qolunuza üzüstə yatırıb ( qolunuzu uşağın ayaqları arasından keçırın) əlinizlə  çənəsini   tutun, başıaşağı əyin. Kürək sümüklərı arasından digər əlinizin biləyi ilə 5 dəfə vurun. Adətən 2 -3 dəfə vurduqdan sonra körpə ağlamağa başlayır.Bu zaman uşağı  arxası üstə çevirin, ağzına gəlmiş yad cismi çeçelə barmağınızla çıxarın. 5 dəfə vurduqdan sonra körpə ağlamırsa davam edin və təcili yardım çağırın. Digər üsul döşdən basma üsuludur. Bunu təlim keçməyənlərin etməsi məsləhət görülmür. Üsul budur : Qolunuzu körpənın kürəyinə dayayın və onu bu qolunuzun üstünə arxası üstə  yatırın və  barmaqla 5 dəfə də sinədən yüngülcə basın .


 İlk növbədə təcili yardım çağırın. Saytda yerləşdirilmiş mövzu ilkin müdaxiləyə kömək məqsədi daşıyır.                    

Oxşar məqalələr

 

0 şərh