Bronxit

Artıq soyuqlamısınız, sinənizdə ağrı, öskürək əmələ gəlib, bir qədər sonra isə temperaturunuz yüksəlibsə bu kəskin bronxitin əlamətləri ola bilər. Kəskin bronxit sizin ağciyərlərinizin əsas çıxarıcı tənəffüs yolları iltihablananda əmələ gələn vəziyyətdir.  Bronxitlər adətən respirator infeksiyanin davamı olaraq əmələ gəlir. Siqaret çəkmə də bronxitin risk faktorlarındandır. Kəskin bronxitlər bir çox hallarda bir neçə gün ərzində keçib gedir. Lakin bəzən öskürək bir neçə həftə çəkə bilər. Əgər bronxit əlamətləri təkrarlanırsa bu həkim diqqəti tələb edən astma ve ya xroniki bronxit ola bilər. Odur ki, mütləq həkimə müraciət edin.

Bronxitin əlamətləri

Sarı bozumtul və ya yaşıl bəlğəm bronxitin əsas simptomlarındandır. Bəlğəm özü tənəffüs yollarının ifrazatı olmaqla siz xəstə olmayanda da tənəffüs yollarında olur, lakin xəstəlikdən fərqli olaraq sağlam vaxtı bəlğəm yığılıb qalmır və vaxtaşırı udlağa gələrək udulur..Lakin xəstəlik zamanı sizin tənəffüs yollarınız artıq miqdarda bəlğəm ifraz edir. Bu proses 3 aydan çox davam edərsə bronxit xronik sayılır. Bəlğəmin rəngli olması ikincili infeksiyanın qoşulmasının əlamətidir.
Bronxitin simptomları yalançı ola bilər. Belə ki, bronxitli xəstələrin heç də hamısı bəlğəm ifraz etmir.
Uşaqlar isə bəlğəmlərini udurlar və valideynlər bəlğəmin nə rəngdə olduğunu təyin edə bilmir. Siqaret çəkənlər isə hər səhər bəlğəmlərini təmizləməli olurlar.

Yuxarı tənəffüs yolları infeksiyalarının yanaşı simptomları

Kəskin bronxitlər zamanı əlavə müşahidə olunan simptomlar:
- Sinədə qıcıqlanma və yanğı hissi
- Boğaz ağrısı
- Sinusitlər
- Sıxılma
- Tənginəfəslik
- Xırıltılar
- Yüngül qızdırma və üşütmə
- Zəiflik
Bəzən sinusitlər, yəni sizinq burunun uzun ətrafında olan sümük boşluqlarında infeksiyanın olması da bronxitə oxşar əlamət yarada bilər. Çünki bu zaman burunda əmələ gələn sarı və yaşıl selik və öskürək xəstələr tərəfindən bronxitlə səhv salına bilər.

Bronxitin səbəbləri

bronxit, ağciyər,tənəffüs,bronchitSoyuqdəyməyə səbəb olan viruslar  kəskin bronxitə da səbəb olur. Lakin eyni zamanda qeyri-infeksion bronxitlər də var hansı ki, siqaret tüstüsünə və digər mənşəli tüstülərə əmələ gəlir.
Bronxitlər eyni zamanda sizin mədənizdən turşular qida borusuna düşərkən əmələ gələ bilər. Müxtəlif tozlar və tüstülər olan şəraitdə işləyən insanlarda da bronxitlər əmələ gələ bilər.
Xronik Bronxitlər
Bəzən nəfəs yollarınızın iltihabı  daimi olaraq xronik bronxitə çevrilir. Əlamət və simptomlar tənəffüsün qısalması, davamlı öskürək, bəlğəmin çox həcmdə olmasıdır. Xronik bronxit diaqnozu o zaman qoyulur ki,  il ərzində öskürdüyünüz günlərin sayı cəmi ən azı 3 ay etsin və bu 2 il dalbadal davam etsin. Adətən xronik bronxiti olan siqaret çəkən şəxslər hər gün öskürürlər.
Kəskin bronxitdən fərqli olaraq xronik bronxit ciddi xəstəlikdir. Siqaret çəkmə əsas səbəbdir, lakin ekologiyanın çirkli olması, tozlar və zəhərlər xəstəliyə səbəb ola bilər. Bəzi şəxslərdə tənəffüs yollarının xronik iltihabı astma yarada bilər.

Bronxitdə risk faktorları
Siqaret çəkən şəxslər və onlarla bir evdə yaşayanlar, xüsusən də uşaqlar kəskin və xronik bronxitlər üçün risk qrupu sayılırlar.
Digər risk faktorları:
- Bədən müqavimətinin aşağı olması
- Gastroezofagezl refluks xəstəliyi (GERD). Mədə turşuları qida borusuna gələrək xronik öskürəyə səbəb olurlar. Bu adətən reflektor baş verir.
- Iş şəraiti ilə əlaqədar. Bura tekstil fabriklərində işləyənlər, iş yerində ammonium, turşularla kontaktda olanlar daxildir. Belə bronxit bəlğəmsiz ola bilər və həmin qıcıqlandırıcılar ilə kontakt kəsilərkən sağalır.

Nə zaman həkimə müraciət etməli:

Bronxitlərin bir çoxu bir neçə günə təmizlənir. Xüsusən də əgər siz dincəlirsiniz və çox həcmdə maye qəbul edirsiniz. Siqaret, digər tüstü və qazlardan uzaq olmağa çalışın.
Həkimə aşağıdakı hallarda getməyiniz məsləhətdir:
- Öskürəyiniz kəskindir-sizi yatmağa qoymur.
- 3 gündən artıq davam edən elə də yüksək olmayan qızdırma, tənginəfəslik, yaşıl-sarı bəlğəm. Bu ola bilər ki, həm də sətəlcəm olsun, həkimə müraciət edin və tibbi yardım alın.
- Sizin ağciyər və ürək problemləriniz varsa.
- Bir neçə dəfə bronxit olmusunuz. Bu xronik hala keçə bilər.

Testlər və diaqnoz
Diaqnoz qoymaq üçün həkiminiz ağciyərlərinizə qulaq asacaq və ola bilsin ki sizi rentgen müayinəsinə göndərsin. Ola bilsin ki bəlğəminiz də müayinə olunsun.
Bəzən həkiminiz əlavə testlər təklif edə bilər. Bunlar ağciyərin funksional testləri, yəni spirometriya-nəfəsvermə zamanı tənəffüs həcmini təyin edən cihaz. Test ağrısızdır cəmi bir neçə dəqiqə aparır. Bu zaman dərindən nəfəs alıb nəfəsvermədə havanı xüsusi cihaza üfürürsünüz. Bu metod həm də sizin nəfəsalmanın sürətini təyin edir.

Ağırlaşmalar
Bronxitlər bəzi insanlarda pnevmoniya ilə (sətəlcəmlə) ağırlaşır. Yaşlı şəxslər, körpələr, siqaret çəkənlər, ürək xəstəliyi olanlar, xronik respirator xəstəliyi olanlar risk qrupunu təşkil edirlər.
Təkrarlanan bronxit hallarını ciddi qəbul edin. Onlar xronik bronxit, astma və digər ağciyər xəstəliklərinə səbəb ola bilər. Əgər sizdə xronik bronxit varsa və eyni zamanda siqaret çəkirsinizsə bu ağciyər xərçənginə səbəb ola bilər.

Bronxit: müalicə və dərmanlar
Antibiotiklər müalicədə elə də effektiv deyil, çünki xəstəlik adətən viruslar tərəfindən törənir. Kəskin bronxitin müalicəsində əsas məqamlar:
- Dincəlmək.
- Çox həcmdə maye qəbul etmək.
- Öskürək əleyhinə müalicə.
Öskürməni saxlamağa çalışmayın, çünki öskürək bəlğəmin xaric olmasını təmin edir. Əgər öskürək gecələr sizi yatmağa qoymursa dincələ bilməniz üçün kifayət qədər dərman istifadə edin. Lakin öskürəyi tam saxlamayın.
Əgər bakterial infeksiyaya şübhə varsa, əgər siz siqaret çəkirsinizsə və ya xronik ağciyər xəstəliyiniz varsa həkiminiz sizə antibiotik yazacaq.
Əgər sizdə astma da varsa  həkiminiz sizə inhalyator və iltihabı azaltmaq üçün digər tipli dərmanlar məsləhət görəcək.

Bronxitin profilaktikası

Əgər sizdə təkrarlanan tutmalar varsa problem sizin yaşadığınız mühitdə ola bilər. Soyuq, nəm şərait, siqaret tüstüsü sizi kəskin bronxitə həssas edə bilər. Belə bir problem varsa siz yaşayış  və iş şəraitinizi dəyişməli ola bilərsiniz. Bəzi profilaktik tövsiyyələr:
- Siqaret tüstüsündən uzaq olun.
- Qripə qarşı vaksinasiya olunun.  Əksər hallarda bronxit qripdən sonra əmələ gəlir.
- Prevnar adlı vaksin sizi və uşaqlarınızı xəstəlikdən qoruya bilər. Bu vaksin pnevmokok infeksiyasına qarşıdır.
- Əllərinizi tez-tez dezinfeksiya edin. Burununuzun içinə və gözlərinizə çirkli əllərlə toxunmayın.
- Xəstələrin ətrafında olanda üz maskası geyinmək imkanı varsa istifadə edin.

Bronxitlə necə yaşamalı
Dərman müalicəsindən əlavə aşağıda göstərilənlərin də olunması xəstələrin vəziyyətini yüngülləşdirə bilər.
- Otağın havasının nəmləndirilməsi və isidilməsi.
- Ağrıkəsicilərin istifadə olunması
- Qıcıqlandırıcılarla kontaktın zəiflədilməsi.

Mənbə http://etibb.org

0 şərh